Sadə təqdimələr
Fevral ayının ilk şənbəsində Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün
«Bəzi insanlar inanır ki, Müqəddəs Kitab etibarlı peyğəmbərliklər kitabıdır. Digərləri isə elə düşünür ki, bu kitabda qabaqcadan deyilən hadisələri müxtəlif cür izah etmək mümkündür. Bəs siz necə fikirləşirsiniz?» [Cavab verməsinə izin ver.] «Gözətçi qülləsi» jurnalının yanvar—mart sayını maraqlanana ver və 16-cı səhifədəki birinci yarımbaşlıq altında olan materialı və ən azı bir ayəni müzakirə et. Sonra növbəti sualı müzakirə etmək üçün görüş təyin et.
Gözətçi qülləsi Yanvar—mart
«Yəqin razılaşacaqsınız ki, qədimdə yaşamış dahi insanlardan çox şey öyrənə bilərik. [Cavab verməsinə izin ver.] Bu ayədə böyük bir insandan danışılır; o, Müqəddəs Kitabda Allahın dostu adlanan yeganə şəxsdir. [Yaqub 2:23 ayəsini oxu.] Bu jurnal Allahın onu nəyə görə Öz dostu adlandırdığını və bizim İbrahim peyğəmbərdən nə öyrənə biləcəyimizi izah edir».