Yaxşı dərs keçmək üçün hazırlaşmaq vacibdir
İsa Məsihdən ən azı iki dəfə əbədi həyatla bağlı eyni sualı vermişdilər. O, hər dəfə sualı verəni nəzərə alaraq cavab vermişdi (Luka 10:25—28; 18:18—20). Buna görə də hətta keçəcəyimiz materialı yaxşı bilsək də, şagirdi nəzərdə tutaraq dərsə hazırlaşmalıyıq. Ona hansı məqamları başa düşmək və ya qəbul etmək çətin ola bilər? Gətirilən hansı ayələri oxumaq yaxşı olardı? Nə qədər materialı keçmək lazımdır? Şagirdin dərsi yaxşı qavraması üçün nümunə hazırlamaq, materialı necə izah edəcəyimizi düşünmək, suallar fikirləşmək lazım gələ bilər. Həmçinin yaddan çıxarmayaq ki, insanın ürəyində həqiqət toxumunu böyüdən Yehovadır. Buna görə də Yehovaya dua edə bilərik ki, həm bizə hazırlaşmağa kömək etsin, həm dərs keçdiyimiz adama kömək etsin, həm də çəkdiyimiz zəhmətə xeyir-dua versin (1 Kor. 3:6; Yaq. 1:5).