Rayon konqresinin yeni proqramı
Yehova izzətə layiqdir. Biz Yehovanı necə izzətləndiririk? Bu sahədə bə’ziləri hansı çətinliklərlə üzləşir? Allaha bu gün izzət verənlər hansı xeyir-duaları alırlar? 2008-ci ilin rayon konqresinin proqramında bu suallara məmnunedici cavab alacağıq. Bu konqresin mövzusu belədir: «Hər şeyi Allahın izzəti üçün edin» (1 Kor. 10:31). Gəlin görək bu ikigünlük zəngin ruhani ziyafət ərzində bizi nə gözləyir?
Vilayət nəzarətçisi «Allaha nə üçün izzət verməliyik?» və «Allahın tələblərini yerinə yetirməkdə nümunəvi olun» adlı mə’ruzələrlə çıxış edəcək. O, «Allahı hansı xalq izzətləndirir?» adlı açıq mə’ruzəni və «Bütün dünyada Allahı birgə izzətləndirin» adlı yekun mə’ruzəni söyləyəcək. O, həmçinin «Teokratik Xidmət Məktəbi»ni aparacaq. Rayon nəzarətçisi «Allahın izzətini sevinclə əks etdirin», «Rayonun tələbatlarına diqqət yetirin» və 2 Peter 1:12 ayəsinə əsaslanan «‘Həqiqətdə sabit olanlar’ kimi qalın» mə’ruzələrini təqdim edəcək. Bundan əlavə, biz öyrənəcəyik ki, «Pioner xidməti Allaha izzət gətirir». Təşviqedici mə’ruzələr silsiləsindən olan «Həyatımızın bütün sahələrində Allaha izzət gətiririk» adlı birinci mə’ruzədə, 1 Korinflilərə 10:31 ayəsindəki ilhamlanmış sözlərin dərin mə’nası izah ediləcək. «Yehovanı izzətləndirmək üçün müqəddəs xidməti icra edirik» adlı mə’ruzələr silsiləsində, ibadətimizin müxtəlif sahələri vurğulanacaq. «Gözətçi Qülləsi»nin qısa müzakirəsi və bazar günü gündəlik ayənin araşdırılması olacaq. Sonra vəftiz mərasimi keçiriləcək.
Ümumi götürdükdə, bəşəriyyət Allahı tanımaqdan imtina edir. Bir çoxlarının başı insan ideyalarına o dərəcədə qarışıb ki, Yehovanın əzəməti haqqında düşünmürlər (Yəh. 5:44). Amma biz «Hər şeyi Allahın izzəti üçün edin» də’vətinə hay vermək üçün sərf etdiyimiz vaxtın dəyərli olduğuna əminik. Konqresin hər iki günündə iştirak etməyi və proqramdan tam fayda əldə etməyi planlaşdırın.