Nümunə üçün təqdimələr
Müqəddəs Kitabda ölülərin vəziyyəti və cindar yanına getmək barədə nə deyilir?
Müqəddəs Kitabda deyilir ki, ölü elə ölüdür! Onlar nə düşünə, nə hərəkət edə, nə də Allaha ibadət edə bilirlər (Zəb. 115:17; Vaiz 9:5, 6). Bəli, ölən doğmalarımız əzab çəkmir. Üstəlik, dirilərin ölülərlə danışmasına gəldikdə Müqəddəs Kitabın mövqeyi aydındır. Belə bir adət qədim zamanlarda da mövcud idi. Ancaq Yehova Allah İsrail xalqına bunu qadağan etmişdi (Qan. 18:10—12). Müqəddəs Kitabda həmçinin deyilir ki, cindarlıqla məşğul olanlar Allahın Padşahlığına girməyəcəklər (Qal. 5:19—21).
Ölülər üçün hansı ümid var?
Bəs bu o deməkdirmi ki, ölülər üçün ümid yoxdur? [Cavabını gözlə.] Əlbəttə. Müqəddəs Kitabda vəd olunur ki, ölüm yuxusuna gedənlər diriləcəklər. [Yəhya 11:11—13 və ya Həvarilərin işləri 24:15 ayəsini oxuya bilərsən.]