Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/15 s. 4
  • Təqiblər və şərəfli xidmət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təqiblər və şərəfli xidmət
  • Müqəddəs ibadətimiz 2015
  • Oxşar material
  • RƏHBƏRLİK ŞURASININ MƏKTUBU
    Müqəddəs ibadətimiz 2014
  • Səmərəli kampaniya
    Müqəddəs ibadətimiz 2013
  • Böyük toplantıya dəvət kampaniyası
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Xatirə gecəsinə dəvətnamələrin paylanılması ilə əlaqədar martın 1-dən başlanan kampaniya
    Müqəddəs ibadətimiz 2013
Əlavə
Müqəddəs ibadətimiz 2015
km 4/15 s. 4

Təqiblər və şərəfli xidmət

1 Təqiblər bizə güclü təsir göstərir, bu, ya yaxşı, ya da pis olur. Bacı-qardaşlarımız bizə müsbət təsir göstərərək yaxşı işlərə təşviq edirlər (İbr. 10:24). Ancaq imanımıza şərik olmayan ailə üzvlərimiz, məktəb və iş yoldaşlarımız, qonum-qonşularımız və digər tanışlarımız bizə Müqəddəs Kitaba zidd olan şeyləri etmək üçün təzyiq göstərə bilərlər. Ola bilsin, onlar Məsihin davamçısı kimi nümunəvi davranışınızı pisləyirlər (1 But. 3:16). Təqiblərlə üzləşdiyimiz bir vaxtda xidmətdə şövqümüzü necə qoruya bilərik?

2 Ailə üzvləri. Bəzən Yehovanın Şahidi olmayan ailə başçısı həyat yoldaşının və uşaqlarının təbliğ etməsini istəməyə bilər. Belə bir vəziyyət Meksikada bir ailədə olmuşdu. Bir kişinin həyat yoldaşı və yeddi uşağı həqiqəti qəbul etmişdilər. İlk vaxtlar ata ailə üzvlərinin ev-ev təbliğ etməsinin və Müqəddəs Kitaba əsaslanan nəşrlər paylamasının əleyhinə idi. O, buna ailəsini alçaldan bir iş kimi baxırdı. Ancaq arvadı ilə uşaqları qətiyyət göstərib təbliğ işində müntəzəm iştirak edirdilər. Sonradan bu kişi təbliğ işinin nə qədər vacib iş olduğunu anladı və həyatını Yehovaya həsr etdi. O, həqiqəti qəbul edənə kimi 15 il keçmişdi. Bəs əgər onun ailə üzvləri təbliğ işinə bu cür ciddi yanaşmasaydılar, heç o, həqiqətə gələrdi? (Luka 1:74; 1 Kor. 7:16).

3 İş yoldaşları. Ola bilsin, iş yoldaşlarınıza təbliğ etməyinizi onlardan bəziləri heç də yaxşı qarşılamır. Bir bacı deyir ki, iş yerində dünyanın sonu barədə söhbət gedəndə o, Məttanın 24-cü fəslini oxumağı təklif edir və buna görə onu əla salıb gülürlər. Ancaq bu söhbətin üstündən bir neçə gün keçəndən sonra iş yoldaşlarından biri ona yaxınlaşıb həmin fəsli oxuduğunu və təsirləndiyini deyir. Bacı ona ədəbiyyat verdi və qadınla əri Müqəddəs Kitabı araşdırmağa razılıq verdi. İlk dərs gecə saat ikiyə kimi çəkdi. Üçüncü dərsdən sonra onlar yığıncaqlara gəlməyə başladılar və çox tezliklə siqareti tərgidib təbliğçi oldular. Əgər bacı öz ümidi barədə bölüşməsəydi, məgər belə bir şey olardımı?

4 Məktəb yoldaşları. Məktəblilərin Yehovanın Şahidi olmayan sinif yoldaşlarından özlərinə qarşı təzyiq hiss etmələri və təbliğ etdiklərinə görə lağa qoyulmaqdan qorxmaları normaldır. Birləşmiş Ştatlardan olan bir məsihi yeniyetmə deyir: «Mən öz yaşıdlarıma təbliğ etməkdən çəkinirdim. Çünki məni ələ salacaqlarından qorxurdum». Ona görə də o, məktəbdə və sahədə təbliğ etməkdən qaçırdı. Bəs sən həmyaşıdların təqiblərinə qarşı necə dura bilərsən? Yehovaya güvən və Onu razı salmağa çalış (Məs. 29:25). Xidmətdə Allahın Kəlamından istifadə edə bildiyin üçün qürur duy (2 Tim. 2:15). Yuxarıda haqqında danışılan gənc Yehova Allaha üz tutaraq Ondan sinif yoldaşlarına təbliğ etmək istəyi oyatması barədə dua etməyə başladı. O, məktəbdə təbliğ etməyə başladı. Tezliklə o, tanıdıqlarının hamısına təbliğ etdi və yaxşı nəticələr əldə etdi. O deyir: «Azyaşlıların da gələcəyə ümidi olmalıdır və Yehova onlara kömək etmək üçün bizdən istifadə edir».

5 Qonşular. Ola bilsin, etiqadımız qonşularımızı və ya tanışlarımızı qıcıqlandırsın. Əgər onların sizin haqqınızda nə düşünməsi sizi narahat edirsə, onda özünüzdən soruşa bilərsiniz: «Onlar əbədi həyata aparan həqiqət barədə bilirlər? Mən onların ürəyinə necə təsir edə bilərəm?» Bir rayon nəzarətçisi fikir vermişdi ki, qonşulara qədərində təbliğ edəndə, onda yaxşı nəticələr əldə olunur. Yehova Allaha yalvar ki, səmimi-qəlbli insanları tapmaq üçün sənə güc və müdriklik versin (Filip. 4:13).

6 Təqiblərə boyun əysək, ola bilsin, həmin insanları razı salacağıq. Bəs bunun onlara və bizə bir xeyri olacaqmı? İsa Məsih də öz yaşadığı yerdə təqiblərlə üzləşmişdi. Hətta ögey qardaşları da onu ələ salırdılar. Ancaq o bilirdi ki, yalnız Allahın yolunda sadiq qaldığı müddətdə onlara kömək edə bilər. Məhz buna görə İsa «öz zərərinə danışan günahlıların o cür ədavətli sözlərinə» dözdü (İbr. 12:2, 3). Biz də onun kimi davranmalıyıq. Ən şərəfli işi — Padşahlıq xəbərini təbliğ etmək üçün tam qətiyyət göstər. Belə etsən, «həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən» (1 Tim. 4:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş