Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 5/09 s. 3
  • Nəşrlərimizdən səmərəli istifadə et

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəşrlərimizdən səmərəli istifadə et
  • Müqəddəs ibadətimiz 2009
  • Oxşar material
  • Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatımızdan müdrikliklə istifadə et
    Müqəddəs ibadətimiz 2005
  • Yığılıb qalmasın, onlardan istifadə edin
    Müqəddəs ibadətimiz 2011
  • Padşahlıq işinə həsr olunmuş vəsaitləri qiymətləndirin
    Müqəddəs ibadətimiz 2002
  • Təbliğ xidmətində jurnallardan istifadə et
    Müqəddəs ibadətimiz 2005
Müqəddəs ibadətimiz 2009
km 5/09 s. 3

Nəşrlərimizdən səmərəli istifadə et

1. Verdiyi şeylərə görə Yehovaya minnətdar olmaqda İsanı necə təqlid edə bilərik?

1 İsa minlərlə insanı möcüzəvi şəkildə yeməklə təmin etdikdən sonra artıq qalanı yığmağı tapşırdı (Mat. 14:19-21). İsanın Atasının bəxş etdiyi şeyləri bu cür qiymətləndirməsi ‘sadiq nökərbaşının’ vasitəsilə təmin etdiyi hər şeyə görə Yehovaya ‘şükür etməkdə’ bizim üçün gözəl nümunədir (Kolos. 3:15; Luka 12:42; Mat. 24:45-47).

2. Jurnalların yığılıb qalmasının qarşısını necə ala bilərik?

2 Jurnallar. İnsanlara paylaya bilmədiyimizdən jurnallarımız yığılıb qala bilər. Əgər belə hal bizdə tez-tez olursa, sifarişimizin sayını azaltmaq lazımdır. Köhnə jurnallarla nə etmək olar? Nə qədər vaxt keçsə də, onlar öz dəyərini itirmir. Əgər bizdə yığılıb qalmış köhnə jurnallar varsa, xidməti nəzarətçi və ya başqa ağsaqqal onları paylamağın effektiv üsullarını tapmaqda bizə kömək edə bilər.

3, 4. Padşahlıq Zalında ədəbiyyat istəyəndə nəyi yadda saxlamalıyıq?

3 Başqa ədəbiyyatlar. Xidmətdə təklif ediləcək ədəbiyyat dəyişiləndə təbliğ üçün həmin ədəbiyyatların əlavə nüsxələrini Padşahlıq Zalından götürməzdən əvvəl onlardan hansıların evdə olub-olmadığını dəqiqləşdir. Çalış ki, bir həftə ərzində paylayacağın qədər ədəbiyyat götürəsən. Əlavə nüsxəni isə onları payladıqdan sonra istə.

4 Yaxşı olardı ki, şəxsi istifadəmiz üçün həqiqətən lazım olan vəsaitləri istəyək. Xüsusi ayrılmış yerdə adını yaz. Bu, şəxsi nüsxəni itirən zaman onun sənə qaytarılmasına kömək edəcək. Əgər kompakt diskdə olan «Gözətçi Qülləsinin kitabxanası»ndan istifadə edirsənsə və özün üçün ədəbiyyatların nüsxəsini saxlayırsansa, onda «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarının cild çəkilmiş nüsxələrini istəməyə ehtiyacın olmaya bilər.

5. Ədəbiyyatlarımızı paylayarkən nəyi yadda saxlamalıyıq?

5 Ədəbiyyatların paylanması. Ədəbiyyatlarımızı yalnız səmimi maraq göstərən insanlara verməyə çalışırıq. Yadda saxla ki, xidmətdə istifadə etdiyimiz bu dəyərli vəsaitlərin maliyyə cəhətdən qiymətləndirilməsi üçün birbaşa məsuliyyəti biz daşıyırıq. Maraqlanan kəsə ədəbiyyat verərkən fürsətdən istifadə edib ümumdünya işinin onların etdiyi ianələrlə dəstəkləndiyini deməkdən çəkinməməliyik.

6. Nəyə görə ədəbiyyatlarımızı daha çox qiymətləndirməliyik və bu, bizi onlarla bağlı nəyə təşviq edir?

6 İsa möcüzəvi şəkildə insanları fiziki qida ilə doyursa da, onları daha çox ruhani qida ilə təmin edirdi. İsa demişdi: «İnsan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar» (Mat. 4:4). Ədəbiyyatlarımız əbədi həyata nail olmaq üçün həyati vacib olan Müqəddəs Kitab həqiqətlərini öyrədir (Yəh. 17:3). Bu qədər dəyərli olan ədəbiyyatları boş yerə sərf etmək olmaz!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş