Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 8/11 s. 3
  • Qoy Allahın iradəsi yerinə yetsin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qoy Allahın iradəsi yerinə yetsin
  • Müqəddəs ibadətimiz 2011
  • Oxşar material
  • Vicdanınızı qoruyun
    Müqəddəs ibadətimiz 2012
  • «Vaxtlı-vaxtında yemək»
    Müqəddəs ibadətimiz 2010
  • Allahın Kəlamı təlim üçün faydalıdır
    Müqəddəs ibadətimiz 2013
  • Qulaq asın və öyrənin
    Müqəddəs ibadətimiz 2013
Əlavə
Müqəddəs ibadətimiz 2011
km 8/11 s. 3

Qoy Allahın iradəsi yerinə yetsin

1. 2012-ci xidmət ilində keçiriləcək xüsusi birgünlük konqresin mövzusu nə olacaq və onu nəzərdən keçirməyimiz nəyə görə münasibdir?

1 Biz Yehovanın iradəsilə yaranmışıq (Vəhy 4:11). Allahın iradəsini öyrənmədən və onu yerinə yetirmədən yaradılmağımızda nəzərdə tutulan məqsədə çatmaq qeyri-mümkündür. Bu, göründüyü kimi, bir o qədər də asan deyil, çünki biz bədənimizin və zehnimizin arzuları və «millətlərin istəyini» yerinə yetirmək meyili ilə daxilimizdə mübarizə aparmalı oluruq (Efes. 2:3; 1 Pet. 4:3; 2 Pet. 2:10). Allahın köməyi olmasa, bizi hətta İblisin istəklərini yerinə yetirmək üçün diri-diri onun toruna düşmək təhlükəsi gözləyir (2 Tim. 2:26). 2012-ci xidmət ilində keçiriləcək xüsusi birgünlük konqresin mövzusu nümunəvi duadakı üçüncü əsas xahişə — «Qoy Sənin iradən... yerinə yetsin» xahişinə uyğun davranmağa kömək edəcək (Mat. 6:9, 10).

2. Konqresin proqramında hansı suallara cavab tapacağıq?

2 Növbəti suallara cavab tapacağıq. Proqrama qulaq asdıqca növbəti sualların cavabına diqqət yetir: Allahın Kəlamına qulaq asmaqdan savayı daha nəyi etməyimiz vacibdir? Allahın bizimlə bağlı olan iradəsinin nədən ibarət olduğunu necə başa düşə bilərik? Nəyə görə biz hər cür insana kömək əli uzatmağa hazır olmalıyıq? Həyatdan necə sevinc və məmnunluq duymaq olar? Gənclər Yehovaya nəyi sübut etməlidirlər? Allahın iradəsini yerinə yetirmək hansı xeyir-duaları gətirir?

3. Xüsusi birgünlük konqresin proqramından tam şəkildə necə faydalana bilərik?

3 Konqresin proqramında mütləq iştirak et və diqqətlə qulaq as. Bet-Elin nümayəndəsi və ya səyyar nəzarətçi konqresdə dəvət olunmuş natiq qismində iştirak edəcək. Proqramdan əvvəl və sonra onunla və həyat yoldaşı ilə ünsiyyət etməyə vaxt ayır. Evə qayıdanda unutqan dinləyici olma, ailənlə birlikdə proqramı nəzərdən keçir və tam şəkildə Allahın iradəsinə uyğun necə davranacağınızı müzakirə edin (Yaq. 1:25).

4. Allahın iradəsini həyatımızda birinci yerə qoymaq nəyə görə vacibdir?

4 Öz istəklərinin ardınca gedən və Yehovanın iradəsinə tabe olmaqdan boyun qaçıranlar tezliklə məhv olacaqlar (1 Yəh. 2:17). Allahın iradəsini həyatımızda birinci yerə qoya bilməyimiz üçün bu məlumatı vaxtında hazırladığına görə Yehova çox minnətdarıq!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş