SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | Xidmətdə Sevincinizi Artırın
Şagirdə pis dostlardan uzaq durmağa kömək edin
Yehova ilə dost olmaq üçün şagird özünə yaxşı dostlar seçməlidir (Zb 15:1, 4). Yaxşı dostlar ona düzgün davranmağa kömək edəcək (Ms 13:20; lff dərs 48).
Şagirdə pis dostlardan uzaq durmağa kömək edərkən şəfqətli olun. Onlara dostlarından ayrılmaq çətin ola bilər. Buna görə də dərs keçmədiyiniz vaxtlarda da onlarla maraqlanın. Məsələn, mesaj yazın, zəng edin, yaxud da baş çəkin. Şagird inkişaf etdikcə onu Allahın xalqı ilə vaxt keçirməyə dəvət edin. Onda o görəcək ki, qazandığı itirdiyindən qat-qat çoxdur (Mr 10:29, 30). Siz özünüz də Yehovanın ailə üzvlərinin artdığına sevinəcəksiniz.
«ŞAGİRDƏ KÖMƏK EDİN. PİS DOSTLARDAN UZAQ DURMAĞA» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
Kimlər pis dostdur? (1Kr 15:33)
Ceyd məsihilərin qonaqlığını necə təsəvvür edirdi?
Nita Ceydə pis dostları yaxşı dostlarla əvəz etməyə necə kömək etdi?