«Yehovanın Şahidləri nə üçün evdən-evə təbliğ edirlər?»
Belə cavab vermək olar: «Müqəddəs Yazılarda bizim günlərdə baş verən bu fəaliyyət haqda əvvəlcədən deyilmişdi: “Padşahlıq haqqındakı bu xoş xəbər millətlərin hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək”. İsa peyğəmbər həmçinin demişdi: “Gedin və bütün millətlərin içində şagird hazırlayın” (Mat. 24:14; 28:19)».
Yaxud belə demək olar: «İsa peyğəmbər şagirdlərini təbliğə göndərərkən insanların evlərinə getməyi tapşırırdı (Mat. 10:7, 11—13). Onun bir şagirdi öz xidməti haqda belə demişdi: “Bütün faydalı şeylər haqqında sizə danışmaqdan, sizi insanlar qarşısında, evdən-evə öyrətməkdən boyun qaçırmadım”». (Həv. iş. 20:20, 21, həmçinin Həvarilərin işləri 5:42 ayəsinə bax.)
Başqa üsul: «Yehovanın Şahidlərinin çatdırdığı xəbər insanların həyatı ilə bağlıdır, ona görə də onlar çalışırlar ki, bunu hamı bilsin (Sef. 2:2, 3). Onlar bunu Allaha və insanlara məhəbbətdən irəli gələrək edirlər».