Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb21 yanvar s. 7
  • Toplantılar məhəbbət göstərmək üçün fürsətdir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Toplantılar məhəbbət göstərmək üçün fürsətdir
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Oxşar material
  • Yehova xoşbəxt xalqını toplayır
    Gözətçi qülləsi 2012
  • Vaxtında verilən ruhani qida
    Müqəddəs ibadətimiz 2004
  • Yehova nəyə ehtiyac duyduğumuzu bilir
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
mwb21 yanvar s. 7

MƏSİHİ HƏYATI

Toplantılar məhəbbət göstərmək üçün fürsətdir

Müxtəlif mədəniyyətdən olan nümayəndələr beynəlxalq toplantıda şəkil çəkdirirlər.

Nəyə görə toplantılarda iştirak etmək bizə xoşdur? Qədim İsraildə olduğu kimi bu gün də toplantılarda yüzlərlə, hətta minlərlə dindaşımızla birgə Yehovaya ibadət etmək imkanımız olur. Ruhani qida bolluğundan həzz alırıq. Həmçinin ailəmizlə və dostlarımızla da xoş vaxt keçiririk. Məhz bu səbəbdən biz toplantının üç günündə də iştirak etməyə çalışırıq.

Dindaşlarımızla birgə yığışanda təkcə nə əldə edəcəyimiz barədə yox, başqalarına necə məhəbbət göstərə biləcəyimiz barədə də düşünməliyik (Qt 6:10; İb 10:24, 25). Bacı-qardaşlarımız üçün qapını saxlayanda, yalnız özümüzə lazım olan qədər yer tutanda başqalarının rifahını düşündüyümüzü göstəririk (Fp 2:3, 4). Toplantı yeni dostlar qazanmaq üçün çox gözəl fürsətdir. Proqramdan əvvəl və sonra, həmçinin nahar fasiləsi zamanı tanımadığımız dindaşlarımızla tanış ola bilərik (2Kr 6:13). Bu toplantılarda biz ömürlük dostlar tapa bilərik! Ən əsası isə əməldə məhəbbət göstərdiyimizi müşahidə edən insanlar bizimlə birgə Yehovaya ibadət etmək qərarına gələ bilər (Yh 13:35).

«“MƏHƏBBƏT HEÇ VAXT TÜKƏNMİR!” ADLI BEYNƏLXALQ TOPLANTILAR» VİDEOSUNA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • «“Məhəbbət heç vaxt tükənmir!” adlı beynəlxalq toplantılar» videosundan səhnə. Nümayəndələr və yerli bacı-qardaşlar beynəlxalq toplantıda qucaqlaşıb bir-birilərini salamlayırlar.

    2019-cu ilin beynəlxalq toplantılarında qonaqlara necə məhəbbət göstərilmişdi?

  • «“Məhəbbət heç vaxt tükənmir!” adlı beynəlxalq toplantılar» videosundan səhnə. Yerli bacı-qardaşlar nümayəndələrlə qrup halında şəkil çəkdirir.

    Nəyə görə Yehovanın xalqı arasındakı birlik və məhəbbət heyrətamizdir?

  • «“Məhəbbət heç vaxt tükənmir!” adlı beynəlxalq toplantılar» videosundan səhnə. Bir qrup koreyalı bacı-qardaş «xoşgəldin» yazısı ilə toplantıya gələnləri salamlayırlar.

    Rəhbərlik Şurasının üzvləri məsihi məhəbbətinin hansı yönlərini vurğulamışdılar?

  • «“Məhəbbət heç vaxt tükənmir!” adlı beynəlxalq toplantılar» videosundan səhnə. Bir qızcığaz sevincli şəkildə əlində təzəcə nəşr edilən «Yeni Dünya Tərcüməsi»ni tutub.

    Toplantılarda hökm sürən məhəbbətə öz töhfənizi necə verə bilərsiniz?

    Məsihi məhəbbəti Almaniyada və Cənubi Koreyada necə zəfər çalmışdı?

  • Biz nəyə qəti qərarlı olmalıyıq?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş