Padşahlıq işinə həsr olunmuş vəsaitləri qiymətləndirin
1 Mə’bədin tə’miri haqda sərəncam verərkən, Yoşiya padşah tə’mir işi ilə məşğul olanları tə’riflədi və onun tapşırığına əsasən onlara verilən pulu hesablamadılar. “Çünki sədaqətlə çalışırdılar” (2 Kral. 22:3-7). O insanlar müqəddəs şeyləri qiymətləndirirdilər. Bunu, onlara e’tibar edilən vəsaitlərlə davranmalarından görmək olar. Bu gün “Allahın xoş xəbərinin müqəddəs işini” (YD) icra edərkən, biz də sübut etmək istəyirik ki, maddi vəsaitləri bizə e’tibar etmək olar.
2 Təbliğ xidmətində. Nəşrlərimizdə olan mə’lumatın vacibliyini və onları hazırlamaqla əlaqədar çəkilən xərcləri anlamaq, bizi bu nəşrləri yüksək qiymətləndirməyə təşviq edir. E’tinasız olmağa və ədəbiyyatımızı, Müqəddəs Kitabın həqiqətini əsl mə’nada qiymətləndirməyən insanlara verməyə dəyməz. Əgər insan xoş xəbərə az maraq göstərirsə, onda biz ona başqa nəşr deyil, traktat təklif edə bilərik.
3 Ədəbiyyatı elə payla ki, onu qiymətləndirdiyin hiss olunsun. İctimai yerlərdə də qoyma, çünki ədəbiyyatı dağıda bilərlər. Bədxərc olmamaq üçün, artıq ədəbiyyat götürməzdən əvvəl evdə olan ədəbiyyatını yoxla. Əgər jurnalın hər sayından müntəzəm olaraq evdə artıq nüsxələr qalırsa, onda sifarişini azaltmaq barədə düşün.
4 Şəxsi istifadə üçün olan ədəbiyyat. Biz, doğrudan da yalnız istifadə edəcəyimiz ədəbiyyatı sifariş etməliyik. Xüsusən də başqa dillərdə olan, Müqəddəs Kitabın bahalı nəşrlərini — qeydlərlə olan Müqəddəs Kitabları, həmçinin “Müqəddəs Kitab simfoniyası”, “İndeks”, “Müqəddəs Yazıların dərk edilməsi” və “Təbliğçilər” kimi digər iri həcmli nəşrləri sifariş edərkən israfçılığa yol verməməliyik. Bütün bu nəşrlərin hazırlanması böyük miqdarda xərclərlə bağlıdır.
5 Sənə məxsus olan nəşrlərin üzərinə adını və ünvanını yazmağı unutmursan ki? Belə halda, harada isə unutduğun ədəbiyyatın əvəzinə başqasını götürməyə tələsməyəcəksən. Mahnı kitabını, Müqəddəs Kitabı və ya öyrənilən ədəbiyyatı itirmisənsə, ehtimal ki, onları Padşahlıq Zalında, ya da konqresin keçirildiyi yerdə tapılmış əşyaların arasında tapacaqsan (Luka 15:8, 9).
6 Gəlin, nəşrlərimizdən ağıllı tərzdə istifadə edək. Bu cür davranmaqla Yehovaya sübut edəcəyik ki, Padşahlıq işinə həsr olunmuş vəsaitləri bizə e’tibar etmək olar (Luka 16:10).