Yehovanın Şahidlərinin 2009-cu ildə keçiriləcək vilayət konqresi
1 Hər birimiz 2009-cu ildə keçiriləcək vilayət konqresini və ruhani tələbatlarını dərk edən və Yehovaya həmd edən həmimanlılarımızla birlikdə toplaşmaq imkanını səbrsizliklə gözləyirik (Mat. 5:3). Yehovanın günü sürətlə yaxınlaşdığı üçün biz hamını konqresin hər üç günündə iştirak etməyə təşviq edirik ki, səmimi məsihçi ünsiyyətindən, eləcə də imanda möhkəm qalmaq üçün verilən ruhani köməkdən tam faydalansınlar (Sef. 1:14). Qoy müəllimlər və müdiriyyət konqresin ibadətinizin ayrılmaz hissəsi olduğunu bilsinlər. Cəsarətlə işlərinizi qabaqcadan planlaşdırın və Yehovadan xeyir-dua istəyin. O, mütləq sizə kömək edəcək (Yeşaya 50:10).
2 Beynəlxalq konqreslər. Bu konqreslər məhdud sayda ölkə və şəhərlərdə keçirildiyindən onlarda yalnız təyin olunanlar iştirak etməlidirlər. Bu rəhbərliyə riayət etməyimiz həddən artıq adamın yığılmasının qarşısını alacaq (1 Kor. 14:40; İbr. 13:17). Ancaq bir çox vilayət konqreslərində beynəlxalq konqresin abhavası olacaq, çünki bir çox missionerlər, xarici təyinatda olan Bet-El ailəsinin üzvləri və beynəlxalq proqram xidmətçiləri öz ölkələrindəki konqreslərə gedəcəklər.
3 Başqalarına konqresə getməyə kömək edin. Yığıncağınızdan kiminsə konqresə getmək üçün köməyə ehtiyacı varmı? Başqalarına konqresə getməyə kömək edəndə ‘yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güddüyünüzü’ göstərirsiniz (Filip. 2:4).
4 Məlumatı necə əldə etmək olar? Konqresin tarixini və yerini öyrənmək məqsədilə filiala edilən telefon zənglərinin sayını azaltmaq üçün əvvəlcə yığıncağın katibindən lazımi məlumatı əldə etməyə çalışın.
5 Xüsusi tələbatlar. Təbliğçi yerləşdirilmə ilə bağlı kömək istəyəndə, yığıncağın xidməti komitəsi «Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu» blankını alması üçün onun tələblərə cavab verib-vermədiyini müəyyən etməlidir. Yığıncağın katibi blankı konqresin mənzil şöbəsinə göndərməzdən əvvəl, onlar blankdakı, həmçinin filialın bütün ağsaqqallar şurasına göndərdiyi 14 dekabr 2008-ci il tarixli məktubdakı göstərişləri nəzərdən keçirməlidirlər.
6 Allaha izzət gətirən işlər. Konqresin keçirildiyi şəhərdəki adamlarla danışığımıza və rəftarımıza xüsusi diqqət yetirərək ruhun səmərəsini bütün işlərimizdə təzahür etdirəndə, Yehovanın xalqının adını ucaldır və başqalarını büdrətməkdən qaçırıq (1 Kor. 10:31; 2 Kor. 6:3, 4). Qoy sizin 2009-cu il vilayət konqresində iştirakınız və davranışınız Allahı belə izzətləndirsin! (1 Pet. 2:12).
[6-cı səhifədəki çərçivə]
Proqramın cədvəli
Cümə axşamı (yalnız beynəlxalq konqreslər)
13:20 — 16:55
Cümə və şənbə günləri
9:20 — 16:55
Bazar günü
9:20 — 16:00
[Öyrənilmə üçün olan suallar]
1. a) Vilayət konqresinin hər üç günündə iştirak etməklə hansı xeyir-duaları alacağıq? b) İndidən nəyi planlaşdırmalıyıq?
2. Hətta beynəlxalq konqreslərə dəvət olunmasaq belə, hansı ab-havanı gözləyə bilərik?
3. Yığıncağımızda bəzi həmimanlılara məsihçi məhəbbətini necə göstərə bilərik?
4. Əgər yığıncağınızın təyin olunmadığı konqres haqda məlumat əldə etmək istəyirsinizsə, nə etməlisiniz?
5. Xüsusi tələbatlı təbliğçi yerlə bağlı xahişlə müraciət edərsə, hansı rəhbərliyə əməl edilməlidir?
6. 2009-cu ildə keçiriləcək vilayət konqresinə hazırlaşarkən və orada iştirak edərkən əsas məqsədimiz nə olmalıdır?