Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/13 s. 5—6
  • Allaha izzət gətirən davranış tərzi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allaha izzət gətirən davranış tərzi
  • Müqəddəs ibadətimiz 2013
  • Oxşar material
  • «Başqa millətlərin arasında... nümunəvi davranın»
    Müqəddəs ibadətimiz 2014
  • Həqiqət haqqında güclü şahidlik verən vilayət konqreslərimiz
    Müqəddəs ibadətimiz 2012
  • Üçgünlük ruhani ziyafətin gətirdiyi təravət
    Müqəddəs ibadətimiz 2011
  • Vilayət Konqresi — Yehovaya Sevinclə İbadət Etməyin Vaxtı
    Müqəddəs ibadətimiz 2010
Əlavə
Müqəddəs ibadətimiz 2013
km 4/13 s. 5—6

Allaha izzət gətirən davranış tərzi

1. Nəyə görə Yehovanın Şahidləri vilayət konqresləri zamanı diqqət mərkəzində olurlar?

1 Vilayət konqresləri zamanı biz daha tez nəzərə çarpırıq. Konqreslərin keçirildiyi əksər şəhərlərdə kütləvi informasiya vasitələri bizim gəlişimiz barədə əhalini məlumatlandırır. Mehmanxana və restoranlar çox vaxt konqres iştirakçıları ilə dolu olur və həmin ərazidə yaşayanlar konqresə gələnlərin çoxunun plaketlər taxdığına fikir verirlər. Aşağıda qeyd olunan bəzi xatırlatmalar konqres keçirilən şəhərdə yaxşı davranışımızla Allahı izzətləndirməyə kömək edəcək (1 Pet. 2:12).

2. Konqres keçirilən şəhərdə ədəbli geyimimizlə Allahı necə izzətləndirə bilərik?

2 Ədəbli geyim. Əlbəttə, biz konqres zamanı ədəbli geyinməliyik. Ancaq geyim tərzimiz digər vaxtlarda da — mehmanxanada qalarkən, restoranlarda yemək yeyərkən, alış-veriş edərkən və sairə kimi işlərlə məşğul olarkən də ətrafımızdakı insanlara güclü təsir bağışlaya bilər. Düzdür, bu kimi hallarda rəsmi geyinmək tələb olunmur, ancaq ədəbli, ləyaqətli və səliqəli geyinmək mütləqdir. Bizi müşahidə edən insanlar dünyəvilərlə aramızdakı fərqi aydın görməlidirlər (Rom. 12:2). Bundan əlavə, konqres plaketlərini taxmaq da vacibdir; çünki bu, konqresin keçirildiyindən xəbər verir, şahidlik etməyə və konqresin digər iştirakçılarının bizi tanımasına imkan yaradır.

3. Səbir və nəzakət xüsusiyyətlərini necə təzahür etdirə bilərik?

3 Səbirli və nəzakətli olun. Bu gün dünyada insanların əksəriyyətinin xudbin və nankor olduğu bir vaxtda səbirli və nəzakətli olmağımız bizi müşahidə edən insanlara, eləcə də mehmanxana və restoran işçilərinə necə də xoş olacaq! (2 Tim. 3:1—5). Oturmaq üçün yer tutarkən və ya konqresdə ədəbiyyat almaq üçün sıraya düzülərkən biz öz xeyrimizi yox, başqalarının xeyrini fikirləşməliyik (1 Kor. 10:23, 24). İlk dəfə konqresdə iştirak edən bir maraqlanan kişi belə sözlər demişdi: «Həmin gün söylənilən məruzələr yadımda qalmasa da, Şahidlərin davranışları yaddaşımdan uzun müddət silinməyəcək».

4. Əgər şəraitimiz yol verirsə, nəyə görə konqresdə könüllü kimi xidmət etməliyik?

4 Könüllülər. Hazırlıq ruhu göstərmək məsihçilərin səciyyəvi xüsusiyyətidir (Məz. 110:3). Bəs sən konqresdə könüllü olaraq kömək etməyə hazırsanmı? Bir dəfə konqresqabağı görüşün keçiriləcəyi yerin təmizlənməsində 600-ə yaxın bacı-qardaş iştirak etmişdi. Bu, xidmət personalına güclü təəssürat bağışlamışdı və onlar belə sözlər demişdilər: «Heç vaxt belə heyrətamiz bir şeylə rastlaşmamışdıq! Bütün işçilərin könüllü olduğuna inanmaq çox çətindir». Biz 2013-cü ilin vilayət konqresini böyük səbirsizliklə gözləyirik. Bu konqres zamanı yalnız dinləmək və öyrənmək yox, həm də Allahın adını izzətləndirmək imkanımız olacaq.

2013-cü ilin vilayət konqresi ilə bağlı xatırlatmalar

◼ Konqresin cədvəli. Qapılar saat 8:00-dan açıq olacaq. Padşahlıq melodiyaları hər gün saat 9:20-də səslənəcək. Vaxtında yerlərimizi tutmalıyıq ki, proqram layiqli tərzdə başlasın. Proqram cümə və şənbə günü 16:50-də, bazar günü isə saat 15:35-də yekun mahnı və dua ilə qurtaracaq.

◼ Maşın dayanacağı. Zəhmət olmasa, insanların düşməsi üçün nəqliyyat vasitələrini düz konqres zalının girişində saxlamayın. İstisna ancaq yaşlı və əlil sərnişinlər üçündür. Müxtəlif yerlərdə şərait fərqli ola bilər, buna görə də bütün sürücülərdən xidmətçilərin göstərişlərinə əməl etmələri tələb olunur.

◼ Yerlər. Əlavə yerləri ancaq bir maşında gəldiyiniz və ya eyni mənzildə qaldığınız, yaxud da Müqəddəs Kitabı öyrətdiyiniz adamlar üçün tutmaq olar. Yaşlı və xəstə insanlar üçün yerlər məhdud olduğundan bütün ailə üzvlərinin onlarla oturması mümkün olmaya bilər. Xahiş edirik, bu yerləri yaşlı və xəstə bacı–qardaşlar, eləcə də onlara kömək edənlər üçün saxlayın (1 Kor. 13:5).

◼ Nahar. Xahiş olunur ki, fasilə zamanı nahar etmək üçün başqa yerə getmək əvəzinə, özünüzlə yemək gətirəsiniz. Lazım gəlsə, öz oturacağınızın altına qoya biləcəyiniz kiçik soyuducu çanta gətirə bilərsiniz. Konqresə böyük ailəvi çantalar, şüşə qablar və spirtli içkilər gətirmək olmaz.

◼ Könüllü ianələr. Vilayət konqreslərinin təşkilinə müəyyən qədər vəsait sərf edilir. Buna görə minnətdarlığımızı konqresdə ümumdünya işinə könüllü ianə etməklə göstərə bilərik.

◼ Dərmanlar. Əgər həkimin məsləhəti ilə davamlı şəkildə hansısa dərmanı qəbul edirsinizsə, zəhmət olmasa, onları özünüzlə götürməyi unutmayın, çünki konqresdə həmin dərmanlar verilmir. Şəkər xəstələri üçün olan iynələr təhlükəli olduğundan istifadə etdikdən sonra onları qaldığımız evin və ya konqresin keçirildiyi zalın zibil qutularına atmaq olmaz; bu zaman müvafiq göstərişlərə riayət etmək lazımdır.

◼ Ayaqqabı. Hər il ayaqqabılar ucbatından travma alanlar olur. Ayaqqabı sadə və münasib olmalıdır ki, pilləkənlərdə, torlu dəmir döşəmələrdə və başqa yerlərdə yerimək rahat olsun.

◼ Uşaq arabaları və açılıb-yığılan stullar. Konqresin keçirildiyi yerə uşaq arabası və açılıb-yığılan stullar gətirmək olmaz. Ancaq valideynin oturduğu yerin yanındakı yerə təhlükəsiz uşaq oturacağını yerləşdirmək olar.

◼ Ətirlər. Konqreslərin bəziləri örtülü yerlərdə keçirilir. Buna görə tənəffüs yolları və bu kimi xəstəliklərdən əziyyət çəkən bacı-qardaşları nəzərə alaraq kəskin qoxusu olan ətir və odekolonların istifadəsini məhdudlaşdırmaq bizim tərəfimizdən xeyirxahlıq olardı (1 Kor. 10:24).

◼ «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankı. Konqres zamanı qeyri-formal şahidlik verərkən maraq göstərən hər bir adam haqqında məlumat vermək üçün «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankından istifadə et. Doldurulmuş blankları ya ədəbiyyat şöbəsinə, ya da konqresdən qayıdandan sonra yığıncağın katibinə vermək olar. («Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2011-ci il may sayının 3-cü səhifəsinə baxın.)

◼ Kafe və restoranlar. Belə yerlərdə gözəl davranışınla Yehovanın adını izzətləndir. Əgər belə bir adət varsa, xidmət göstərənlərə çaypulu saxla.

◼ Yerləşdirilmə. Şəxsi mənzildə qalmağı sifariş edərkən növbəti məqamları nəzərə almaq lazımdır:

1) bütün hallarda mənzil sifarişi üçün «Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu» (CO-5a) blankından istifadə edin;

2) xahiş olunur, yadda saxlayın ki, qalmaq üçün evlər ancaq konqres müddətinə təqdim olunur;

3) uşaqlarınıza nəzarət edin və onları heç vaxt tək buraxmayın;

4) həmimanlılarımız qonaqpərvərlik göstərərkən minnətdarlıq bildirməyi unutmayın;

5) əgər mənzil sifarişinizi ləğv etmək məcburiyyətindəsinizsə, bu haqda yığıncağınızın katibinə məlumat verməyi gecikdirməyin.

◼ Könüllülərin xidməti. Konqresdə könüllü kimi xidmət etmək istəyən hər kəs konqresin Könüllülərin xidməti şöbəsinə müraciət etməlidir. 16 yaşından aşağı olan uşaqlar da valideynlərinin, yaxud onlara cavabdeh olan başqa böyüklərin nəzarəti altında işləyərək öz töhfələrini verə bilərlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş