Yığıncaq görüşünün yeni cədvəli
1, 2. Yığıncaq görüşlərində 2009-cu ilin yanvar ayından başlayaraq hansı dəyişikliklər olacaq?
1 Yığıncaqlarda 2008-ci il 21-27 aprel həftəsində beynəlxalq qardaşlıq tərəfindən olan maraqlı elan səslənmişdi. «2009-ci il yanvarın 1-dən etibarən yığıncağın kitab öyrənməsi Teokratik Xidmət Məktəbi və Xidməti görüşlə bir yerdə keçiriləcək. Yığıncağın kitab öyrənməsinin adı dəyişilərək Yığıncağın Müqəddəs Kitab öyrənməsi adlanacaq».
2 Görüşün cədvəli. Mahnı və dua da daxil olmaqla, bu görüşün vaxtı cəmi 1 saat 45 dəqiqə çəkəcək. Görüş mahnı və dua ilə (5 dəq.) başlanacaq, sonra Yığıncağın Müqəddəs Kitab öyrənməsi olacaq (25 dəq.). Bunun ardınca dərhal Teokratik Xidmət Məktəbi keçiriləcək (30 dəq.). Sonra mahnı oxunacaq (5 dəq.) və Xidməti görüş (35 dəq.) başlanacaq. Görüş mahnı və dua ilə (5 dəq.) yekunlaşacaq. Bu görüşlərə hazırlaşmağa kömək etmək üçün Yığıncağın Müqəddəs Kitab öyrənməsinin, Teokratik Xidmət Məktəbinin və Xidməti görüşün cədvəli aybaay «Bizim Padşahlıq Xidmətimiz» vərəqəsində dərc ediləcək.
3. Yığıncağın Müqəddəs Kitab öyrənməsi necə keçiriləcək?
3 Yığıncağın Müqəddəs Kitab öyrənməsi. «Gözətçi Qülləsi»nin öyrənilməsi necə keçirilirsə, bu görüş də elə keçiriləcək. Görüşün əvvəlində ötən həftə keçilmiş materialı təkrar etməyə lüzum yoxdur. Əksinə, görüşü başlayanda giriş sözlərini çox qısa etmək lazımdır. Bunun sayəsində, hamının qısa şərhlər verməsinə vaxt çatacaq. Sədrlik edən nəzarətçi nəzarət edəcək ki, görüşü hər həftə bir ağsaqqal keçirsin.
4. Xidməti görüşdə hansı dəyişikliklər olacaq?
4 Xidməti görüş. Xidməti görüş, bəndlərinin vaxtı qısaldılmaq şərtilə əvvəlki kimi qalacaq. Elanlar beş dəqiqə çəkəcək. Bu, vacib elanların və filialdan gələn müəyyən məktubların oxunması üçün kifayət edəcək. Təbliğ xidməti, təmizlik, hesabat haqda və buna bənzər digər elanları və filialdan adətən gələn məktubları səhnədən oxumağa ehtiyac yoxdur, bunlar bacı-qardaşların tanış olması üçün elanlar lövhəsindən asılacaq. Proqramın bəndləri ilə çıxış edənlər yaxşı hazırlaşmalı, ayrılan vaxtdan kənara çıxmamalı və göstərişlərə riayət etməlidirlər.
5. Rayon nəzarətçisi baş çəkən həftədə keçirilən görüşün cədvəli necə olacaq?
5 Rayon nəzarətçisinin başçəkməsi. Rayon nəzarətçisinin həftəlik cədvəli dəyişməyəcək. Çərşənbə axşamı mahnı ilə başlayan Teokratik Xidmət Məktəbi və Xidməti görüş keçiriləcək. Sonra rayon nəzarətçisi 30 dəqiqəlik nitqlə çıxış edəcək. Onun baş çəkdiyi həftədə, indi olduğu kimi, Yığıncağın Müqəddəs Kitab öyrənməsinin keçirilməsi üçün başqa gün təyin ediləcək və Müqəddəs Kitab öyrənməsindən sonra mahnı və rayon nəzarətçisinin xidməti çıxışı olacaq. Görüş mahnı və dua ilə yekunlaşacaq.
6. Qrup nəzarətçisinə nə həvalə olunacaq?
6 Təbliğ xidməti üçün görüşlər. Qrup nəzarətçiləri ağsaqqallar şurası tərəfindən təbliğ xidməti qruplarına və bu qrupları təşkil edənlərə ayrı-ayrılıqda qayğı göstərmək tapşırılacaq. Əgər bu iş xidməti köməkçiyə həvalə ediləcəksə, onda o «qrup xidmətçisi» adlanmalıdır.
7. Yığıncaq görüşünün yeni cədvəli bizə hansı faydanı gətirəcək?
7 Vurğulandığı kimi, bizi təlimverici, ruhlandırıcı ruhani ziyafət gözləyir. Bunun sayəsində, daha səmərəli xidmət etmək üçün təlim almış təbliğçi və müəllimlər olacağıq (Efes. 4:13, 14; 2 Tim. 3:17).
8. Görüşlərə qabaqcadan hazırlaşmaq həm özümüzə, həm də başqalarına necə fayda gətirəcək?
8 Görüşlərə qabaqcadan hazırlaşmaq diqqətimizi hər görüşdə vurğulanacaq əsas fikirlərə cəmləməyə kömək edəcək. Hər kəsin öz şərhləri ilə qarşılıqlı ruhlanmaya töhfə vermək imkanı olacaq (Rom. 1:11, 12; İbr. 10:24). Məqsədimiz ‘həqiqət sözünü doğruluqla öyrədərək’ ‘tərəqqimizi hamıya aşkar etmək’ olmalıdır (1 Tim. 4:15; 2 Tim. 2:15).
9. Biz nə etməyə əzmliyik və niyə?
9 Yığıncaq görüşlərindəki bu əlamətdar dəyişiklik bizi çox sevindirir. Gəlin hamımız bundan sonra da ‘sadiq və ağıllı qulun’ rəhbərliyinə riayət edək və Böyük Çobanımız bizi yaxınlaşmaqda olan böyük ‘məşəqqətə’ hazırladıqca ona daha yaxın olaq (Mat. 24:21, 45; İbr 13:20, 21; Vəhy 7:14).