Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/14 s. 2—5
  • «Başqa millətlərin arasında... nümunəvi davranın»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Başqa millətlərin arasında... nümunəvi davranın»
  • Müqəddəs ibadətimiz 2014
  • Oxşar material
  • Allaha izzət gətirən davranış tərzi
    Müqəddəs ibadətimiz 2013
  • Həqiqət haqqında güclü şahidlik verən vilayət konqreslərimiz
    Müqəddəs ibadətimiz 2012
  • Üçgünlük ruhani ziyafətin gətirdiyi təravət
    Müqəddəs ibadətimiz 2011
  • Vilayət Konqresi — Yehovaya Sevinclə İbadət Etməyin Vaxtı
    Müqəddəs ibadətimiz 2010
Əlavə
Müqəddəs ibadətimiz 2014
km 4/14 s. 2—5

«Başqa millətlərin arasında... nümunəvi davranın»

1. Qarşıdakı konqreslər zamanı nümunəvi davranmaq nə üçün vacibdir?

1 Hər il konqreslərdə başqalarının diqqətini cəlb etdiyimiz üçün hərəkətlərimizlə ibadət etdiyimiz Allahı layiqli şəkildə əks etdirməliyik (Lev. 20:26). Nümunəvi davranışımızdan, o cümlədən geyimimizdən və xarici görünüşümüzdən Məsihin əsil davamçıları olduğumuz aydın görünməlidir. Buna görə də qarşıdakı vilayət və ya beynəlxalq konqres zamanı «başqa millətlərin arasında... nümunəvi» davranaq ki, səmavi Atamız mədh edilsin (1 Pet. 2:12). Bəs bunu necə edə bilərik?

2. Konqres zamanı məsihçi keyfiyyətlərini göstərməyimiz üçün hansı imkanlar yaranır?

2 Məsihçi keyfiyyətlərini əks etdir. Aramızda olan məhəbbət və «kənar adamlara» münasibətimiz bu dünyada hökm sürən əhval-ruhiyyədən tamamilə fərqlənir (Kolos. 3:10; 4:5; 2 Tim. 3:1—5). Biz otel və restoran işçiləri ilə, hətta anlaşılmazlıq yaranarsa, mehriban və səbirlə davranmalıyıq. Hörmət əlaməti olaraq, biz, həmçinin xidmət göstərən işçilərə çay pulu da saxlaya bilərik.

3. Valideynlər nəyə fikir verməlidirlər və nə üçün?

3 Valideynlər konqresin ərazisində, restoranda və qaldıqları yerdə uşaqlarına diqqətlə nəzarət etməlidirlər (Sül. məs. 29:15). Bir otel restoranının meneceri bir cütlüyə belə demişdi: «Sizin xalqınıza vurulduq. Sizin ailələriniz və uşaqlarınız olduqca tərbiyəli və nəzakətlidir. Burada hamı sizdən ağızdolusu danışır. İstəyərdik, hər həftəsonu bizim qonağımız olasınız».

4. Konqres keçirilən müddətdə nə üçün görünüşümüzə fikir verməliyik?

4 Ədəbli geyim. Konqres zamanı bizim geyimimiz münasib və səliqəli olmalı, dünyada adi qəbul olunan əcaib stildə olmamalıdır (1 Tim. 2:9). Oteldə qalmaq üçün qeydiyyatdan keçəndə və oranı tərk edəndə, habelə hər gün konqresdən əvvəl və ya sonra asudə vaxtlarımızda həddən artıq sərbəst və ya zövqsüz geyinməməliyik. Belə etsək biz konqres plaketini alnıaçıq şəkildə taxa biləcəyik və şahidlik etmək üçün fürsət düşəndə dilimiz qısa olmayacaq. Bu il keçiriləcək konqreslərdə geyimimiz və nümunəvi davranışımız təkcə səmimi insanları Müqəddəs Kitabdakı xilas gətirən xəbərə cəlb etməyəcək, eyni zamanda Yehovanı sevindirəcək (Sef. 3:17).

2014-cü ildə keçirilən konqreslərlə bağlı xatırlatmalar

◼ Konqresin cədvəli. Qapılar saat 8:00-dan açıq olacaq. Padşahlıq melodiyaları hər üç gün saat 9:20-də səslənəcək. Vaxtında yerlərimizi tutmalıyıq ki, proqram layiqli tərzdə başlasın. Proqram cümə və şənbə günü 16:55-də, bazar günü isə saat 15:50-də yekun mahnı və dua ilə qurtaracaq.

◼ Beynəlxalq konqreslər. Bəzi yerlərdə beynəlxalq konqreslər keçiriləcək. Yaddan çıxartmayın ki, filial yerləri, dayanacaqların tutumunu və otellərdəki otaqları diqqətlə hesabladıqdan sonra bu konqresə konkret yığıncaqları və xarici nümayəndələri dəvət etmişdir. Əgər təbliğçilər beynəlxalq konqresə dəvət olunmadan gələrlərsə, bu, darısqallığa səbəb ola bilər. Əgər şəraitin dəvət olunduğun konqresə getməyə yol vermirsə, yaxşı olar ki, beynəlxalq konqresi seçməyəsən.

◼ Maşın dayanacağı. Zəhmət olmasa, insanların düşməsi üçün nəqliyyat vasitələrini düz konqres zalının girişində saxlamayın. İstisna ancaq yaşlı və əlil sərnişinlər üçündür. Müxtəlif yerlərdə şərait fərqli ola bilər, buna görə də bütün sürücülərdən xidmətçilərin göstərişlərinə əməl etmələri tələb olunur.

◼ Yerlər. Xahiş olunur, hər səhər qapılar açılan kimi, xoşunuz gələn yerləri tutmaq üçün bir-birinizlə yarışa çıxmayasınız. Fədakarlıq ruhu bizi təşviq edəcək ki, əsil məsihçi kimi davranaraq başqalarının xeyrini düşünək, kənardan baxanlar da bunu görüb Allahı mədh edəcəklər (Yəh. 13:34, 35; 1 Kor. 13:4, 5; 1 Pet. 2:12). Əlavə yerləri ancaq bir maşında gəldiyiniz və ya eyni mənzildə qaldığınız, yaxud da Müqəddəs Kitabı öyrətdiyiniz adamlar üçün tutmaq olar.

◼ Nahar. Xahiş olunur ki, fasilə zamanı nahar etmək üçün başqa yerə getmək əvəzinə, özünüzlə yemək gətirəsiniz. Lazım gəlsə, öz oturacağınızın altına qoya biləcəyiniz kiçik soyuducu çanta gətirə bilərsiniz. Konqresə böyük ailəvi çantalar, şüşə qablar gətirmək olmaz.

◼ Könüllü ianələr. Konqresə görə minnətdarlığımızı orada ümumdünya işinə könüllü ianə etməklə göstərə bilərik.

◼ Dərmanlar. Əgər həkimin məsləhəti ilə davamlı şəkildə hansısa dərmanı qəbul edirsinizsə, zəhmət olmasa, onları özünüzlə götürməyi unutmayın, çünki konqresdə həmin dərmanlar verilmir. Şəkər xəstələri üçün olan iynələr təhlükəli olduğundan istifadə etdikdən sonra onları qaldığımız evin və ya konqresin keçirildiyi zalın zibil qutularına atmaq olmaz; bu zaman müvafiq göstərişlərə riayət etmək lazımdır.

◼ Təhlükəsizlik tədbirləri. Hər il, xüsusilə də dikdaban ayaqqabılar ucbatından travma alanlar olur. Ayaqqabı sadə və münasib olmalıdır ki, pilləkənlərdə, torlu dəmir döşəmələrdə və başqa yerlərdə yerimək rahat olsun.

◼ Uşaq arabaları və açılıb-yığılan stullar. Konqresin keçirildiyi yerə uşaq arabası və açılıb-yığılan stullar gətirmək olmaz. Ancaq valideynin oturduğu yerin yanındakı yerə təhlükəsiz uşaq oturacağını yerləşdirmək olar.

◼ Ətirlər. Bəzi konqreslər havalandırma sistemi zəif olan örtülü yerlərdə keçirilir. Buna görə tənəffüs yolları və bu kimi xəstəliklərdən əziyyət çəkən bacı-qardaşları nəzərə alaraq kəskin qoxusu olan ətir və odekolonların istifadəsini məhdudlaşdırmaq bizim tərəfimizdən xeyirxahlıq olardı (1 Kor. 10:24).

◼ «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankı. Konqres zamanı qeyri-formal şahidlik verərkən maraq göstərən hər bir adam haqqında məlumat vermək üçün «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankından istifadə et. Doldurulmuş blankları ya ədəbiyyat şöbəsinə, ya da konqresdən qayıdandan sonra yığıncağın katibinə vermək olar. («Bizim Padşahlıq Xidmətimiz» vərəqəsinin 2011-ci il may sayının 3-cü səhifəsinə baxın.)

◼ Kafe və restoranlar. Belə yerlərdə gözəl davranışınla Yehovanın adını izzətləndir. Əgər belə bir adət varsa, xidmət göstərənlərə çaypulu saxla.

◼ Yerləşdirilmə. Şəxsi mənzildə qalmağı sifariş edərkən növbəti məqamları nəzərə almaq lazımdır:

1) bütün hallarda mənzil sifarişi üçün «Xüsusi tələbatlı şəxslər üçün mənzil sorğusu» (CO-5a) blankından istifadə edin;

2) xahiş olunur, yadda saxlayın ki, qalmaq üçün evlər ancaq konqres müddətinə təqdim olunur;

3) uşaqlarınıza nəzarət edin və onları heç vaxt tək buraxmayın;

4) həmimanlılarımız qonaqpərvərlik göstərərkən minnətdarlıq bildirməyi unutmayın;

5) əgər mənzil sifarişinizi ləğv etmək məcburiyyətindəsinizsə, bu haqda yığıncağınızın katibinə məlumat verməyi gecikdirməyin.

◼ Könüllülərin xidməti. Konqresdə könüllü kimi xidmət etmək istəyən hər kəs konqresin könüllülərin xidməti şöbəsinə müraciət etməlidir. 16 yaşından aşağı olan uşaqlar da valideynlərinin, yaxud onlara cavabdeh olan başqa böyüklərin nəzarəti altında işləyərək öz töhfələrini verə bilərlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş