MƏSİHİ HƏYATI
Yehova nəyə ehtiyac duyduğumuzu bilir
Sadiq və ağıllı nökər bizə «vaxtlı-vaxtında» ruhani qida verir. Bu da onu göstərir ki, həmin nökərə rəhbərlik edən Yehova ruhani cəhətdən nəyə ehtiyac duyduğumuzu bilir (Mt 24:45). Digər şeylərlə yanaşı, regional toplantı və həftəarası görüşlər buna sübutdur.
«TƏLİM KOMİTƏSİNİN HESABATI 2017» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
Toplantılara görə kim həmdə layiqdir və nə üçün?
Toplantılara hazırlıq nə vaxtdan başlayır?
Toplantıların mövzusu necə seçilir?
Toplantıya hazırlıq işinə nələr daxildir?
Həftəarası görüşdə Gilad məktəbindəki tədris metodundan necə istifadə edilir?
İş dəftərinin hazırlanmasında müxtəlif şöbələr necə əməkdaşlıq edir?
Yehovanın verdiyi ruhani tədbirlər barədə siz nə düşünürsünüz?