Yehovanın təqdim etdiklərindən tam faydalanırsanmı?
1. Yehova təlim almaq məsələsinə necə baxır?
1 Dahi Nəsihətçimiz Yehova bizim təlim almağımızı istəyir (Yeşaya 30:20). O, ilkin Oğlunu yaratdıqdan sonra öyrətmək işinə başladı (Yəh. 8:28). Adəmin üsyanından sonra Yehova öyrətməyə son qoymadı, əksinə, qeyri-kamil insanlara məhəbbətlə rəhbərlik təqdim etməyə davam etdi (Yeşaya 48:17, 18; 2 Tim. 3:14, 15).
2. Hal-hazırda hansı təlim proqramı keçirilir?
2 Bu gün Yehova tarixdə ən böyük təlim proqramı keçirir. Yeşayanın peyğəmbərlik etdiyi kimi, bütün dünyada milyonlarla insanlar «Rəbbin evi olan dağ»a axışır (Yeşaya 2:2). Bu nə üçün lazımdır? Allahın yollarını öyrənmək üçün, bəli, Yehovanın bizi öyrətməsi üçün! (Yeşaya 2:3). 2010-cu xidmət ilində Yehovanın Şahidləri şahidlik etmək və Müqəddəs Kitab həqiqətlərini insanlara öyrətmək işinə 1,6 milyarddan çox saat sərf etmişlər. Üstəlik, bütün dünyada 105 000-dən çox yığıncaqlarda hər həftə ruhani nəsihətlər verilir və sadiq və ağıllı nökərin hazırladığı maarifləndirici məsihçi nəşrləri 500-dən çox dildə çap olunur.
3. Yehovanın təqdim etdiyi təlimdən şəxsən hansı faydanı əldə edirsən?
3 Tam fayda əldə et. Allahın verdiyi təlim bizə böyük fayda gətirir! Biz öyrəndik ki, Allahın adı var və O, bizim qayğımıza qalır (Yeşaya 42:8, KM; 1 Pet. 5:6, 7). Həmçinin həyati vacib sualların cavabını öyrəndik: insanlar nəyə görə əzab çəkir və ölürlər? Əsil xoşbəxtliyi necə tapmaq olar? Həyatın mənası nədədir? Yehova əxlaq məsələlərində də rəhbərlik təqdim edir ki, yollarımız uğurlu olsun (Yeşua 1:8).
4. Allahın xidmətçilərinin hansı təhsili almaq imkanları var və nəyə görə Yehovadan öyrənmək üçün əlimizdən gələni etməliyik?
4 Bundan əlavə, xidmətlərini genişləndirmək üçün Yehova bir çox xidmətçilərinə xüsusi təlim verir. 4—6 səhifələrdə bu məqsədə xidmət edən məktəblərin siyahısı gətirilir. Hətta əgər şəraitimiz bu siyahıda gətirilən məktəbləri keçməyə yol vermirsə, bizim üçün əlçatan olan ruhani təhsildən tam faydalanırıqmı? Çox vaxt məktəb müəllimləri və başqaları tərəfindən ali təhsil almağa yönəldilən gəncləri ruhani məqsədlər qoymağa və ən ali təhsilə — Allahın verdiyi təhsilə can atmağa təşviq edirikmi? Yehovanın təqdim etdiyi təlimlərdən tam faydalanmağımız indi və gələcəkdə əbədi həyatda xoşbəxt ömür sürməyimizə kömək edəcək (Məz. 119:105; Yəh. 17:3).
Yehovanın Öz təşkilatı vasitəsilə verdiyi təhsil
Savadlandırma kursları
• Məqsəd: insanlara Müqəddəs Kitabı şəxsən oxuyub araşdırmağa və başqalarına həqiqəti öyrətməyə kömək etmək üçün oxumağı və yazmağı öyrətmək.
• Keçirilmə müddəti: lazımi qədər.
• Keçirildiyi yer: yerli Padşahlıq Zalı.
• Kimlər təlim keçir: bütün təbliğçilər və maraqlananlar.
