Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 3/03 s. 3—5
  • Gəlin, yaxşılıq etməyə sə’y göstərək!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gəlin, yaxşılıq etməyə sə’y göstərək!
  • Müqəddəs ibadətimiz 2003
  • Oxşar material
  • “Allahın kəlamını... tam bəyan” et
    Müqəddəs ibadətimiz 2002
  • ‘Müjdəyə şəhadət edin’
    Müqəddəs ibadətimiz 2008
  • Yehovanın valehedici işləri haqqında bəyan edin!
    Müqəddəs ibadətimiz 2004
  • ‘Dünyanın nurundan’ insanları xəbərdar et
    Müqəddəs ibadətimiz 2006
Əlavə
Müqəddəs ibadətimiz 2003
km 3/03 s. 3—5

Gəlin, yaxşılıq etməyə sə’y göstərək!

1 2003-cü ilin Xatirə Gecəsi yaxınlaşır və bizim “yaxşılıq etməyə sə’y” göstərməyimiz üçün çox səbəblərimiz var (1 Pet. 3:13). Bu səbəblərdən ən vacibi İsa Məsihin fidiyə qurbanlığıdır (Mat. 20:28; Yəh. 3:16). Bu barədə həvari Peter yazırdı: “Boş yaşayış tərzindən gümüş yaxud qızıl kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı fidiyəsi ilə xilas oldunuz” (1 Pet. 1:18, 19). Məhəbbətin bu cür əvəzsiz təzahürünə görə olan minnətdarlıq hissi bizi yaxşı işlər görməyə təşviq edir. Bu zaman dərk edirik ki, “İsa Özünü bizim üçün fəda etdi ki, bizi hər cür haqsızlıqdan xilas etsin və təmizləyib, Özünə xüsusi və yaxşı işlərə sə’yli bir xalq törətsin” (Tit. 2:14; 2 Kor. 5:14, 15).

2 Biz Allaha məqbul olan işləri görəndə, Onunla yaxşı münasibətə nail olur və Onun məhəbbətli himayəsi altında yaşayırıq. Peter davam edir: “Həyatı sevib, yaxşı günlər görmək istəyən... şərdən uzaq olsun və yaxşılıq etsin, sülh axtarsın və onun ardınca qaçsın. Çünki Rəbbin gözləri salehlərə, qulaqları onların dualarına tərəf yönəlmişdir” (1 Pet. 3:10-12). Bu cür təhlükəli vaxtlarda Yehovanın bizim başımıza gələnləri gördüyünü, köməyimizə gəlməyə və bizi “gözünün bəbəyi kimi” qorumağa hazır olduğunu bilmək necə də böyük xeyir-duadır! (Təs. 32:10; 2 Tarix. 16:9).

3 Peterin məktub yazdığı ilk məsihçilər sə’y göstərmək ruhu ilə alışıb yanır və müxtəlif sınaqlara baxmayaraq, mümkün olan hər yerdə xoş xəbəri bəyan edirdilər (1 Pet. 1:6; 4:12). Eyni işi bu gün Allahın xalqı da yerinə yetirir. “Çətin anlar”da yaşasaq da, Yehovanın mərhəmətinə görə olan minnətdarlığımız bizi, Onun iradəsini sə’ylə yerinə yetirməyə təşviq edir (2 Tim. 3:1; Məz. 145:7). Gəlin görək Xatirə Gecəsi dövründə hansı yaxşı işləri yerinə yetirə bilərik.

4 Başqalarını Xatirə Gecəsinə də’vət et. Bizim, fidiyə ən’amına görə minnətdarlığımızı bildirmək, yə’ni bu il aprelin 16-da, çərşənbə günü günəşin batmasından sonra İsa Məsihin ölümünün bütün dünyada qeyd olunan Xatirə Gecəsində iştirak etmək imkanımız var (Luka 22:19, 20). Ötən il bu mərasimdə, bütün dünya üzrə 94 600 yığıncaqda 15 597 746 nəfər iştirak etmişdir! Bu say, bir il əvvəl həmin mərasimdə iştirak edənlərin sayından 220 000 min artıqdır.

5 Xatirə Gecəsinə bu il nə qədər adam gələcək? Bu, bizim nə qədər adam də’vət edəcəyimizdən asılıdır. Növbəti addımdan başla: də’vət etmək istədiyin adamların siyahısını tut. Əvvəlcə ailə üzvlərinin adını yaz. Əgər ərin və ya arvadın sənin imanına şərik deyilsə, həyat yoldaşına Xatirə Gecəsinə onunla birlikdə getmək istədiyini söylə. Bir bacımızın imanına şərik olmayan əri dedi ki, Xatirə Gecəsində iştirak etməsinin arvadı üçün böyük mə’na daşıdığına görə keçən il bu mərasimə gəlmişdir. Sonra həmin siyahıya qohumlarını, qonşularını, iş və ya məktəb yoldaşlarını sala bilərsən. Müqəddəs Kitabı öyrətdiyin adamları da mütləq də’vət et.

6 Siyahını tutduqdan sonra, həmin adamları də’vət etmək üçün vaxt ayır. Bu zaman Xatirə Gecəsinin çap olunmuş də’vətnamələrindən istifadə et. Də’vət olunanlar bayramın nə zaman və harada keçiriləcəyini unutmasınlar deyə, mə’lumatı də’vətnamənin aşağı tərəfində ya yazı maşınında çap et, ya da çap hərfləri ilə yaz. Aprel ayının 16-na yaxın də’vət etdiyin adamlara baş çək, ya da telefon vasitəsilə Gecənin keçiriləcəyi yer və vaxt haqqında yaddaşlıq et. Gəlin, bu vacib hadisədə iştirak etməkdə bacardıqca daha çox adamlara kömək edək!

7 Xatirə Gecəsinə gələnlərə kömək et. Xatirə Gecəsi həmişə həyəcanlandırıcı hadisədir. Adətən görüşlərimizdə iştirak etməyən adamları bu görüşə də’vət etmək imkanımız var. Şəraitdən asılı olaraq, vaxtından əvvəl gəlməyi və görüş qurtarandan sonra bir qədər gec getməyi planlaşdır. Yeni gələnlərə özün yaxınlaş və onlarla tanış ol. Səmimi və qonaqpərvər olmağa çalış (Rom. 12:13).

8 Gecədə iştirak edənlərin Müqəddəs Kitab öyrənməsi vasitəsilə sonrakı ruhani inkişafına kömək etmək olarmı? Hal-hazırda heç kimin baş çəkmədiyi adamların adını və ünvanını yaz, o zaman onların qayğısına qala bilərsən. Əgər onlara qayğı ilə lazımi yardımı göstərsək, onlardan bə’ziləri gələn Xatirə Gecəsinə qədər vəftiz olunmamış təbliğçi ola bilərlər. Xatirə Gecəsində olanlara baş çəkərək, onları aprel ayının 27-də söylənəcək xüsusi mə’ruzəni dinləməyə də’vət et.

9 Bu yaz köməkçi pioner kimi xidmət edə bilərsənmi? Yehova üçün olan sə’yimiz bizi hər il bu aylar ərzində xüsusi fəaliyyətdə var qüvvəmizlə xidmət etməyə təşviq edir. Məsələn, ötən il mart və aprel aylarında Azərbaycanda orta hesabla 24 təbliğçi köməkçi pioner kimi xidmət etmişdir. Xatirə Gecəsi keçirilən dövrdə bütün yığıncağın xoş xəbəri müştərək tərzdə sə’ylə təbliğ etmək cəhdi gözəl nəticələr hasil edə bilər.

10 107 təbliğçisi və 9 pioneri olan bir yığıncaq üçün ötən ilin aprel ayı “qeyri-adi ay” olmuşdur. Həmin vaxt, ağsaqqallar və xidməti köməkçilərin hamısı daxil olmaqla 53 təbliğçi, köməkçi pioner kimi xidmət etmişdir. Həmin ay ağsaqqallar təbliğçilərdə köməkçi pioner xidmətinə bu cür güclü sə’yi necə alışdıra bilmişlər? Onlar buna əvvəlcədən, mümkün olan hər bir kəsi ərizə yazmağa təşviq edərək nail olmuşlar. Təbliğ xidməti üçün görüşlər gün ərzində müxtəlif vaxtlarda keçirilirdi ki, yığıncağın bütün üzvləri üçün rahat olsun. Xüsusilə telefon vasitəsilə çox şahidlik edirdilər, bunu ələlxüsus da yaşlı və xəstə təbliğçilər edirdi.

11 Səhhəti ilə əlaqədar yeriyə bilməyən 86 yaşlı bir bacı köməkçi pioner xidməti üçün ərizə yazmışdı. Səhər vaxtı mətbəx stolu arxasında oturub telefonla iki saata yaxın təbliğ edir, sonra bir neçə saat dincəlir və yenidən mətbəxə qayıdıb, daha bir müddət təbliğ edirdi. Bir qadına zəng edərkən, bacı öyrəndi ki, həmin qadın son iki il ərzində ərini və iki yeniyetmə oğlunu itirib. Qadın, Allahın bu cür hadisələrə nə üçün yol verdiyini anlaya bilmirdi. Bacı ona yaxşı şahidlik verdi və onunla Müqəddəs Kitab öyrənməsi başladı. Axşam vaxtları telefonla şahidlik etmək, evdən-edə xidmət etmək mümkün olmayan ərazilərdə və ya binalarda yaşayan insanlarla əlaqə yaratmaq üçün gözəl üsuldur. Bu üsul həm də günorta vaxtı, demək olar ki, evdə olmayan insanları tapmağa imkan verir.

12 Həmin yığıncağın ağsaqqalları belə yazmışlar: “Bu aylar bizim üçün çox gözəl keçdi. Biz Yehovaya, qarşımızda açdığı geniş imkanlar, həmçinin bizə verdiyi bol xeyir-dualar üçün minnətdarıq”. Münasib planlaşdırma sayəsində sizin yığıncağınız da bu cür xeyir-dualardan həzz ala bilər.

13 Xidmətdə 100 faiz iştirak etmək məqsədi. Allaha və yaxınlarımıza olan məhəbbətimiz, xoş xəbəri başqaları ilə bölüşmək üçün bizi hər ay vaxtı satın almağa təşviq edir (Mat. 22:37-39). Yığıncağın kitaböyrənmə nəzarətçiləri və onların köməkçiləri qruplarında olan təbliğçilərə xidmətdə hər ay iştirak etməyə kömək etməlidirlər. Bunu etməyin gözəl üsulu, qrupun ayrı-ayrı təbliğçiləri üçün birgə xidmət təşkil etməkdir. Bunu ayın axırında deyil, əvvəlində etmək yaxşı olardı. O zaman onlara qayğı ilə yardım etməyə çoxlu imkan yaranacaqdır.

14 Sizin kitaböyrənmədə, xidmətdə iştirak ­etməyə çətinlik çəkən yaşlı və ya xəstə təbliğçilər varmı? Əgər onlardan hansısa qocalar evində yaşayır və ya evindən çıxmırsa, aydındır ki, onların şahidlik etmək imkanları məhdud olacaq. Lakin buna baxmayaraq, nurlarının parlamasına imkan verərlərsə, ehtimal ki, onların yaxşı işlərini görənlər həqiqətə səmimi maraq göstərəcəklər (Mat. 5:16). Kitaböyrənmə nəzarətçiləri əmin olmalıdırlar ki, bu cür təbliğçilər, 15 dəqiqədən az olmamaq şərtilə təbliğ xidməti haqqında hesabat vermək imkanlarının olmasından xəbərdardırlar. Xidmət barədə müntəzəm olaraq hesabat verməklə bu sadiq xidmətçilər sevinc və məmnunluq duyacaqlar. Bu onları ruhlandıracaq, həmçinin Allahın xalqının fəaliyyəti barəsindəki hesabatın dəqiq olmasına kömək edəcək.

15 Yaxşı işlərə sə’y göstərən gənclər. Öz qüvvələrini və enerjilərini Yehovaya xidmətə həsr edən məsihçi gənclərini görmək necə də təravətləndiricidir! (Sül. məs. 20:29). Əgər sən gəncsənsə, bu xüsusi aylarda Yehovaya xidmətə olan sə’yini necə göstərə bilərsən?

16 Əgər hələ təbliğçi deyilsənsə, buna nail ola bilər­sənmi? Özünə bu cür suallar ver: Müqəddəs Kitab həqiqətinin əsas biliklərini mənimsəmişəmmi? Məsihçi xidmətində iştirak etmək istəyirəmmi? Davranışım barədə nə demək olar? Başqalarına xoş xəbəri danışmaqla imanımı təzahür etdirməyi bacarırammı? Bunu etməyə məni ürəyimmi təşviq edir? Əgər bu suallara müsbət cavab verə bilirsənsə, onda təbliğçi olmaq arzunu valideynlərinə bildir. Valideynlərin isə xidməti komitənin ağsaqqallarından birinə müraciət edə bilərlər.

17 Əgər sən artıq xoş xəbərin təbliğçisisənsə, tə’til zamanı xidmətini genişləndirə bilərsənmi? Vəftiz olunmuş bir çox gənclər yaxşı qrafik qurmaqla, valideynlərinin və başqa təbliğçilərin köməyi ilə köməkçi pioner kimi xidmət etmişlər. Əgər bu mümkün deyilsə, onda xidmətdə daha çox iştirak etməyə qəti qərarlı ol. Qarşına konkret məqsəd qoy. Məqsəd yalnız müəyyən saat təbliğ etməkdən deyil, həmçinin xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdan ibarət ola bilər. Misal üçün, bu cür məqsədlərə can atmaq olar: hər qapının ağzında Müqəddəs Kitab ayəsi oxumaq, təkrar başçəkmələri yaxşılaşdırmaq, Müqəddəs Kitab öyrənməsi başlamaq, həmçinin telefon vasitəsilə, ya da xidmətin başqa növlərində iştirak etmək. Bu il Xatirə Gecəsinə qonşunu, məktəb yoldaşını və ya qohumunu də’vət etmək məqsədi barədə nə demək olar? Teokratik fəaliyyətdə daha fəal iştirakımız mükafatlandırıcı olacaq və şübhəsiz ki, yığıncaqda başqalarını da ruhlandıracaq (1 Salon. 5:11).

18 Yeni gələnlərə ruhən böyüməkdə kömək et. Ötən xidmət ili ərzində Azərbaycanda hər ay orta hesabla 383 Müqəddəs Kitab öyrənməsi keçirilmişdir. Vaxt ötdükcə Müqəddəs Kitabı öyrənənlərdən əksəriyyəti həsr olunmağa və vəftiz edilməyə hazır olacaqlar. Lakin onlar bu məqsədə nail olana qədər biz onlara xoş xəbərin təbliğçiləri olmaqda kömək etməliyik. Bu, İsa Məsihin yeni şagirdlərini hazırlamaqda vacib addımdır (Mat. 9:9; Luka 6:40). Sənin məşğul olduğun kəslər bu addımı atmağa hazırdırlarmı?

19 Müqəddəs Kitabı öyrətdiyin adamın nailiyyətlər edib-etmədiyinə əmin deyilsənsə, kömək üçün kitaböyrənmənin nəzarətçisinə və ya xidməti nəzarətçiyə müraciət et. Onlardan birini həmin öyrənməyə də’vət et. Bu qardaşlar, Müqəddəs Kitabı öyrənən adamın ruhani nailiyyətlərini qiymətləndirməkdə böyük təcrübəyə malikdirlər. Ehtimal ki, onlar həmin adamın ruhən inkişaf etməsi üçün lazımi məsləhət verəcəklər.

20 Müqəddəs Kitabı öyrənən adam vəftiz olunmamış təbliğçi olmaq istəyirsə və sən onun buna hazır olduğunu düşünürsənsə, bu barədə sədrlik edən nəzarətçi ilə danış. Həmin qardaş qayğı göstərəcəkdir ki, sizinlə iki ağsaqqal görüşsün və “Xidmətimiz” kitabının (rus.) 98, 99-cu səhifələrindəki mə’lumata əsasən, təbliğçi olmaq istəyən kəsin lazımi tələblərə müvafiq olub-olmadığını müəyyən etsinlər. (“Gözətçi Qülləsi”nin 1989-cu il 15 sentyabr sayının (rus.) 13, 14-cü səhifələrinə bax.) Ağsaqqallar öyrənən adamı təbliğçi olmağa layiq görsələr, sən dərhal onu öyrətməyə başlamalısan. Həmin adam təbliğ haqqında hesabat verəndə, onun vəftiz olunmamış təbliğçi olması barədə yığıncaqda e’lan ediləcək. Ümidvarıq ki, bu xüsusi fəaliyyət aylarında minlərlə yeni — həm gənc, həm də yaşlı təbliğçiləri salamlaya biləcəyik.

21 Ən yaxşı işləri yerinə yetirmək üçün plan qurmaq lazımdır. Xatirə Gecəsi dövründəki teokratik fəaliyyətimizin müvəffəqiyyətli olması, qabaqcadan plan qurmağımızdan asılıdır (Sül. məs. 21:5). Ağsaqqallar böyük hazırlıq işi görməlidirlər.

22 Təbliğçilər xidmətdə daha çox iştirak edə bilsinlər deyə ağsaqqallar həftənin bütün günləri, hətta şənbə və bazar günləri ərzində təbliğ xidməti üçün görüşlər təşkil etməlidirlər. Bu sahədə xidməti nəzarətçi qayğı göstərməlidir. Səhər erkən, nahardan sonra və axşamüstü əlavə görüşlər təşkil etmək olmazmı? Bu görüşlər barədə yığıncaqda müvafiq e’lanlar olunmalıdır. Təbliğ xidməti üçün görüşlərin siyahısını e’lanlar lövhəsinə də asmaq lazımdır.

23 Ağsaqqallar aprelin 16-a qədər Xatirə Gecəsi üçün müvafiq hazırlıq görməlidirlər. Misal üçün, əgər həmin Padşahlıq Zalında bir neçə yığıncaq görüş keçirirsə, onlarla görüşlərin ardıcıllığı barədə danışmaq, Zalın yığışdırılmasını təşkil etmək, xidmətçiləri, simvolları hazırlayanları, həmçinin bayram zamanı onları təqdim edən qardaşları tə’yin etmək lazımdır. Gecənin keçiriləcəyi vaxt və yer barədə, həmçinin həmin həftə görüşlərin cədvəlində baş verən müxtəlif dəyişikliklər barədə yığıncağa xəbər vermək lazımdır. Bütün bunlar yerinə yetirilərsə, bayram “ədəblə və nizamla” keçəcək (1 Kor. 14:40).

24 Ailə başçıları, yəqin ki, ailəvi öyrənmənin bir hissəsini Xatirə Gecəsi dövründə xidmətlərini necə genişləndirə biləcəklərini müzakirə etməyə ayıracaqlar. Ailənin bütün üzvləri köməkçi pioner kimi xidmət edə bilərmi? Mümkün deyilsə, ailənin digər üzvləri, köməkçi pioner kimi xidmət edən bir, yaxud bir neçə üzvünü dəstəkləyə bilərmi? Əgər bu da mümkün deyilsə, ailənin qarşısına xidmətdə daha çox iştirak etmək məqsədi qoya bilərsən. Ailənizin yeniyetmə üzvlərindən kim isə ruhlandırılarsa və onlara kömək edilərsə vəftiz olunmamış təbliğçi ola bilərmi? Sizin ailə Xatirə Gecəsinə bu il nə qədər adam də’vət edə bilər? Yaxşı plan qurmaq, sizin ailəyə çoxlu xeyir-dua və sevinc gətirəcək.

25 Qalan vaxtdan müdrikliklə istifadə et. Həvari Peter özünün birinci məktubunda birinci əsrin məsihçilərinə xatırladırdı ki, Yəhudi sistemi sonuna yaxınlaşdığı üçün vaxtdan lazımi tərzdə istifadə etsinlər (1 Pet. 4:7). Bu gün baş verən hər şey göstərir ki, mövcud olan sistemin axırına lap az qalıb. Həyat tərzimiz göstərməlidir ki, bu həqiqətən də belədir. Yehovanın sə’y göstərən xidmətçiləri kimi diqqətimizi xoş xəbərin təbliğ edilməsi işinə yönəltməliyik (Tit. 2:13, 14).

26 Hal-hazırda sə’y göstərmək və fəal olmaq vaxtıdır! Yehovanın sənin, ailə üzvlərin və yığıncaq üçün etdikləri üzərində düşün. Bizə verdiyi xeyir-duaların əvəzini heç zaman qaytara bilməsək də, Ona xidmətimizi ürəkdən yerinə yetirə bilərik (Məz. 116:12-14). Bizim sə’yimizə yuxarıdan xeyir-dua veriləcək (Sül. məs. 10:22). Gəlin, fəal xidmətin xüsusi dövrü ərzində yaxşı işə sə’y göstərək ki, “Allah, hər şeydə İsa Məsih vasitəsilə izzət qazansın” (1 Pet. 3:13; 4:11).

[3 səhifədəki çərçivə]

Bütün dünya üzrə Gecəyə gələnlərin sayı

1999 14 088 751

2000 14 872 086

2001 15 374 986

2002 15 597 746

[4 səhifədəki çərçivə]

Xatirə Gecəsinə kimləri də’vət edəcəksən?

□ Ailə üzvlərini və qohumlarını

□ Qonşuları və tanışları

□ İş və məktəb yoldaşlarını

□ Təkrar baş çəkdiyin və Müqəddəs Kitabı öyrətdiyin adamları

[5 səhifədəki çərçivə]

Xatirə Gecəsinə gələnlərə kömək et

□ Səmimi qəlbdən qarşıla

□ Gecədən sonra onlara baş çək

□ Onlara Müqəddəs Kitabı öyrənməyi təklif et

□ Onları xüsusi mə’ruzəyə də’vət et

[5 səhifədəki çərçivə]

Xatirə Gecəsi dövründə hansı məqsədlərin var?

□ Xatirə Gecəsinə kimi isə də’vət etmək

□ Xoş xəbərin təbliğçisi olmaq

□ Xidmətə müəyyən vaxt həsr etmək

□ Xidmətin müəyyən növlərində təkmilləşmək

□ Köməkçi pioner kimi xidmət etmək

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş