Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/12 s. 1
  • Təbliğ etməyimizin on iki səbəbi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğ etməyimizin on iki səbəbi
  • Müqəddəs ibadətimiz 2012
  • Oxşar material
  • Xidmət etmək şərəfini qiymətləndir
    Müqəddəs ibadətimiz 2011
  • Xidmətimiz Allaha məhəbbətimizin təzahürüdür
    Müqəddəs ibadətimiz 2009
  • Xidmətə şövqlü ol
    Gözətçi qülləsi 2015
  • Rəbb yolunda aldığın xidmətə diqqət yetir
    Gözətçi qülləsi 2008
Əlavə
Müqəddəs ibadətimiz 2012
km 6/12 s. 1

Təbliğ etməyimizin on iki səbəbi

Nəyə görə biz xoş xəbəri evdən-evə təbliğ edir və insanlara Müqəddəs Kitabı öyrədirik? Əsas etibarilə, səmimi insanlara həyata aparan yolu tapmağa kömək etmək üçünmü? (Mat. 7:14). Bu, aşağıda gətirilən 12 səbəbdən birincisidir, lakin ən əsası deyil. Səncə, onlardan hansı daha vacibdir?

1. Təbliğ etməyimiz insanlara xilas olmağa kömək edir (Yəh. 17:3).

2. Pislər Allahın hökmləri barədə xəbərdarlıq alırlar (Yez. 3:18, 19).

3. Bununla Müqəddəs Kitab peyğəmbərliyi yerinə yetir (Mat. 24:14).

4. Fəaliyyətimiz Yehovanın ədalətli Allah olduğunu göstərir. Bundan sonra heç kəs Yehovanı pisləri tövbə etməyə imkan vermədən məhv etməkdə ittiham edə bilməz (Həv. iş. 17:30, 31; 1 Tim. 2:3, 4).

5. Bununla biz İsanın qanı ilə satın alınan insanlara ruhani köməklik göstərmək borcumuzu yerinə yetiririk (Rom. 1:14, 15).

6. Başqalarının qanına görə məsuliyyət üzərimizdən götürülür (Həv. iş. 20:26, 27).

7. Bu, xilas olunmağımızın şərtlərindən biridir (Yez. 3:19; Rom. 10:9, 10).

8. İnsanlara olan məhəbbətimizin təzahürüdür (Mat. 22:39).

9. Bununla biz Yehovaya və Onun Oğluna itaət etdiyimizi göstəririk (Mat. 28:19, 20).

10. İbadətimizin bir hissəsidir (İbr. 13:15).

11. Bizim Allaha olan sevgimizin təzahürüdür (1 Yəh. 5:3).

12. Yehovanın adının müqəddəs tutulmasına xidmət edir (Yeşaya 43:10—12; Mat. 6:9).

Düzdür, bunlar təbliğ etməyimizin səbəblərinin hamısı deyil. Bundan əlavə, təbliğ xidməti imanımızı möhkəmləndirir, həm də Allahla əməkdaşlıq etmək imkanı verir (1 Kor. 3:9). Lakin bizim təbliğ etməyimizin ən vacib səbəbi 12-ci səbəbdir. İnsanların münasibətindən asılı olmayaraq, təbliğ fəaliyyətimiz Allahın adının müqəddəs tutulmasına xidmət edir və Yehovaya Ona istehza edənin cavabını verməyə kömək edir (Sül. məs. 27:11). Bəli, xoş xəbəri durmadan bəyan etmək və insanları öyrətmək üçün bizim əsaslı səbəblərimiz var (Həv. iş. 5:42).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş