Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 6/15 s. 2
  • Təcrübəli təbliğçilərdən öyrən

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təcrübəli təbliğçilərdən öyrən
  • Müqəddəs ibadətimiz 2015
  • Oxşar material
  • Dəvət edə bilərsən?
    Müqəddəs ibadətimiz 2013
  • Yeni təbliğçiləri təbliğ etməyə necə öyrətmək olar?
    Müqəddəs ibadətimiz 2010
  • Xidmətdə püxtələşək. Yeniləri öyrətməklə
    Müqəddəs ibadətimiz 2015
  • Xidmətə şövqlü ol
    Gözətçi qülləsi 2015
Əlavə
Müqəddəs ibadətimiz 2015
km 6/15 s. 2

Təcrübəli təbliğçilərdən öyrən

Biz yığıncaqdakı təcrübəli təbliğçiləri çox qiymətləndiririk. Onlardan bəziləri uzun illərdir Yehovaya sədaqətlə xidmət edirlər. Elələri də var ki, həqiqət yolunda çoxdan olmasalar da, məharətlə xidmət edirlər. Bu təbliğçilər İsa Məsihin axırzamanda təbliğ və şagird hazırlamaq işini genişləndirərək məsihi yığıncağına necə rəhbərlik etdiyini görüblər (Mət. 28:19, 20). Onlar çətinlik və sınaqlara baxmayaraq, bu xidmətdə iştirak edərkən «insan gücündən üstün olan» gücü alıblar (2 Kor. 4:7). Bu mətin təbliğçilərdən çox şey öyrənmək olar. Onlardan soruşanda onlar məmnuniyyətlə öz öyrəndiklərini başqaları ilə bölüşürlər (Zəb. 71:18). Buna görə də onların təcrübələrindən bəhrələnmək üçün özümüz addım atmalıyıq. Bunu necə edə bilərik?

Xidmətdə. Məharətlə xidmət etmək üçün yeni, yaxud az təcrübəli təbliğçilərə kömək lazımdır. Yetkin təbliğçilərin necə xidmət etdiklərini müşahidə etməklə onlardan çox şey öyrənmək olar. («Gözətçi qülləsi» jurnalının 2015-ci il 15 fevral sayındakı «Xidmətə şövqlü ol» adlı məqalənin «Təcrübəsi az olanlara kömək» yarımbaşlığı altındakı üçüncü abzasa bax.) Belə təbliğçilərlə xidmət etməyin sənə hansı faydası olub?

Məharətli təbliğçi ilə xidmətdə əməkdaşlıq edə bilərsən. Əgər həmin təbliğçinin səhhətində problem varsa, Müqəddəs Kitabı öyrətdiyin adamlardan birinə vaxtaşırı onun evində dərs keçə bilərsiniz. Dərsdən sonra təbliğçidən xahiş et ki, sənə məsləhət versin.

Onlarla vaxt keçir. Təcrübəli təbliğçilərlə vaxt keçirərək onlarla tanış ol. Onları ailəvi ibadətə dəvət et və özləri haqda suallar ver. Əgər təbliğçinin səhhətində problem varsa, ailəvi ibadətini onun evində keçirməyi təklif et. Ondan həqiqətə necə gəldiyini, hansı xeyir-dualar aldığını, yaşadığı yerdə hansı inkişafı öz gözlərilə gördüyünü, xidmətdə onu nəyin sevindirdiyini soruş.

Amma düşünmə ki, onlar hər sahədə sənə kömək edə bilərlər. Hər birimiz kimi, uzun müddət xidmət edən təbliğçilərin də bacarıq və qabiliyyətləri müxtəlifdir (Rom. 12:6—8). Bəziləri yaşlıdır və buna görə də bizə çox vaxt ayıra bilmirlər. Buna baxmayaraq, Yehovaya sədaqətlə xidmət edən bu bacı-qardaşların təcrübəsindən çox şey öyrənə bilərik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş