Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/08 s. 4
  • Sən müəllim ola bilərsən!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sən müəllim ola bilərsən!
  • Müqəddəs ibadətimiz 2008
  • Oxşar material
  • Başqalarına ruhani cəhətdən tərəqqi etməyə kömək edin
    Gözətçi qülləsi 2016
  • Padşahlığın xidmətçilərinin aldığı təlim
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Yehova bizə təlim verir
    Müqəddəs ibadətimiz 2011
  • Ağsaqqallar, qardaşlara təlim verirsiniz?
    Gözətçi qülləsi 2015
Əlavə
Müqəddəs ibadətimiz 2008
km 11/08 s. 4

Sən müəllim ola bilərsən!

1. Padşahlıq təbliğçilərinin qarşısında hansı nadir imkan vardır?

1 Xidmətin ən xoşagələn sahələrindən biri kiməsə həqiqəti öyrətməkdir. Onun Padşahlıq xəbərinə hay verdiyini görmək və Kainatın Hökmdarına yaxınlaşmağa kömək etmək insanı çox sevindirir (Yaq. 4:8). Həqiqətə susayan adama həqiqəti öyrətmək və onun xasiyyətində, baxışlarında və davranışında əhəmiyyətli dəyişiklik etməsini görmək hər bir Padşahlıq təbliğçisinin məqsədi olmalıdır (Mat. 28:19, 20).

2. Nə üçün bəziləri Müqəddəs Kitab öyrənməsi keçirməyə tərəddüd edir və bu problemin öhdəsindən gəlməyə nə kömək edə bilər?

2 Yehovaya güvən. Keçmişdə imanlı insanlar Yehovanın onlara verdiyi tapşırığı yerinə yetirə biləcəklərinə hərdən əmin olmayıblar. Musa, Yeremya, Amos və başqa sadə insanlar Yehovaya etibar etməyin sayəsində öz şübhə, yaxud inamsızlıqlarına üstün gəlmiş və mühüm işlər görmüşlər (Çıx. 4:10-12; Yer. 1:6, 7; Amos 7:14, 15). Həvari Pavel də ‘cəsarət almışdı’. Haradan? O açıqlayır ki, bunu «Allahımızdan» almışdı (1 Salon. 2:2). Bəli, səmərəli Müqəddəs Kitab öyrənməsi keçirmək üçün Yehovanın hər birimizə ehtiyacımız olan köməyi, müdriklik və gücü verəcəyinə arxayın ola bilərik (Yeşaya 41:10; 1 Kor. 1:26, 27; 1 Pet. 4:11).

3, 4. Allahın Kəlamını öyrətməyə bizə nə kömək edər?

3 Verilən təlimi qəbul et. Dahi Nəsihətçimiz Yehova Allah müntəzəm ruhani proqram vasitəsilə bizə təlim verir, buna görə də tam mənada bacarıqlı müəllim ola bilərik (Yeşaya 54:13; 2 Tim. 3:16, 17). Müqəddəs Yazıları daha yaxşı başa düşmək və Müqəddəs Kitab həqiqətlərini öyrətmək qabiliyyətini yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə etməklə bu təlimi qəbul et. Əsas etibarilə, Teokratik Xidmət Məktəbi və Xidməti görüş bu məqsədə xidmət etsə də, bütün yığıncaq görüşlərində Allahın Kəlamını öyrətməyi öyrənirik.

4 Çalış, hətta dərin ruhani həqiqətləri də sadə tərzdə çatdırmağı öyrənəsən. «Xidmət Məktəbi» kitabının 227-ci səhifəsində izah edilir: «Əgər mövzunu başqalarına başa salacaqsansa, özün onu aydın başa düşməlisən». Görüşlərdə şərh vermək gələcəkdə istifadə etmək üçün əsas məqamları yadda saxlamağa kömək edir. Buna görə də yaxşı hazırlaş və öyrətməyi bacardığına əminliyin artacaq.

5. Müəllim kimi inkişaf etməyimiz üçün yığıncaqda başqa hansı vasitə var?

5 Lap əvvəldən məsihçilər şagird hazırlamaq işində birgə çalışarkən sözsüz ki, bir-birindən öyrənmişlər (Luka 10:1). Əgər mümkünsə, Müqəddəs Kitab öyrənməsi keçirərkən pionerlər, ağsaqqallar və səyyar nəzarətçilər də daxil olmaqla, təcrübəli təbliğçilərlə əməkdaşlıq et. Onların Müqəddəs Yazılardakı həqiqətləri izah etmək üçün sadə nümunələrdən və təlim nəşrlərimizdə olan başqa öyrətmə vəsaitlərindən necə istifadə etmələrinə fikir ver. Yaxşı müəllim olmaq üçün nə edə biləcəyinə dair onlardan məsləhət istə (Sül. məs. 1:5; 27:17). Bacı-qardaşlardan öyrəndiyin hər şeyi qiymətləndir, çünki əslində bu təlimi Allah verir (2 Kor. 3:5).

6. Allahın Kəlamının müəllimi olmaq üçün nə xüsusilə vacibdir?

6 Yehovaya etibar et və verdiyi təlimdən faydalan. İnkişaf etməyin üçün dua et (Məz. 25:4, 5). Sən də kiməsə özün kimi Allahın Kəlamının müəllimi olmağa kömək etməyin sevincini duya bilərsən!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş