Səmərəli kampaniya
Vilayət konqresləri başlamamışdan üç həftə əvvəl yığıncaqlar kampaniyada iştirak edərək maraqlanan insanları konqresə dəvət edəcəklər. Hər il keçirilən bu kampaniyada iştirak etmək olduqca vacibdir. Adətən, dəvəti qəbul edib konqresə gələnlərə Müqəddəs Kitaba əsaslanan məruzələr, könüllülərdən ibarət yaxşı təşkil olunmuş şöbələr, nümunəvi davranışımız və birliyimiz güclü təsir bağışlayır (Məz. 110:3; 133:1; Yeşaya 65:13, 14). Bəs bu kampaniya maraqlananların uzun yol qət etməli olduqları ərazilərdə də səmərəli olacaqmı?
2011-ci ilin vilayət konqresindən sonra filiallardan birinə qapısının ağzında dəvətnamə tapmış bir qadından məktub gəlmişdi. Hər dəfə Yehovanın Şahidləri onun qapısını döyəndə bu qadın gizlənirmiş. O, filiala məktubunda belə sözlər yazıb: «Xoşbəxtlik üçün hər şeyim — gözəl evim, həyat yoldaşım olduğu halda, yenə də özümü xoşbəxt hiss etmirdim və həyatımın mənası olmadığını düşünürdüm. Bu səbəbdən konqresin şənbə günü keçirilən proqramında iştirak etmək qərarına gəldim və 320 kilometr məsafə qət etdim». Konqres qadının qədər ürəyincə olmuşdu ki, o, ərinə zəng edib bazar gününün proqramında da iştirak etmək üçün gecəni orada qalacağını bildirmişdi. «Mən bütün məruzələrə qulaq asdım, bir çox Yehovanın Şahidi ilə tanış oldum və qərara gəldim ki, bütün bunların heç vaxt bitməsini istəmirəm». Evə qayıdandan sonra o, Müqəddəs Kitabı öyrənməyə başladı, dörd aydan sonra isə vəftiz olunmamış təbliğçi oldu. «Həmin dəvətnaməni qapımın ağzında tapdığım üçün çox xoşbəxtəm, çünki indi həyatın əsil mənasını tapmışam!»
Bu dəvətnaməni alanlardan mütləq konqresə gələnlər olacaq. Buna görə də bu vacib kampaniyada canla-başla iştirak et. Artıq qalan dəvətnamələri özünlə konqresin keçirildiyi şəhərə apar və qeyri-rəsmi şahidlik verərkən onlardan istifadə et.