Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/09 s. 3
  • Hər gün Yehovaya həmd edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hər gün Yehovaya həmd edin
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Həmd edək Yehova Allahımıza!
    Yehovanı nəğmələrdə tərənnüm edin
  • Allahımız Yehovaya həmd edin!
    Yehovanı şövqlə tərənnüm edin
  • Ey gənclər, Yehovaya həmd edin!
    Gözətçi qülləsi 2005
  • Yehova böyükdür və çox həmdə layiqdir
    Müqəddəs ibadətimiz 2003
Əlavə
Müqəddəs ibadətimiz 2009
km 7/09 s. 3

Hər gün Yehovaya həmd edin

1. Allahın xidmətçiləri nəyə təşviq olunurlar və nə üçün?

1 Davud padşah Yehovaya «hər gün», hətta əbədiyyən həmd edəcəyinə dair qəti qərarını ifadə etmişdi (Məz. 145:2, 7, 21). Bizim də Yehovaya hər gün həmd etməyə əsaslı səbəblərimiz var (Məz. 37:10; 145:14, 18; 2 Pet. 3:13).

2. Ailələr hər gün Yehovaya necə həmd edə bilərlər?

2 Ailədə. Gündəlik ayəni müzakirə edərkən, ailəvi ibadət zamanı və yığıncaq görüşlərinə hazırlaşarkən ruhani mövzuda dolğun söhbətlər edə bilməyimiz üçün ruhlandırıcı nəşrlərimiz var. Bir çox ailələr gündə heç olmasa bir dəfə bir yerdə yemək yeyirlər. Bunun sayəsində tələsmədən, rahat söhbət etmək və Yehovaya həmd etmək imkanı yaranır. Valideynlərin təşəbbüsü ilə edilən bu cür qeyri-rəsmi söhbətlər ‘uşaqları Rəbbin tərbiyə və nəsihəti ilə böyütməkdə’ çox böyük rol oynayır (Efes. 6:4; Qanun. t. 6:5-7).

3. Həmimanlılarımızla olarkən Yehovaya həmd etmək üçün hansı imkan yaranır?

3 Həmimanlılarla olarkən. Təbliğdə və ya yığıncaq görüşlərində olarkən həmimanlılarla birlikdə Yehovaya həmd etmək üçün gözəl imkan yaranır (Sül. məs. 15:30; Filip. 4:8; İbr. 13:15). Yehovanı sevdiyimiz üçün, bir-birimizlə ünsiyyət edərkən Onun xeyirxahlığına görə səmimi qəlbdən minnətdarlığımızı bildirmək hər birimizə asan olmalıdır (Məz. 106:1).

4. Yehovaya həmd etmək üçün başqa hansı imkanlar var?

4 İmanımıza şərik olmayanlarla söhbət edərkən. Şəraitimiz hər gün xidmətdə iştirak etməyə yol verməsə də, əməkdaşımızla, məktəb yoldaşımızla, yaxud ətrafımızda olan başqa insanlarla Yehova və Onun niyyətləri haqqında hətta qısa söhbət etməyimiz səmimi insanlara ümid verə bilər (Məz. 27:14; 1 Pet. 3:15). Bir bacı təyyarədə yanında əyləşən adama şahidlik etmişdi. Eşitdikləri həmin adama elə təskinlik vermiş və ruhlandırmışdı ki, o, sonra əlaqə saxlaya bilmələri üçün öz ünvanını və telefon nömrəsini bacıya vermişdi. Dünyada narahatçılıq artdığından və vəziyyət pisləşdiyindən Yehovanın xalqı qulaq asmağa meyilli olanlara «xoş müjdə» çatdırmağa davam edir. Bu, həmin insanlara ümid bəxş edir və onları Yehovaya həmd etməyə təşviq edir (Yeşaya 52:7; Rom. 15:11).

5. Nəyə görə Yehovaya həmd etmək istəyirik və bunun sayəsində nə əldə olunur?

5 Xidmətçilərinin hər gün Ona həmd etmələrini eşitmək, yəqin Yehovanı çox sevindirir. Yehovanın yaratdığı şeylər kimi, biz də hər gün evimizdə, yığıncaqda və hələ Yehovaya həmd etməyən insanlarla söhbət edərkən Ona daha çox həmd edə bilərik (Məz. 19:1-4).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş