Sadə təqdimələr
Fevral ayının ilk şənbəsində Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün
«Sizə belə bir sual vermək istərdim. Necə düşünürsünüz Külli-İxtiyar Allahın adı varmı? [Cavab verməsinə izin ver.] Gəlin bu sualın cavabını burdan oxuyaq». «Gözətçi qülləsi» jurnalının yanvar—mart sayını ev sahibinə göstər və onunla jurnalın arxasındakı məqalədən ilk yarımbaşlığı və ən azından bir ayəni nəzərdən keçir. Jurnalı ona ver və sonra növbəti sualı müzakirə etmək üçün görüş təyin et.
Gözətçi qülləsi Yanvar—mart
«Bu gün bir çox insanlar dünyanın sonu haqqında danışırlar. Necə düşünürsünüz biz dünyanın sonundan qorxmalıyıqmı? [Cavab verməsinə izin ver.] Bu ayədə yazılanlar göstərir ki, bəzi insanlar sağ qalacaqlar. [1 Yəhya 2:17 ayəsini oxu.] Bu jurnal dünyanın sonu barədə dörd suala Müqəddəs Kitab vasitəsilə cavab verir».
Oyanın! Yanvar—mart
«Bizim gəlişimizin məqsədi ailələrə kömək etməkdir. Necə düşünürsünüz Müqəddəs Kitabın verdiyi bu faydalı məsləhəti tətbiq etmək ailələr üçün vacibdirmi? [Həvarilərin işləri 20:35b ayəsini oxu. Sonra cavab verməsinə izin ver.] İnsanların əksəriyyətinin xudbin olduğu bir dünyada uşaqlara şəxsi mənfəət güdməməyi öyrətmək çətin ola bilər. Bu məqalədə valideynlərin uşaqlarına başqalarının qeydinə qalmalarını aşılamağa köməklik göstərəcək bəzi praktiki məsləhətlər var».