Padşahlıq zallarındakı kitabxanalara dair yenilik
Artıq uzun illərdir ki, bütün yer üzündəki yığıncaqlarda Padşahlıq Zallarının, əvvəllər Teokratik Xidmət Məktəbinin kitabxanası adlanan kitabxanaları var. Əvvəllər hesab olunurdu ki, hər yığıncağın özünün ayrı kitabxanası olmalıdır. Lakin bir çox Padşahlıq Zallarında bir neçə yığıncaq görüşür və onlardan bə’ziləri əcnəbi dilli yığıncaqlardır. Buna görə də qərara gəlinmişdir ki, Padşahlıq Zalında hər dildən olan qruplar üçün bütün nəşrlərlə təchiz olunmuş yalnız bir kitabxana olsa yaxşı olar. Əgər Padşahlıq Zalı bir neçə Zaldan ibarətdirsə, hər Zalda, orada görüş keçirən hər bir qrupun kitabxanası olmalıdır.
Bu yenilik həm Padşahlıq Zalındakı yerə, həm də maddi vəsaitlərə qənaət etməyimizə kömək edəcəkdir. Bundan əlavə, iki və daha artıq yığıncaqların kitabxanalarının birləşdirilməsi, bütün nəşrlərdən ibarət kitabxana təşkil etməyə imkan yaradacaqdır. Yerdə qalan nəşrləri saxlamaq və yeni Padşahlıq Zallarının kitabxanaları üçün istifadə etmək olar. Əgər Padşahlıq Zalında “Gözətçi Qülləsinin kitabxanası”ndan ibarət disklə təchiz edilmiş kompüter varsa, bu, Müqəddəs Kitabı araşdırmaqda təbliğçilər üçün qiymətli vəsaitdir.
Hər Padşahlıq Zalının kitabxanasında bir qardaş kitabxanaçı kimi xidmət edəcəkdir. Yaxşı olardı ki, həmin qardaş Teokratik Xidmət Məktəbinin nəzarətçisi olsun. O, vaxtı-vaxtında kitabxananı yeni nəşrlərlə tə’min etməli və cildin iç tərəfində bu nəşrlərin Padşahlıq Zalının kitabxanasına məxsus olduğunu qeyd etməlidir. Heç olmasa il ərzində bir dəfə, siyahıda olan bütün nəşrlərin yerində olduğunu və onların yararlı vəziyyətdə olub-olmadığını yoxlamalıdır. Kitabxananın nəşrlərini Padşahlıq Zalından kənara çıxarmaq olmaz.
Padşahlıq Zallarının kitabxanaları bundan sonra da yığıncağın bütün üzvləri üçün faydalı olacaqdır. Gəlin onları qoruyaq və onlardan istifadə edərək “Allah biliyini” axtaraq (Sül. məs. 2:5).