«Müqəddəs Kitab — dəqiq tarix və etibarlı peyğəmbərliklər kitabı»
Müqəddəs Kitabın tarixi dəqiqliyi hansı sübutlardan görünür? Müqəddəs Kitabın yerinə yetmiş hansı peyğəmbərlikləri bizə əminlik verir ki, gələcək peyğəmbərliklər də yerinə yetəcək? Bu suallar «Müqəddəs Kitab — faktlar və peyğəmbərliklər kitabı» (rus.) adlı DVD-nin «Müqəddəs Kitab — dəqiq tarix və etibarlı peyğəmbərliklər kitabı» adlı üçüncü filmində müzakirə olunur. Bu filmə baxdıqdan sonra aşağıdakı suallara cavab verməyə çalışın:
1) Müqəddəs Kitabdakı etibarlı məlumatın Müəllifi kimdir? (Dan. 2:28). 2) Müqəddəs Kitab qədim Misiri dəqiqliyi ilə necə təsvir edir və Yeşaya 19:3, 4 ayələrində yazılmış peyğəmbərlik necə yerinə yetmişdir? 3) Arxeologiya Müqəddəs Kitabda assuriyalılar, onların padşahları və Assuriyanın məhvi haqqında deyilənləri necə təsdiq edir? (Nah. 3:1, 7, 13). 4) Babilə dair hansı peyğəmbərliklər yerinə yetmişdir? (Yer. 20:4; 50:38; 51:30). 5) Midiya-Fars barədə deyilmiş hansı peyğəmbərliklər yerinə yetmişdir? (Yeşaya 44:28). 6) Daniel 7:6 və 8:5, 8 ayələrində Yunanıstan haqqında deyilənlər necə yerinə yetmişdir? 7) Daniel 7:7 ayəsi Roma dünya imperiyasının üzərində necə yerinə yetmişdir? 8) Müqəddəs Kitabda hansı sezarların adı çəkilir? 9) Neronun hakimiyyəti altında məsihçilərlə nə baş vermişdi? 10) Vəhy 13:11 və 17:10 ayələrindəki peyğəmbərliklər necə yerinə yetmişdi? 11) Səkkizinci padşah kimdir? 12) Filmdə göstərilən hansı səhnələr Vaiz 8:9 ayəsindəki sözlərin həqiqət olduğunu sübut edir? 13) Sən gələcəkdə hansı peyğəmbərliklərin həyata keçməsini səbirsizliklə gözləyirsən? 14) Bu film vasitəsilə Müqəddəs Kitabın Allahdan olduğunu başa düşməkdə başqalarına necə kömək edə bilərsiniz?