Yehova böyükdür və çox həmdə layiqdir
Rəbbin Xatirə Gecəsi aprelin 16-da qeyd olunacaq
1 2003-cü il aprel ayının 16-sı yaxınlaşır. Həmin günün axşamı bütün yer üzündə Yehovanın adına izzət gətirən milyonlarla qardaşlarımızla birlikdə İsanın ölüm gününü qeyd edəcəyik. Yehova, uğrumuzda verdiyi bahalı fidiyə üçün, bizim həmdimizə layiqdir. O, fidiyə vasitəsilə itaətkar insanların hamısına mö’cüzəli xeyir-dualar verir. Məzmurçunun bu sözləri ilə ürəkdən nida etməyə hazırıq: “Rəbb böyükdür və çox həmdə layiqdir” (Məz. 145:3).
2 Xatirə Gecəsi dövrü Yehovanın xeyirxahlığının üzərində düşünmək və Oğlunu göndərdiyi üçün, Ona minnətdarlığımızı bildirmək vaxtıdır. Çünki Yehova “Öz yeganə Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə həyat alaq” (1 Yəh. 4:9, 10). Rəbbin Xatirə Gecəsini qeyd etmək tapşırığını yerinə yetirməklə ‘Rəbbin mərhəmətli və rəhmli... və inayətinin böyük’ olduğunu anlayırıq (Məz. 145:8). Həqiqətən də fidiyə — Yehovanın bəşəriyyətə olan məhəbbətinin ən böyük təzahürüdür (Yəh. 3:16). Yehovanın məhəbbətinin əsl gücünü dərk edəndə və İsanın öz nöqsansızlığını sədaqətlə qorumasının üzərində düşünəndə Yehovaya həmd etmək arzumuz daha da güclənir. Bizə əbədi yaşamaq imkanı verməkdə təzahür etdirdiyi məhəbbətinə görə Allaha əbədiyyət boyu həmd edəcəyik (Məz. 145:1, 2).
3 Yehovaya həmd etməkdə başqalarına kömək et. Yehovanın təqdim etdiyi fidiyə ən’amına görə olan minnətdarlığımız bizi təşviq edir ki, bizimlə birlikdə Ona həmd etmək üçün başqalarını da də’vət edək. Məzmurçu ilhamlanaraq bu sözləri yazmışdır: “Böyük yaxşılığının anılmasını e’lan edəcəklər və ədalətini tərənnüm edəcəklər” (Məz. 145:7). Təkcə keçən il, Yehovanın Şahidləri bütün dünyada təbliğ işinə milyard saatdan artıq vaxt sərf etmişlər. Nəticələr haqda nə demək olar? Yehovaya həsr olunmalarına əlamət olaraq, hər həftə 5 100-dən artıq adam vəftiz olunmuşdur. Xatirə Gecəsində 15 597 746 adam iştirak etmişdir. Onlardan 9 milyonu Yehovaya xoş xəbərin təbliğçiləri kimi həmd etmir. Deməli, gələcək artım üçün böyük potensial var! Biz, Padşahlığın təbliğçiləri kimi xoş xəbərin təbliğ işini və başqa insanların ürəklərini Yehovaya, Onun Oğluna və Padşahlığa tərəf yönəltmək şərəfini qiymətləndiririk.
4 Başqalarını Yehovaya izzət verməyə təşviq etməyin ən gözəl üsulu, onları bizimlə birlikdə Rəbbin Xatirə Gecəsini qeyd etməyə də’vət etməkdir. Də’vət etmək, həmçinin ola bilər ki, günü və saatı xatırlatmaq istədiyin şəxslərin siyahısını tutmusanmı? Adları siyahıda olanların hamısına də’vətnamə paylamısanmı? Əgər etməmisənsə, bunu indi, hələ vaxt var ikən etməyə çalış. Bayramın dəyərini onlara başa sal. Bayram günü qonaqlara yaxınlaşmağa, onları mehribanlıqla salamlamağa, bacı-qardaşlarla tanış etməyə və mərasimə gəldikləri üçün tə’rifləməyə hazır ol.
5 Gecədə iştirak etmək, yeni gələnləri ruhən inkişaf etməyə təşviq edə bilər. Müqəddəs Kitabı öyrənən bir nəfər zədələnmədən sonrakı stressdən əziyyət çəkdiyi üçün, insanlar arasına çıxmağa utanır. Buna baxmayaraq, o, Xatirə Gecəsinə gəlmişdir. Qardaşlar onun fikri ilə maraqlananda, o dedi: “Bu xüsusi gecədir və mən gəlməyə bilməzdim”. O, həmin vaxtdan görüşlərə gəlməyə başladı.
6 Xatirə Gecəsindən sonra. Maraqlanan insanların, Yehovaya həmd etməkdə bizə qoşulmalarına necə kömək etmək olar? Ağsaqqallar Xatirə Gecəsinə ilk dəfə gələn insanlarla tanış olacaq və bacarıqlı təbliğçilərdən xahiş edəcəklər ki, bu görüşdən tezliklə sonra həmin insanlarla görüşüb, onların gördüklərini, həmçinin öyrəndiklərini birlikdə müzakirə etsinlər. Ehtimal ki, onlardan bə’ziləri Müqəddəs Kitabı öyrənmək istəyəcəklər. Maraqlanan insanları hər həftə keçirilən görüşlərə də də’vət etmək lazımdır, çünki bu görüşlərdə müntəzəm iştirak etməklə onlar Müqəddəs Kitabın tə’limlərini daha yaxşı biləcəklər.
7 Hal-hazırda, qeyri-fəal təbliğçiləri müntəzəm olaraq görüşlərə gəlməyə təşviq etmək üçün xüsusi yardım proqramı fəaliyyət göstərir. Ağsaqqallar səndən, xidmətdə fəaliyyətini bərpa etməkdə qeyri-fəallardan birinə kömək göstərməyi xahiş etsələr, kömək əlini uzatmağa hazır ol. Qardaşların qayğısına qalmaq, həvari Pavelin çağırışına müvafiq gəlir. O demişdir: “Nə qədər fürsətimiz varsa, hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək” (Qalat. 6:10).
8 Gəlin, 2003-cü il aprelin 16-da keçiriləcək Xatirə Gecəsində olmaq üçün əlimizdən gələni edək. Yehovaya həmd etmək kimi gözəl imkanı əldən buraxmaq istəməzdik. Beləliklə, gəlin indi və əbədi olaraq böyük işlərinə görə Yehovaya həmd edək! (Məz. 145:21).