Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yb17 s. 130—131
  • «Bu vaxta kimi harada idiniz?»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Bu vaxta kimi harada idiniz?»
  • Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • Oxşar material
  • Hirslənmiş keşişlər mülayim cavabla qarşılaşır
    Yehovanın Şahidlərinin sərgüzəştləri
  • Müqəddəs Kitabda yazılanları öz gözümlə gördüm!
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • Əsl məhəbbət heç vaxt tükənmir
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • Vəftiz olunmaq istəyənlərlə yekun müzakirə
    Allahın iradəsini yerinə yetirən təşkilat!
Əlavə
Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
yb17 s. 130—131

GÜRCÜSTAN

«Bu vaxta kimi harada idiniz?»

Artur Gerexeliya

  • DOĞUM TARİXİ: 1956

  • VƏFTİZ TARİXİ: 1991

  • QISA MƏLUMAT: Vəftizindən cəmi səkkiz ay sonra yaxşı işini, rahat şəraitini qoyub tələbat olan əraziyə köçmüşdü.

Artur Gerexeliya

TƏZƏCƏ vəftiz olmuşdum ki, ağsaqqallar xidmətimi genişləndirmək barədə nə düşündüyümü soruşdu. 1992-ci il mayın 4-ü tələbat olan əraziyə köçməyə hazır olan insanlar üçün təşkil olunan görüşdə iştirak etdim. Səhəri gün əməkdaşımla birlikdə Acarıstana, Batuminin sahil ərazisinə köçdük.

Batumidə ilk dəfə xidmətə çıxanda çox həyəcanlı idim. Öz-özümə deyirdim: «Görəsən, söhbətə necə başlayım?» Ancaq ilk danışdığım qadının göstərdiyi münasibət məni məəttəl qoydu. O dedi: «Bu vaxta kimi harada idiniz?» Qadın Yehovanın Şahidlərini daha yaxından tanımaq istəyirdi. Elə səhəri gün ona Müqəddəs Kitab dərsi keçməyə başladıq!

Batumiyə gedəndə bizə maraqlanan insanların siyahısını vermişdilər. Lakin oraları yaxşı tanımadığımız üçün ünvanları yerli camaatdan soruşurduq. Əksər adamlar soruşduğumuz ünvanları tanımırdılar, çünki bir çox küçələrin adları dəyişdirilmişdi. Amma bu insanların özləri həqiqətə maraq göstərdilər. Tezliklə biz maraqlananlara Müqəddəs Kitab dərsi keçməyə başladıq. Hər qrupda haradasa 10—15 nəfər olurdu.

Batumiyə gəldiyimiz cəmi 4 ay idi ki, artıq 40 nəfərdən çox adam müntəzəm şəkildə yığıncaqlara gəlirdi. Biz öz-özümüzə deyirdik: «Həqiqətə təzə gələnlərə kim kömək edəcək?» Gürcü ordusu ilə Abxaz separatçıları arasında yaranan münaqişə ucbatından mənim keçmiş yığıncağımın bütün üzvləri Batumiyə köçdü. Cəmi bir günün içində təcrübəli ağsaqqallardan və öncüllərdən ibarət yeni bir yığıncaq yarandı!

Müqəddəs Kitab dərsi keçilən insanlar
    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş