2015-ci ilin Teokratik Xidmət Məktəbi öyrətmək qabiliyyətimizi təkmilləşdirməyə kömək edir
1 Məzmurçu Davud yazmışdı: «Qoy ağzımdan çıxan sözlər, qəlbimdəki düşüncələr Səni məmnun etsin, ey Yehova, qayam, xilaskarım!» (Məz. 19:14). Biz də sözlərimizin Yehovanı məmnun etməsini istəyirik. Çünki yığıncaqda və xidmətdə həqiqət haqda danışmağı özümüzə şərəf bilirik. Yehova Allah bizə xidmət etməyi öyrədir. Bunun üçün Onun istifadə etdiyi vasitələrdən biri Teokratik Xidmət Məktəbidir. Bu təlim proqramı hər həftə bütün dünyada 111 000-dən çox yığıncaqda keçirilir. Onun məqsədi dünyanın hər yerində müxtəlif millətlərdən olan bacı-qardaşlarımıza məharətli müjdəçilər olmağa, həmçinin həqiqəti əminliklə, nəzakətlə və cəsarətlə öyrətməyə kömək etməkdir (Həv. 19:8; Kol. 4:6).
2 2015-ci ilin məktəb proqramına Müqəddəs Kitabda olan «Müqəddəs Kitabla tanışlıq» və «Lüğət» bölmələrindən, həmçinin «Gözətçi qülləsi» jurnalının kütləvi nəşrindən və jw.org saytından mövzular daxildir. Bundan əlavə, Müqəddəs Kitabın mütaliəsi və 1-ci tapşırıq üçün ayrılan vaxta dəyişiklik edilib. Növbəti abzaslarda bu dəyişikliklərlə yanaşı, proqramın bəndlərinin necə təqdim olunacağı müzakirə edilir.
3 Müqəddəs Kitabın mütaliəsi. Bu bəndlə çıxış edəcək qardaş iki dəqiqəyə həftə ərzində oxunan Müqəddəs Kitab fəsillərindən maraqlı və faydalı bir fikri nəzərdən keçirəcək. Yaxşı hazırlaşanda ayrılan vaxt çərçivəsində yığıncağa lazımi məlumatı çatdırmaq olar. Bundan sonra dinləyicilər qalan altı dəqiqə ərzində Müqəddəs Kitabın həftəlik mütaliəsindən özləri üçün tapdıqları faydalı fikirləri 30 saniyəyə və ya ondan az vaxta qısaca şərh edə bilərlər. 30 saniyəyə dolğun şərh vermək üçün yaxşı hazırlaşmaq və nizamlı olmaq tələb olunur. Beləcə, biz çox şey öyrənə bilərik. Həmçinin bunun sayəsində başqaları da tapdıqları fikirləri bölüşə bilərlər.
4 Tapşırıq № 1. Müqəddəs Kitabı oxumaq üçün ayrılan vaxt artıq azaldılıb. Bu tapşırıq üç dəqiqə və ya ondan az vaxta yerinə yetiriləcək və Müqəddəs Kitabdan əvvəlkindən az parça oxunacaq. Oxu tapşırığı alan şagird bir neçə dəfə ucadan oxuyub məşq etməli, fikirləri aydın çatdırmaq üçün düzgün tələffüzə və rəvanlığa fikir verməlidir. Yehovanın hər bir xidmətçisi yaxşı oxumağı bacarmalıdır. Belə ki, oxumaq bizim ibadətimizdə vacib amillərdən biridir. Çox sevindirici haldır ki, uşaqlarımızın əksəriyyəti səlis oxumağı bacarır. Valideynlərin övladlarına oxumağı öyrətməsi tərifəlayiqdir.
5 Tapşırıq № 2. Bu beş dəqiqəlik tapşırıq bacıya veriləcək. Tapşırıq təyin olunmuş mövzu üzərində qurulmalıdır. Tapşırıq həm «Yeni Dünya Tərcüməsi»ndəki materiala, həm də «Gözətçi qülləsi» jurnalının kütləvi nəşrinə və ya jw.org saytına (HAQQIMIZDA > TEZ-TEZ VERİLƏN SUALLAR və MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB) əsaslananda bunu xidmətin sizin əraziniz üçün real və praktiki olan sahəsinə tətbiq etmək lazımdır. Şagird uyğun gələn ayələrdən istifadə etməli və materialın faydasını göstərməlidir. Mövzu ilə əlaqəli olan əlavə ayələrdən də istifadə etmək olar. Məktəbin nəzarətçisi bacıya köməkçi təyin etməlidir.
6 Tapşırıq № 3. Bu beş dəqiqəlik tapşırıq bacıya, yaxud qardaşa veriləcək. Əgər bu tapşırıq bacıya həvalə olunarsa, onu həmişə 2 №-li tapşırıq kimi hazırlamaq lazımdır. Tapşırıq qardaşa veriləndə və material «Gözətçi qülləsi» jurnalına və ya jw.org saytına (HAQQIMIZDA > TEZ-TEZ VERİLƏN SUALLAR və MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB) əsaslananda o, bu tapşırığı Padşahlıq zalında dinləyicilərə yönələn nitq kimi söyləməlidir. Şagird mövzunu açıqlamalı, uyğun gələn ayələrdən istifadə etməli və bu materialın faydasını göstərməlidir.
7 Üç nömrəli tapşırıqdakı dəyişikliklər. Qardaşa «Yeni Dünya Tərcüməsi»ndəki materiala əsaslanan tapşırıq veriləndə o, bunu ailəvi öyrənmənin və ya təbliğ xidmətinin səhnələşdirilməsi kimi təqdim etməlidir. Köməkçisi ya onun ailə üzvlərindən biri, ya da qardaş olmalıdır. Adətən, köməkçini və şərti vəziyyəti məktəbin nəzarətçisi təyin edir. Həmçinin mövzu ilə bağlı olan Müqəddəs Kitab prinsiplərini vurğulayan əlavə ayələr də daxil etmək olar. Vaxtaşırı bu tapşırıq ağsaqqala verilə bilər. Ağsaqqal köməkçisini və şərti vəziyyəti özü seçə bilər. Təbii ki, ağsaqqalların ailə üzvü və yaxud başqa bir qardaşla təlim verməyin üsulunu göstərməsi yığıncağı ruhlandıracaq.
8 Məsləhət. Məktəbin nəzarətçisi hər şagirdin tapşırığından sonra iki dəqiqə ərzində şagirdi həm tərifləməli, həm də «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabına əsaslanan məsləhət verməlidir. O, şagirdin hansı dərs üzərində işlədiyini əvvəlcədən elan etməməlidir. Lakin şagird tapşırığı bitirdikdən sonra məktəbin nəzarətçisi şagirdi tərifləyib onun hansı dərsin üzərində işlədiyini deməlidir. Şagirdin bu dərsin öhdəsindən yaxşı gəldiyini göstərən konkret məqamları vurğulamalı, yaxud nəzakətlə izah etməlidir ki, nəyə görə şagirdin bu dərsin üzərində yenə də işləməsi yaxşı olardı.
9 Şagirdin dərs blankı onun «Xidmət Məktəbi» kitabının 79—81 səhifələrində yerləşir. Şagird tapşırığını yerinə yetirdikdən sonra məktəb nəzarətçisi onun kitabında lazımi qeydləri edəcək və ona təyin olunan dərsdəki çalışmanı yerinə yetirib-yetirmədiyini təklikdə soruşacaq. Görüşdən sonra və ya başqa vaxt şagirdi tərifləmək və ona əlavə məsləhətlər vermək olar. Şagirdlər bu məktəbdə aldıqları məsləhətlərə ruhani inkişafları üçün bir fürsət kimi baxmalıdırlar (1 Tim. 4:15).
10 Əgər şagird vaxtından artıq danışarsa, məktəb nəzarətçisi və ya onun köməkçisi vaxtın bitdiyini bildirmək üçün nəzakətlə ona işarə verməlidir, məsələn, o zəng çala, yaxud yavaşca nəyisə taqqıldata bilər. Şagird də cümləsini bitirib səhnəni tərk etməlidir. («Xidmət Məktəbi» kitabının 282-ci səhifəsinin 4-cü abzasına bax.)
11 Biz tələblərə cavab verən hər kəsi Teokratik Xidmət Məktəbinə yazılmağa dəvət edirik. («Xidmət Məktəbi» kitabının 282-ci səhifəsinin 6-cı abzasına bax.) Bu məktəbdə verilən biliklərin sayəsində Yehovanın xalqı Padşahlıq haqqında müjdəni əminliklə, ləyaqətlə və sevə-sevə təbliğ edir və öyrədir. Ruhani təhsildən yararlanan hər kəs Yehova Allahı mədh edir. Şübhəsiz, bu, Külli-İxtiyar Allahımız Yehovaya xoşdur (Məz. 148:12, 13; Yeşaya 50:4).
Məsləhətə qulaq as və inkişaf et