Əgər kimsə deyirsə...
«Mən ateistəm»
Belə demək olar: «Siz həmişə belə düşünmüsünüz? [Cavab verməsinə icazə ver.] Siz bu qənaətə müəyyən faktları araşdırdıqdan sonra gəlmisiniz?» Sonra əlavə etmək olar: «Bu mövzu məni də çox maraqlandırdığı üçün bu barədə çox fikirləşmişəm. Mənim üçün faydalı olan bir neçə fikri sizinlə bölüşmək istərdim». (63 və 64-cü səhifələrdəki «Allaha inanmaq düzgündürmü?» yarımbaşlığına, eləcə də 357-dən 360-dək səhifələrdəki «Yaradılış» mövzusuna (rus. [rs-TK s. 369, 370, 446—449]) bax.)
Belə də demək olar: «Siz Yaradanın mövcudluğuna inanmırsınız, yoxsa dinlərdə olan ikiüzlülüyə görə onların öyrətdiyi təlimlərə inanmırsınız?» Əgər ikinci variantla razılaşsa, əlavə etmək olar: «Dinlər Allahın Kəlamına inandıqlarını iddia etsələr də, öyrətdikləri təlimlər əməlləri ilə üst-üstə düşmür. Məsələn, Xristian dünyası insanlara əzab-əziyyət verir, ancaq inandıqlarını iddia etdikləri kitab bunu qətiyyən dəstəkləmir. Xristian dünyası müharibələr edir, amma Müqəddəs Kitab bunu mühakimə edir. Xristian dini əxlaqi məsələlərdə insanları yanlış istiqamətləndirir, lakin bu Müqəddəs Yazıların təlimlərinə uyğun deyil. Allahın Kəlamı olan Müqəddəs Kitab Xristian dünyasının etdiklərini dəstəkləmir, əksinə, mühakimə edir».
Yaxud belə demək olar: «Sizin kimi düşünən başqa insanlarla da maraqlı söhbətlərim olub. Bəziləri dünyada bu qədər pislik və əzab-əziyyət olduğundan Allaha inanmırlar. Siz də belə düşünürsünüz?» (Əgər belə fikirləşirsə, 64 və 65-ci səhifələrdəki «Pislik və əzab-əziyyətin olması Allahın mövcud olmadığınımı göstərir?» yarımbaşlığındakı materialdan (rus. [rs-TK s. 370, 371]) istifadə et.)