Bir mövzu haqda danış, amma hər iki jurnalı saxla
Jurnallarımızın hər birində müxtəlif və maraqlı mövzular olur. Hər evdə bir neçə mövzuya toxunmaq əvəzinə, yalnız bir mövzunu müzakirə etmək daha yaxşıdır. Əgər diqqətli olsaq və jurnallarımızın mövzularından xəbərimiz olsa, onda «Gözətçi qülləsi» və ya «Oyanın!» jurnalından ev sahibini maraqlandıracaq bir mövzu seçə bilərik. Məsələn, əgər evdə və ya həyət-bacada oyuncaqlar görsək, ailə ilə bağlı mövzu seçə bilərik. Əgər qapını kişi açarsa, bir çox kişiləri maraqlandıran bir mövzunu, məsələn, yaxşı hakimiyyətlə bağlı mövzunu müzakirə edə bilərik. Maraq göstərən insanla bir mövzu ətrafında söhbət etsək də, hər iki jurnalı saxlamalıyıq.