Kimlər üçün maraqlı ola bilər?
1. «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını oxuyarkən nəyi nəzərə almalıyıq və nəyə görə?
1 «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları bütün dünyadan olan insanların tələbatı nəzərə alınaraq hazırlanır. Bu səbəbdən, jurnallarda müxtəlif mövzularda məqalələr dərc olunur. Jurnaldakı hər bir məqaləni oxuyarkən onun xüsusilə kimlər üçün maraqlı olacağı barədə fikirləşməliyik, sonra isə xidmətdə həmin insanlara təklif edə bilərik.
2. Jurnallarımızda dərc olunan hansı mövzular başqaları üçün xüsusilə maraqlı ola bilər?
2 Bəlkə, «Gözətçi qülləsi»nin yeni sayında iş yoldaşınla əvvəllər söhbət etdiyin mövzu ilə bağlı, yaxud ailə həyatında qohumlarından kiməsə köməyi dəyəcək hər hansı bir məqalə var? Tanışlarından kimsə «Oyanın!» jurnalında haqqında bəhs edilən ölkələrdən birinə səyahət etməyi planlaşdırırmı? Təbliğ etdiyin ərazidəki iş adamlarının diqqətini cəlb edəcək hər hansı jurnal varmı? Misal üçün, yaşlıların üzləşdikləri problemlərdən danışan jurnal qocalar evində xüsusi maraqla qarşılana bilər.
3. Jurnalların xüsusi buraxılışlarını məhz bu mövzu ilə maraqlanacaq kəslərə təklif etməyin vacibliyini göstərən nümunələr danışın.
3 Əldə olunana nailiyyətlər. Cənubi Afrikadan olan ərlə arvad məsuliyyətli uşaqlar böyütməklə bağlı «Oyanın!» jurnalının 2011-ci il oktyabr sayını aldıqdan sonra ərazilərindəki 25 məktəbə və uşaq bağçasına zəng etdilər. Bu təhsil ocaqlarının 22-sində jurnalları qəbul etdilər və onları şagirdlərə payladılar. Həmin ölkədə yaşayan başqa bir cütlük də ərazilərindəki məktəblərə bu jurnaldan payladı. Məktəblərdən birində müəllimlər bu jurnalı təlim proqramında istifadə etmək qərarına gəldilər. Həmin cütlük bu hadisəni rayon nəzarətçisinə danışdı. O da baş çəkdiyi yığıncaqları ərazilərindəki məktəblərdə bu cür şahidlik verməyə təşviq etdi. Sonradan filiala bu jurnalla bağlı o qədər sifariş gəldi ki, onu yenidən nəşr etməli oldular!
4. Nəyə görə jurnallarımızı mümkün qədər daha çox insana paylamaq istəyirik?
4 Jurnallarımız bu gün dünyada baş verən hadisələrin əsil səbəbini açıqlayır və diqqəti Müqəddəs Kitaba və Allahın Padşahlığına yönəldir. Dünyaya «qurtuluş xəbəri»ni çatdıran yalnız bizim jurnallardır (Yeşaya 52:7). Buna görə də biz jurnallarımızı mümkün qədər daha çox insana paylamaq istəyirik. Bunu ən yaxşı şəkildə etmək üçün özümüzdən soruşmalıyıq: «Kimlər üçün maraqlı ola bilər?»