Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb18 noyabr s. 8
  • Çoxdilli ərazidə əməkdaşlıq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Çoxdilli ərazidə əməkdaşlıq
  • Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Oxşar material
  • Ev sahibi başqa dildə danışanda
    Müqəddəs ibadətimiz 2008
  • Xoş xəbəri təbliğ etməyin üsulları
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Xidmətdə püxtələşək. Başqa dildə danışan adama şahidlik etməklə
    Müqəddəs ibadətimiz 2015
  • Hər kəsə təbliğ etmək üçün təşkil olunmuşuq
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
Əlavə
Məsihi həyatı və ibadəti iş dəftəri 2018
mwb18 noyabr s. 8

MƏSİHİ HƏYATI

Çoxdilli ərazidə əməkdaşlıq

Ər-arvad xidmətdə başqa dildə danışan ata-bala ilə rastlaşır

Çox vaxt insanlar Padşahlıq xəbərini doğma dildə eşidəndə daha həvəslə qulaq asırlar. Yəqin bu səbəbə görə eramızın 33-cü ilinin Əllinci gün bayramında Yehova tədbir gördü ki, «dünyanın hər ölkəsindən gəlmiş mömin yəhudilər» müjdəni öz ana dilində eşitsin, baxmayaraq ki, onların hamısı, ola bilsin, ya ibrani, ya da yunan dilini bilirdi (Hv 2:5, 8). Bu gün də, elə ola bilər ki, çoxdilli ərazilərdə olan müxtəlifdilli yığıncaqlar eyni ərazidə təbliğ etsin. Bu yığıncaqların təbliğçiləri bir-biri ilə əməkdaşlıq etməlidir ki, həm ərazidəki hər kəsə şahidlik versinlər, eyni zamanda tez-tez gəlib getməklə orada yaşayan insanları narahat etməsinlər. Buna necə nail olmaq olar?

  • Mobil telefon

    Məsləhətləşin (Ms 15:22). Müjdənin təbliğini mütəşəkkil şəkildə həyata keçirmək üçün xidmət nəzarətçiləri bir-biri ilə məsləhətləşib müəyyən sistem yaratmalıdırlar. Əgər əraziləri kiçikdirsə, başqa dildə təbliğ edən yığıncaqlar, ola bilsin, xahiş edəcək ki, sizin yığıncaq onların sahəsinə aid olan evlərdə təbliğ etməsin. Lakin onların sahəsi böyük ərazini əhatə etdiyi üçün müntəzəm olaraq sahəni işləyə bilmirlərsə, sizin yığıncaqdan xahiş edə bilərlər ki, onların sahəsinə aid olan evlərə də təbliğ edəsiniz, ancaq kimsə maraq göstərsə, onlara məlumat verəsiniz (od s. 93, abz. 37). Yaxud xahiş edə bilərlər ki, yığıncağınız onların dilində danışan adamları tapıb ünvanlarını onların yığıncağına ötürsün (km 7/12 s. 5, çər.). Nəzərə alın ki, bəzən eyni evdə müxtəlif dillərdə danışan insanlar yaşayır. Qeyd edək ki, sahəni işləmək üçün görülən tədbirlər məlumat məxfiliyinin qorunması ilə bağlı dövlət qanunlarına uyğun olmalıdır.

  • Sahədəki evlər

    Əməkdaşlıq edin (Ef 4:16). Xidmət nəzarətçisindən aldığınız hər göstərişə dəqiqliklə əməl edin. Əgər Müqəddəs Kitabı öyrətdiyiniz adam sizin yığıncağın dilində yox, başqa dildə danışırsa, onu yaxın ərazidə həmin dildə keçirilən yığıncağa, yaxud qrupa ötürsəniz, o daha tez inkişaf edər.

  • Dil nişanəsi

    Hazırlaşın (Ms 15:28; 16:1). Əgər ev sakini başqa dildə danışırsa, müjdəni çatdırmaq üçün əlinizdən gələni edin. Əvvəlcədən təxmin edin ki, sahədə qarşınıza hansı dillərdə danışan adamlar çıxa bilər. Elektron cihazınıza həmin dillərdə Müqəddəs Kitab və videolar yükləyin. Həmçinin JW Language tətbiqetməsindən istifadə edərək müxtəlif dillərdə salamlaşmağı öyrənin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş