Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb16 aprel s. 3
  • Xoş sözlərlə ruhlandırın və dayaq olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xoş sözlərlə ruhlandırın və dayaq olun
  • Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Oxşar material
  • «Son nəfəsimədək sadiq qalacağam!»
    İman örnəkləri
  • Yehova onun yaralarına məlhəm oldu
    İman örnəkləri
  • Əyyub Yehovanın adına həmd edirdi
    Gözətçi qülləsi 2009
  • «Əyyub» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
Əlavə
Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
mwb16 aprel s. 3

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏYYUB 16—20

Xoş sözlərlə ruhlandırın və dayaq olun

Məsləhət verən sözlərilə insana dayaq olmalıdır

16:4, 5

  • Əyyub qəm-qüssə içində idi, əzab çəkirdi. Ona təsəlli, ürək-dirək vermək lazım idi

  • Əyyubun üç dostu təsəlli üçün ona bir kəlmə də olsun heç nə demədi. Əksinə, onu qınaq hədəfinə çevirib, dərdinin üstünə dərd gətirdilər

Bildadın acı sözləri Əyyubu elə yandırıb-yaxdı ki, o fəryad etdi

19: 2, 25

  • Əyyub Allaha fəryad etdi ki, ona ölüm göndərsin, canı heç olmasa bir az rahatlıq tapsın

  • Əyyub ümidini dirilməyə bağlayıb sədaqətlə dözürdü

Əlifəz Əyyubla danışır, Bildad və Söfər ona baxır

ƏYYUBU QINAYANLAR

Əlifəz

Əlifəz:

  • Ehtimal ki, o, Ədumdakı Təhmandan idi. Ərəmya 49:7 ayəsində Təhman Ədumun aqillər məskəni kimi təsvir olunur

  • Ehtimal ki, üç nəfərin içində ən böyüyü və hörmətlisi olan Əlifəz birinci danışmağa başlayır. Üç nitq söyləyir və o biri iki nəfərdən çox danışır

Yalan ittihamlar:

  • Əyyubun salehliyini lağa qoyur, Allahın Öz qulluqçularına etibar etmədiyini deyir (Əy 4, 5)

  • Əyyubu lovğa, pis adam adlandırır, onun Allahdan qorxmadığını söyləyir (Əy 15)

  • Əyyubu tamahkarlıqda, haqsızlıqda ittiham edir, insandan Allaha xeyir gəlmədiyini iddia edir (Əy 22)

Bildad

Bildad:

  • Şuahın nəslindəndir. Ehtimal ki, Fərat çayı sahilində yaşayırdı

  • İkinci o danışmağa başlayır. Üç nitq söyləyir. Ancaq Əlifəzdən az danışsa da, sözləri ilə Əyyubu lap çox yaralayır

Yalan ittihamlar:

  • Eyham vurur ki, Əyyubun oğulları günah etmişdilər və ölümə layiq idilər. Əyyubun özünün də allahsız olduğuna işarə edir (Əy 8)

  • Əyyubun günahkar olduğuna eyham vurur (Əy 18)

  • İnsanın dürüstlüyünün əbəs olduğunu iddia edir (Əy 25)

Söfər

Söfər:

  • Nəhmatidir, ehtimal ki, Ərəbistanın şimal-qərbindəndir

  • Üçüncü o danışır və ən sərt ittihamlar irəli sürür. Cəmi iki nitq söyləyir

Yalan ittihamlar:

  • Əyyubu boş-boş danışmaqda ittiham edir və ona pis əməlləri kənara qoymağı tövsiyə edir (Əy 11)

  • Əyyubun şər adam olduğuna, günahdan xoşlandığına eyham vurur (Əy 20)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş