Təbliğ etməyə çəkinmə
1. Nə zaman və nəyə görə cəsarət lazımdır?
1 Sənə güləcəklərindən qorxduğun üçün məktəbdə təbliğ etməyə çəkinirsənmi? Əlbəttə, danışmaq cəsarət tələb edir, xüsusilə də insan utancaq olanda. Cəsarətli olmaqda sənə nə kömək edə bilər?
2. Məktəbdə şahidlik verərkən nəyə görə müdrik olmaq lazımdır?
2 Müdrik ol. Baxmayaraq ki, məktəb sənin təbliğ sahəndir, səndən evdən-evə təbliğdə olduğu kimi, qarşına çıxan hər kəslə ruhani mövzularda danışmağın gözlənilmir. Nə vaxt danışacağına qərar verərkən müdrik ol (Vaiz 3:1, 7). Sinifdə müəyyən mövzu müzakirə olunan və ya ev tapşırığı zamanı imanını bölüşmək üçün gözəl imkanın yarana bilər. Yaxud sinif yoldaşların bəzi mərasimlərdə nəyə görə iştirak etmədiyini soruşa bilərlər. Bəzi məsihçilər dərs ilinin əvvəlində müəllimlərinə Yehovanın Şahidi olduqlarını deyir və onlara etiqadlarını izah edən ədəbiyyat verirlər. Başqaları isə partalarının üstünə ədəbiyyat qoyurlar ki, sinif yoldaşları görüb suallar versin.
3. Məktəbdə şahidlik vermək üçün necə hazırlaşmaq olar?
3 Hazırlaş. Əgər qabaqcadan hazırlaşsan, özünə əminliyin artacaq (1 Pet. 3:15). Hansı sualların yarana biləcəyini müəyyən etməyə çalış və onlara necə cavab verəcəyinin üzərində düşün (Sül. məs. 15:28). Mümkündürsə, Müqəddəs Kitabını və bir neçə nəşri, məsələn, «Mülahizə» (rus.) və «Gənclərin sualları» (rus.) kimi kitabları, eləcə də yaradılış haqda ədəbiyyatı məktəbdə saxla ki, lazım olanda istifadə edə biləsən. Valideynlərindən ailəvi ibadət zamanı müəyyən vəziyyətləri səhnələşdirməyi xahiş et.
4. Nəyə görə məktəbdə şahidlik verməyə davam etmək lazımdır?
4 Nikbin ol. Düşünmə ki, sən həqiqətdən danışanda sinif yoldaşların həmişə sənə güləcəklər. Ola bilsin, bəziləri sənin cəsarətli olmağına heyran qalacaq və hətta qulaq asmaq istəyəcəklər. Ancaq heç kim hay verməyəndə ruhdan düşmə. Səy göstərdiyinə görə Yehova məmnun olacaq (İbr. 13:15, 16). Yehovadan xahiş et ki, cəsarətlə danışa bilmək üçün sənə kömək etsin (Həv. iş. 4:29; 2 Tim. 1:7, 8). Kimsə sənə qulaq asanda necə sevinəcəyini təsəvvür et. Həmin adam nəticədə hətta Yehovanın xidmətçisi ola bilər!