Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yb17 s. 26—29
  • Filialların həsrolunma mərasimləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Filialların həsrolunma mərasimləri
  • Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • Oxşar material
  • Filialların həsrolunma mərasimləri
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
  • Yehova üçün hər şey mümkündür
    Gözətçi qülləsi 2018
  • Beytellərdə görülən iş
    Yehova Allahın müasir xalqı
  • Təbliğ işimizə dəstək olan tikililər
    İanələriniz hara xərclənir?
Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
yb17 s. 26—29
Rəhbərlik Şurasının üzvü Stiven Lett qardaş Qırğızıstan filialının həsrolunma məruzəsi ilə çıxış edir

Qırğızıstan

ÖTƏN İLİN MÜHÜM HADİSƏLƏRİ

Filialların həsrolunma mərasimləri

YERLİ və əcnəbi bacı-qardaşlar Qırğızıstanın paytaxtı Bişkekdə il yarım ərzində filial binalarının təmir və genişləndirmə işində usanmadan çalışmışdılar. Layihə tamamlanandan bir ay sonra, 2015-ci il oktyabrın 24-də filial Yehovaya həsr olundu. On səkkiz ibadət evində və əlavə beş məkanda yığışan 3000-dən çox insan həsrolunma proqramını izlədi. Rəhbərlik Şurasının üzvü Stiven Lett «Yehovaya sidqi-ürəkdən ibadət edin» adlı həsrolunma məruzəsi ilə çıxış etdi. Növbəti gün ölkədəki təbliğçilərin əksəriyyəti üçün imanı möhkəmləndirən görüş təşkil olundu.

Qırğızıstan filialı

Qırğızıstan filialı

2016-cı il mayın 14-ü şənbə günü Cənubi Qafqaz ölkəsində 18 mərtəbəli yaşayış binasının 6 mərtəbəsini əhatə edən filialın həsrolunması oldu. Toplantı zalı, Padşahlıq Müjdəçiləri Məktəbi üçün olan binalar da həsr olundu. Görüşdə 6435 nəfər iştirak etdi. Səslənən məruzələrdə Yehovanın Şahidlərinin bu ölkədə fəaliyyətə başladığı illərdən danışılırdı. Həqiqəti ilk dəfə 20-ci əsrin əvvəllərində bu ölkənin ABŞ-dakı mühacirləri eşitmişdilər. Amma xoş xəbər ölkənin özünə 1970-ci illərin ortalarında, ölkə Sovet İttifaqının tərkibində olanda çatmışdı. Bu yaxınlarda isə təşkilat dövlət qeydiyyatından keçdi və ölkədə filial yarandı. Görüşdə iştirak edənlərin çoxunun ağlının ucundan belə keçmirdi ki, nə vaxtsa belə bir möhtəşəm təşkilati nailiyyətin şahidi olacaqlar. Görüşə gələnlərin də razılığı ilə, Rəhbərlik Şurasının üzvü Devid Spleyn qardaşın bu gözəl binaları Yehovaya həsr etməsi mərasimin ən yaddaqalan hissəsi oldu.

Rəhbərlik Şurasının üzvü Devid Spleyn qardaş Cənubi Qafqaz ölkəsində filialın həsrolunma məruzəsi ilə çıxış edir; həftəlik proqramda iştirak edən bacı-qardaşlar; milli rəqs

Cənubi Qafqaz ölkəsi

Yuxarıda: Filialın həsrolunma mərasimi

Ortada: Xüsusi görüşdə iştirak edən bacı-qardaşlar

Aşağıda: Bacı-qardaşların ifasında milli rəqs

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş