Yığılıb qalmasın, onlardan istifadə edin
Bir çox yığıncaqların ehtiyatında köhnə ədəbiyyatlar yığılıb qalır. Nəyə görə bu ədəbiyyatlardan şəxsi teokratik kitabxanan üçün götürməyəsən? Əlbəttə, köhnə ədəbiyyatlar «Gözətçi Qülləsi»nin elektron kitabxanasında var. Amma bu ədəbiyyatların əlimizdə çap olunmuş variantda olması da yaxşı olardı. Əgər Müqəddəs Kitabı öyrətdiyin insan ruhani cəhətdən inkişaf edirsə, onu təşviq edə bilərsən ki, köhnə nəşrləri götürərək şəxsi kitabxanasını yaratmağa başlasın. Teokratik Xidmət Məktəbinin nəzarətçisi bu köhnə ədəbiyyatlardan Padşahlıq Zalının kitabxanasında olduğuna əmin olmalıdır. Bu ədəbiyyatlar öz dəyərini itirmir. Yığıncağın ehtiyatında yığılıb qalmaqdansa, onlardan istifadə etsək, daha yaxşı olardı.