Dəvət edə bilərsən?
Əksər yığıncaqlarda xroniki xəstəliyinə və yaşının çox olmasına görə xidmətdə az iştirak edən təbliğçilər var (2 Kor. 4:16). Bu cür şəraitdə olan təbliğçilərdən birini Müqəddəs Kitab öyrənməsinə dəvət edərək birlikdə xidmətdə ola bilərsən? Əgər təbliğçi evdən çıxa bilmirsə, bəlkə, siz Müqəddəs Kitabı öyrənənin dərsini onun evində keçəsiniz. İşlərini elə planlaşdıra bilərsən ki, sağlamlığı zəif təbliğçilərlə hərdən cəmi bir neçə evə və ya təkrar başçəkməyə gedəsən? Yaşlı təbliğçilərin əksəriyyətinin xidmətlə bağlı çoxlu təcrübələri var. Buna görə də belə etməklə sən təkcə onları ruhlandırmayacaqsan, həm də özün fayda əldə edəcəksən (Rom. 1:12). Üstəlik, bu cür məhəbbət göstərməyini Yehova xeyir-dualandıracaq (Sül. məs. 19:17; 1 Yəh. 3:17, 18).