Yehovanın Şahidlərinin 2007-ci ildə keçiriləcək «İsanın ardınca gedin!» adlı vilayət konqresi
1, 2. а) Musanın qanununda israillilərin bir yerə toplaşması haqqında nə deyilirdi? б) Konqresə indidən necə hazırlaşmaq lazımdır?
1 Musanın qanununa əsasən bütün israillilər və yadellilər hər yeddinci ildə Qanunun oxunmasına qulaq asmaq üçün bir yerə toplaşmalı idilər. Bu nə üçün lazım idi? ‘Hamının eşidib öyrənməsi’ üçün (Qanun. t. 31:10-12). Yehova bilirdi ki, xalqına bir yerə toplaşmaq vacibdir. Tezliklə Yehovanın müasir xalqı yenə də birlikdə «İsanın ardınca gedin!» adlanan üçgünlük vilayət konqresinə toplaşacaq.
2 Bəs sən bu əlamətdar hadisə üçün hazırlıq görürsənmi? İşdən icazə almalısanmı? Müqəddəs Kitabı öyrətdiyin adamlara və ya imanına şərik olmayan ailə üzvlərinə səninlə birlikdə konqresə getməyə kömək edə bilərsənmi? Yığıncağınızda konqresdə iştirak etmək üçün köməyə ehtiyacı olanlar varmı? Yığıncağınızın də’vət olunduğu yox, başqa konqresə getməyi planlaşdırırsanmı? Qalmaq üçün yer tapmaq lazımdırmı? Növbəti mə’lumat sənə lazımi hazırlığı görməyə kömək edəcək.
3. а) Yeşaya 25:6 ayəsi bu gün necə yerinə yetir? b) Cümə günü konqresə gələnlərin sayına dair nə müşahidə olunur və hər birimiz nə etməliyik?
3 Hər üç gündə iştirak et. Yehova Öz xalqına bol-bol ruhani qida verir (Yeşaya 25:6). Ruhani ziyafət olan illik vilayət konqresləri buna bir nümunədir. Ancaq təcrübə göstərir ki, cümə günü konqresdə digər iki gündən az adam iştirak edir. Yehovanın təşkilatının bizim üçün hazırladığı bu təravətləndirici konqresin hər üç günündə iştirak etməyi qarşına məqsəd qoy! İşdən icazə almaq lazımdırsa, bu haqda dua et. Konqresin keçiriləcəyi vaxt e’lan olunan kimi, ‘Allahdan cəsarət alaraq’ müdirə yaxınlaş (1 Salon. 2:2; Neh. 2:4, 5). Ona vilayət konqresinin sənin ibadətinin bir hissəsi olduğunu izah etməyin köməyi dəyə bilər. Bu haqda müdirlə qabaqcadan danışsan, səni işdən buraxmaq üçün lazımi tədbiri görə bilər.
4. Müqəddəs Kitabı öyrətdiyimiz adamları və imanımıza şərik olmayan ailə üzvlərimizi konqresə necə hazırlaya bilərik?
4 Müqəddəs Kitabı öyrətdiyin adamları və ailəni hazırla. Müqəddəs Kitabı öyrətdiyin adamların səninlə birlikdə konqresə gəlməsi və məsihçi qardaşlığındakı məhəbbəti ‘böyük toplantıda’ özünün duyması necə də xoş olardı! (Məz. 22:25). Konqresdə iştirak edə bilmələri üçün əvvəlcədən onlara ətraflı mə’lumat ver. Konqresin sənin xoşuna nə üçün gəldiyini onlarla bölüş. Konqres haqqında təsəvvürlərinin yaranması üçün əvvəlki konqreslərdən səhnələr olan videofilmləri onlara göstərmək olar. Planlarını imanına şərik olmayan ailə üzvlərinə bildir. Ola bilsin ki, onlar drama baxmağa gəlsinlər və ya konqresin heç olmasa bir günündə səninlə iştirak etsinlər.
5, 6. а) Konqreslə əlaqədar 1 Timoteyə 6:18 ayəsinin təşviq etdiyi kimi, əliaçıqlıq necə göstərə bilərik? b) Konqres zamanı mənzilə ehtiyacı olanlar üçün nə nəzərdə tutulub?
5 Bacı-qardaşlara kömək et. Həvari Pavel imkanlı məsihçiləri ‘xeyirxahlıq etməyə, yaxşı işlərlə varlı olmağa, əliaçıq və öz malını digərləri ilə bölüşdürməyə hazır olmağa’ çağırırdı (1 Tim. 6:17, 18). Səxavətli olduğumuzu yaşlıları, xəstələri, tammüddətli xidmətçiləri, tənha valideynləri və konqresdə iştirak etmək üçün köməyə ehtiyacı olan digər məsihçiləri nəzərə almaqla göstərə bilərik. Belə bacı-qardaşlara kömək etmək ilk növbədə onların imanda olan qohumlarının üzərinə düşür. Lakin ağsaqqallar və digər məsihçilər də onların ehtiyaclarına qarşı diqqətli olub, lazım gəlsə öz köməkliklərini təklif edə bilərlər (Qalat. 6:10; 1 Tim. 5:4).
6 Konqresin mənzil şö’bəsi vasitəsi ilə yer tapmaq istəyənlər «Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu» blankını doldurmalıdırlar. Yığıncağın xidməti komitəsi təbliğçinin nümunəvi olub-olmamasını nəzərə alaraq blankı doldurmasına icazə verib-verməməyi qərara almalıdır. Blankları konqresin mənzil şö’bəsinə göndərməzdən əvvəl, əmin olmaq lazımdır ki, filialın ağsaqqallar şurasına göndərdiyi rəhbərlik nəzərə alınmışdır.
7. Başqa konqresə getməyi planlaşdıranlar hansı rəhbərliyə əməl etməlidirlər?
7 Başqa konqresdə iştirak etmək. Əgər sənə yığıncağınızın də’vət olunmadığı konqres üçün olan «Məsləhət görülən mənzillərin siyahısı» və ya bu konqres haqqında başqa mə’lumat lazım olarsa, həmin konqresin bürosuna məktub göndər. Getməyi planlaşdırdığın konqresin keçirilmə tarixini və konqres bürosunun ünvanını yığıncağın katibindən öyrənmək olar. Konqres bürosunun sənə cavab yazması üçün məktubla birlikdə markalı konvert və ünvanını göndərməyi unutma.
8, 9. a) Konqresdən qabaq bizim üçün hansı hazırlıqlar görülür? b) Bizim üçün edilən hər şeyə görə minnətdarlığımızı necə göstərə bilərik? (İbranilərə 13:17 ayəsini oxu).
8 Qardaşlarla əməkdaşlıq et. Konqres keçirilən yerə daxil olanda görürük ki, gəlişimiz üçün bir çox hazırlıqlar görülüb. Qayğıkeş xidmətçilər bizi salamlayır, proqram vərəqələri verir və yer tapmağa kömək edirlər. Bacı-qardaşlar konqres keçirilən yerdə səliqə-səhman yaradıb, səhnəni gözəl düzəldiblər. Bundan başqa, ilk baxışda nəzərə çarpmayan digər vacib işlər də yerinə yetirilib, məsələn, proqramın hissələri hazırlanıb, gələnlər yerləşdirilib və başqa tədbirlər görülüb.
9 Hər konqresin keçirilməsi bir çoxlarının aylarla çəkdiyi zəhmət hesabına başa gəlir. Ailələri isə, konqreslə əlaqədar vacib işlərin yerinə yetirilməsi üçün onlara şərait yaratmaqla öz köməkliklərini göstərirlər. Bizim üçün edilən bu qurbanları qiymətləndirməli deyilikmi? Bu məqalədə verilən və konqresdən bir qədər əvvəl alacağımız rəhbərliyə əməl etməklə minnətdar olduğumuzu göstərəcəyik (İbr. 13:17). Hamı əməkdaşlıq etməyə hazır olsa, hər şey ‘ədəblə və nizamla edilər’ (1 Kor. 14:40).
10. a) Yehovanın xalqının birgə toplaşması bu gün nə üçün xüsusilə vacibdir? b) Hər birimiz indi nə edə bilərik?
10 «O Günün yaxınlaşdığını gördüyümüz nisbətdə» Allahın xalqının görüşlərinin hamısında iştirak etmək olduqca vacibləşir (İbr. 10:25). Sadiq və ağıllı qul konqreslər vasitəsilə bizə lazımi mə’lumat təqdim edir ki, Yehovanın tələblərinə ‘dəqiq əməl edək’ (Qanun. t. 31:12). «İsanın ardınca gedin!» adlı vilayət konqresinin hər üç günündə iştirak etmək üçün indidən hazırlıq gör. Belə etməklə, sən ruhani tə’limdən tam faydalanacaq və bacı-qardaşlarla ünsiyyətdən böyük sevinc əldə edəcəksən!
[3 səhifədəki çərçivə]
Proqramın cədvəli
Cümə və şənbə günləri
9:20 — 17:05
Bazar günü
9:20 — 16:10