• Həyata keçirilmə qaydası: yığıncaq ağsaqqalları yerli tələbata görə savadlandırma kursları təşkil edir və fayda əldə edə biləcək hər kəsi dəvət edirlər.
Teokratik Xidmət Məktəbi
• Məqsəd: təbliğçiləri effektiv və xoş xəbərin müəllimləri olmağa hazırlamaq.
• Keçirilmə müddəti: davamlı.
• Keçirildiyi yer: yerli Padşahlıq Zalı.
• Kimlər yazıla bilər: bütün təbliğçilər. Həmçinin yığıncaqla fəal surətdə təmasda olan, Müqəddəs Kitabın təlimləri ilə razılaşan və məsihçi prinsiplərinə uyğun yaşayan digərləri.
• Həyata keçirilmə qaydası: Teokratik Xidmət Məktəbinin nəzarətçisinə müraciət etmək.
Xarici dil kursları
• Məqsəd: təbliğçilərə başqa dildə xoş xəbəri təbliğ etməyi öyrətmək.
• Keçirilmə müddəti: dörd və ya beş ay. Kurslar, adətən, şənbə günləri səhərlər bir-iki saat ərzində keçirilir.
• Keçirildiyi yer: adətən, yaxınlıqda yerləşən Padşahlıq Zalı.
• Kimlər yazıla bilər: yığıncaqda yaxşı ad qazanmış və əcnəbidilli ərazidə təbliğ etmək istəyən təbliğçilər.
• Həyata keçirilmə qaydası: kurslar tələbata uyğun olaraq filial tərəfindən təşkil olunur.
Padşahlıq Zallarının tikintisi
• Məqsəd: Padşahlıq Zalları tikmək və onları təmir etmək. Bu, məktəb deyil, ancaq bu proqram zamanı könüllülər müxtəlif bacarıqlara yiyələnirlər ki, tikinti proyektlərində kömək edə bilsinlər.
• Keçirilmə müddəti: könüllülərin şəraitlərinə uyğun olaraq.
• Keçirildiyi yer: Regional tikinti komitəsinin nəzdində olan ərazinin və ya Məhdud resurslu ölkələrdə Padşahlıq Zallarının tikintisi proqramının fəaliyyət göstərdiyi hər yerdə. Bəzi könüllülər uzaq ərazilərdə təbii fəlakətlərdən əziyyət çəkənlərə kömək etməyə dəvət oluna bilərlər.
• Tələb: vəftiz olunmuş bacı və ya qardaş ağsaqqallar şurası tərəfindən tövsiyə olunmalıdır. Onların bu sahədə hər hansı təcrübələrinin olub-olmaması vacib deyil.
• Həyata keçirilmə qaydası: «Padşahlıq Zallarının tikintisində müvəqqəti olaraq iştirak etmək üçün könüllünün anketi» (S-82) və yaxud məhdud resurslu ölkələr üçün «Padşahlıq Zallarının tikintisi proqramında iştirak edən könüllülərin ərizəsi» (A-25) blankını doldurmaq lazımdır. Onu yerli ağsaqqallardan almaq olar.
Pioner Xidməti Məktəbi
• Məqsəd: pionerlərə xidmətlərini tam yerinə yetirməyə kömək etmək (2 Tim. 4:5).
• Keçirilmə müddəti: iki həftə.
• Keçirildiyi yer: filial tərəfindən müəyyən olunur; adətən, yaxınlıqda yerləşən Padşahlıq Zalı.
• Tələb: ən azı bir il daimi pioner kimi xidmət edən bacı və qardaşlar.
• Necə yazılmaq olar: bir il pioner kimi xidmət edənlər avtomatik olaraq siyahıya daxil edilirlər və bu barədə onlara rayon nəzarətçisi xəbər verir.
Yeni Bet-Ellilər üçün Məktəb
• Məqsəd: bu məktəb yeni bet-ellilərə xidmətlərini səmərəli yerinə yetirməyə kömək edir.
• Keçirilmə müddəti: on altı həftə ərzində həftədə bir dəfə, bir saat.
• Keçirildiyi yer: Bet-El.
• Tələb: Bet-El ailəsinin daimi üzvü və ya uzunmüddətli müvəqqəti könüllü (bir il və ya daha çox) olmaq lazımdır.
• Necə yazılmaq olar: yuxarıda sadalanan tələblərə müvafiq gələn Bet-El ailəsinin üzvləri avtomotik olaraq bu məktəbə düşürlər.
Padşahlıq Xidməti Məktəbi
• Məqsəd: ağsaqqalları və xidməti köməkçiləri təşkilatın məsuliyyətlərini yerinə yetirməyə və nəzarət etməyə hazırlamaq (Həv. iş. 20:28). Bu məktəb Rəhbərlik Şurasının qərarı ilə bir neçə ildən bir keçirilir.
• Keçirilmə müddəti: son bir neçə ildir ki, bu məktəb ağsaqqallar üçün bir gün yarım, xidməti köməkçilər üçün isə bir gün keçirilir.
• Keçirildiyi yer: adətən, yaxınlıqda yerləşən Padşahlıq və ya Konqres Zalı.
• Tələb: qardaş ağsaqqal və ya xidməti köməkçi olmalıdır.
• Necə yazılmaq olar: tələblərə cavab verən ağsaqqalı və ya xidməti köməkçini rayon nəzarətçisi dəvət edir.
Yığıncaq Ağsaqqalları üçün Məktəb*
• Məqsəd: ağsaqqallara yığıncaqdakı məsuliyyətlərinin öhdəsindən gəlməyə kömək etmək.
• Keçirilmə müddəti: beş gün.
• Keçirildiyi yer: filial qərar verir; adətən, yaxınlıqda yerləşən Padşahlıq və ya Konqres Zalı.
• Tələb: qardaş ağsaqqal olmalıdır.
• Necə yazılmaq olar: tələblərə müvafiq olan ağsaqqalı filial dəvət edir.
Səyyar Nəzarətçilər və Həyat Yoldaşları üçün Məktəb*
• Məqsəd: rayon və vilayət nəzarətçilərinə yığıncaqlara daha səmərəli xidmət etməyə, Allahın sözünü canla-başla danışmağa və öyrətməyə, eləcə də onlara əmanət olunan sürünü otarmağa kömək etmək (1 Tim. 5:17; 1 Pet. 5:2, 3).
• Keçirilmə müddəti: iki ay.
• Keçirildiyi yer: filial qərar verir.
• Tələb: qardaşlar rayon və ya vilayət nəzarətçisi olmalıdırlar.
• Necə yazılmaq olar: tələblərə cavab verən səyyar nəzarətçilər və onların arvadları filial tərəfindən dəvət olunurlar.
Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbi*
• Məqsəd: subay ağsaqqalları və xidməti köməkçiləri əlavə məsuliyyətlərə hazırlamaq. Məzunların əksəriyyəti öz ölkələrində tələbat olan yerlərə təyin olunurlar. Əgər hazırlıq ruhu göstərərlərsə, yalnız bəziləri başqa ölkələrə təyin oluna bilərlər.
• Keçirilmə müddəti: iki ay.
• Keçirildiyi yer: filial qərar verir; adətən, Konqres və ya Padşahlıq Zalı.
• Tələb: yaxşı sağlamlığı olan, bacı-qardaşlara və təlabat olan yerlərdə Padşahlığın maraqlarına xidmət etmək istəyən 23—62 yaşlarında subay qardaşlar (Mark 10:29, 30). Onlar ən azı iki il fasiləsiz xidməti köməkçi və ya ağsaqqal olmalıdırlar.
• Necə yazılmaq olar: əgər bu məktəb sizin filialın ərazisində keçirilirsə, istəyi olanlar üçün görüş rayon konqresində keçirilir. Əlavə məlumatı görüşdə almaq olar.
Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbi*
• Məqsəd: evli cütlüklərə Yehova və təşkilatının onlardan tam mənada istifadə edə bilməsi üçün xüsusi hazırlıq keçmək.
• Keçirilmə müddəti: iki ay.
• Keçirildiyi yer: ilk bir neçə sinif artıq Gözətçi Qülləsinin Patersondakı (Nyu-York, ABŞ) Təlim Mərkəzində keçirilir. Sonra bu məktəb filial tərəfindən təyin olunan yerlərdə keçiriləcək, adətən, bu, Konqres və ya Padşahlıq Zalında olur.
• Tələb: tələbat olan ərazidə xidmət etmək üçün sağlamlığı və şəraiti yol verən, eləcə də «Mən buradayam. Məni göndər» əhval-ruhiyyəsi əks etdirən 25—50 yaşlarında evli cütlüklər (Yeşaya 6:8). Bundan əlavə, onlar ən azı iki il evli olmalı və fasiləsiz iki il tammüddətli xidmətdə olmalıdırlar.
• Necə yazılmaq olar: əgər bu məktəb sizin filialın ərazisində keçirilirsə, istəyi olanlar üçün görüş rayon konqresində keçirilir. Əlavə məlumatı görüşdə almaq olar.
Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilead
• Məqsəd: pionerləri və digər tammüddətli xidmətçiləri missioner xidmətinə hazırlamaq.
• Keçirilmə müddəti: beş ay.
• Keçirildiyi yer: Gözətçi Qülləsinin Patersondakı (Nyu–York, ABŞ) Təlim Mərkəzi.
• Tələb: evli cütlüklər üç il vəftiz olunmuş olmalı və ilk dəfə ərizə yazanda 21—38 yaşlarında olmalıdırlar. Onlar ingilis dilini bilməli, ən azı iki il evli olmalı və fasiləsiz iki il tammüdətli xidmət etməlidirlər; yaxşı sağlamlıqları olmalıdır. Əgər tələblərə cavab verirlərsə, xarici ölkədə pioner kimi xidmət edənlər (o cümlədən missioner statusu olanlar), səyyar nəzarətçilər, Bet-El ailəsinin üzvləri və Xidməti Təkmilləşdirmə Məktəbinin, Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbinin və Məsihçi Ər-arvadlar üçün Müqəddəs Kitab Məktəbinin məzunları da ərizə doldura bilərlər.
• Necə yazılmaq olar: bəzi filiallarda bu məktəblə maraqlananlarla görüş vilayət konqresində keçirilir. Əlavə məlumatları görüş zamanı almaq olar. Əgər sizin ölkədə konqres zamanı bu görüş keçirilmirsə, amma sən ərizə doldurmaq istəyirsənsə, əlavə məlumat üçün filiala yaza bilərsən.
Filial Komitələrinin Üzvləri və Həyat Yoldaşları üçün Məktəb
• Məqsəd: filialların komitə üzvlərinə Bet-Eldəki işlərin daha yaxşı qayğısına qalmağa, yığıncaqlarla bağlı məsələlərlə məşğul olmağa və ərazilərinə daxil olan rayon və vilayətlərə, eləcə də ədəbiyyatların tərcüməsinə, çap olunmasına və çatdırılmasına nəzarət etməyə kömək etmək (Luka 12:48b).
• Keçirilmə müddəti: iki ay.
• Keçirildiyi yer: Gözətçi Qülləsinin Patersondakı (Nyu–York, ABŞ) Təlim Mərkəzi.
• Tələb: filial və ya ölkə komitələrinin üzvləri, yaxud da bu kimi təyinatlar alacaq qardaşlar.
• Necə yazılmaq olar: tələblərə cavab verən qardaşlar və həyat yoldaşları Rəhbərlik Şurası tərəfindən dəvət olunurlar.
[Haşiyələr]
Hal-hazırda bu məktəblər bütün ölkələrdə keçirilmir
Hal-hazırda bu məktəblər bütün ölkələrdə keçirilmir.
Hal-hazırda bu məktəblər bütün ölkələrdə keçirilmir.
Hal-hazırda bu məktəblər bütün ölkələrdə keçirilmir.