Əgər kimsə deyirsə...
«Allah nə üçün əzab-əziyyətlərə yol verir?»
Belə cavab vermək olar: «Bu sual hamımızı çox narahat edir. Bilmək olar, siz bu sualı nə üçün verirsininz?» Sonra isə: 1) 372—374-cü səhifələrdəki materialı istifadə etmək, yaxud 2) məhz həmin adamın narahatçılığına səbəb olan əzab-əziyyətlərin aradan qaldırılacağından bəhs edən ayələri müzakirə etmək olar.
Yaxud belə demək olar (əgər həmsöhbətini ədalətsizlik narahat edirsə): «Bu gün dünyada nəyə görə bu cür vəziyyətin hökm sürdüyü Müqəddəs Kitabda izah olunur (Vaiz 4:1; 8:9). Bəs siz bilirdinizmi ki, orada Allahın insanları əzab-əziyyətlərdən necə xilas edəcəyi barədə də deyilir? (Məz. 72:12, 14; Dan. 2:44)».
Həmçinin belə də demək olar: «Sözlərinizdən görünür, Allaha inanan adamsınız. Bəs siz Allahın insanları sevdiyinə inanırsınızmı? ... İnanırsınızmı ki, O müdrik və hər şeyə qadirdir? ... Əgər əzablara yol verirsə, deməli, Onun əsaslı səbəbləri var. Müqəddəs Kitabda bunun səbəbi açıqlanır». (372—374-cü səhifələrə bax.)