Suallar qutusu
◼ Teokratik Xidmət Məktəbi, xidməti görüş, açıq görüş və «Gözətçi Qülləsi»nin öyrənməsi zamanı ilk mahnı necə e’lan olunmalıdır və bunu kim etməlidir?
Hər həftə Teokratik Xidmət Məktəbində oxunacaq mahnılar, «Bizim Padşahlıq Xidmətimiz»in oktyabr sayının əlavə vərəqəsində çap olunan «Teokratik Xidmət Məktəbi»nin proqramında verilir. Hər həftə xidməti görüş üçün ilk və son mahnı «Bizim Padşahlıq Xidmətimiz»in 2-ci səhifəsində yerləşir. «Gözətçi Qülləsi»nin həftəlik öyrənilməsi üçün olan mahnılar da hər sayın 2-ci səhifəsində çap olunur. Tə’yin olunan bu mahnılar yığıncaq görüşlərinin ayrılmaz bir hissəsidir və mahnını birinci görüşün sədri yox, növbəti görüşü başlayan qardaş e’lan etməlidir.
Məsələn, Teokratik Xidmət Məktəbinin nəzarətçisi auditoriyanı salamlayır, ilk mahnını e’lan edir, məktəbi aparır və sonra, xidməti görüşün ilk natiqini səhnəyə də’vət edir. Bu qardaş isə, xidməti görüşün ilk mahnısını e’lan etməlidir.
Bunun kimi, açıq görüş sədrlik edən qardaş tərəfindən açılır. O, iştirak edənləri səmimi qəlbdən salamlayır və natiqin seçdiyi mahnını e’lan edərək, ilk mahnını sevinclə oxumağa də’vət edir. Sədrlik edən (yaxud əvvəlcədən tə’yin edilmiş başqa münasib qardaş) birinci duanı edir. Sonra o, natiqi və onun söyləyəcəyi mə’ruzəni e’lan edir. Mə’ruzədən sonra, sədrlik edən natiqin fikirlərinə yekun vurmadan, onun söylədiklərinə dair qısaca minnətdarlıq sözləri deyir. Sonra gələn həftə olacaq açıq mə’ruzənin adını e’lan edib, hamını «Gözətçi Qülləsi»nin öyrənməsində qalmağa də’vət edir. Sədrlik edən qardaşın auditoriyadan də’vət olunmuş natiqin yığıncağına salam göndərmək istədiklərini soruşmasına ehtiyac yoxdur. Sonda, sədrlik edən «Gözətçi Qülləsi»nin öyrənməsini aparan qardaşı səhnəyə də’vət edir.
«Gözətçi Qülləsi»nin öyrənməsini aparan qardaş, araşdırılacaq məqalənin birinci mahnısını e’lan edir. O, öyrənməni nəşr edilmiş rəhbərliyə müvafiq olaraq aparır və sonra axırıncı mahnını e’lan edir. Adətən, «Gözətçi Qülləsi»nin öyrənməsini aparan qardaş açıq mə’ruzəni söyləyən natiqi görüşün sonunda dua etməyə də’vət edir.
Bu ümumi rəhbərlik kömək edəcək ki, bütün yığıncaqlarda görüşlər eyni qaydada keçirilsin.