Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 100
  • Ailədəki qaydanı pozmuşam. Nə edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailədəki qaydanı pozmuşam. Nə edim?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nə etmək lazım deyil?
  • Nə etsən, daha yaxşı olar?
  • Valideynlərimin etibarını necə qazana bilərəm?
    Gənclərin sualları
  • Niyə valideynlərim əylənməyə imkan vermir?
    Gənclərin sualları
  • Daha çox sərbəstliyi necə əldə edə bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Niyə valideynlərim məni əylənməyə qoymur?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 100
Valideynlər evə gec gəlmiş qızlarına görə narahat olublar və onunla danışırlar.

GƏNCLƏRİN SUALLARI

Ailədəki qaydanı pozmuşam. Nə edim?

Demək olar ki, hər bir ailənin öz qayda-qanunları var. Məsələn, evə saat neçədə gəlməli, elektron cihazlardan nə qədər istifadə etməli, ədəb-ərkan qaydaları və sairə.

Bəs əgər ailədəki qaydalardan hansınısa pozmusansa, onda necə? Olan olub, keçən keçib. Vəziyyəti dəyişə bilməsən də, elə edə bilərsən ki, daha da ağırlaşdırmayasan. Gəl görək necə.

  • Nə etmək lazım deyil?

  • Nə etsən, daha yaxşı olar?

  • Həmyaşıdların nə deyir?

Nə etmək lazım deyil?

  • Əgər valideynlərin qaydanı pozduğundan xəbərsizdirlərsə, ürəyindən olanları ört-basdır etmək keçə bilər.

  • Əgər onların qaydanı pozduğundan xəbəri varsa, ürəyindən özünə haqq qazandırmaq, ya da günahı başqasının üstünə atmaq keçə bilər.

Bunların heç biri yaxşı hərəkət deyil. Çünki olanları gizlətmək, yaxud bəhanələr gətirmək yetkinlik əlaməti deyil. Əksinə, bu, valideynlərinə sənin hələ də uşaq olduğunu göstərəcək.

«Yalan danışmaq heç vaxt xeyir gətirmir. Həqiqət gec-tez üzə çıxır və onda adam daha ağır cəza alır. Həqiqəti lap başdan deyəndə isə cəza yüngül olur» (Diana).

Nə etsən, daha yaxşı olar?

  • Əməlini etiraf et. Müqəddəs Kitabda deyilir: «Günahlarını ört-basdır edən xeyir tapmaz» (Məsəllər 28:13). Valideynlərin bilir ki, sən mükəmməl ola bilməzsən. Amma onlar səndən dürüstlük gözləyir.

    «Valideynlərinə düzünü desən, səni daha tez bağışlayarlar. Dürüst davransan, sənə daha çox etibar edərlər» (Oliviya).

  • Üzr istə. Müqəddəs Kitabda deyilir: «Təvazökar olun» (1 Butrus 5:5). «Üzr istəyirəm» demək üçün, bəhanələr gətirməmək üçün təvazökar olmaq lazımdır.

    «Həmişə bəhanələr gətirən adamın vicdanı kütləşir. Belə adam axırda günah edəndə vicdanı onu ümumiyyətlə narahat etmir» (Heter).

  • Nəticəsinə qatlaş. Müqəddəs Kitabda deyilir: «Tərbiyəyə qulaq asın» (Məsəllər 8:33). Deyinmə, valideynlərinin verdiyi cəzanı qəbul et.

    «Cəzaya görə nə qədər şikayətlənsən, vəziyyəti bir o qədər qəlizləşdirəcəksən. Qadağalarla barışmağa çalış, diqqətini əlindən çıxan şeylərə cəmləmə» (Ceyson).

  • Etibar qazanmağa çalış. Müqəddəs Kitabda deyilir: «Əvvəlki davranış tərzinizə xas olan... köhnə şəxsiyyəti əyninizdən çıxarmalısınız» (Efeslilərə 4:22). Bundan sonra məsuliyyətli davran.

    «Əgər bundan sonra həmişə düzgün davransan, valideynlərinə eyni səhvi təkrarlamadığını göstərsən, onlar yavaş-yavaş sənə etibar edəcəklər» (Karen).

MƏSLƏHƏT. Etibarlı olduğunu göstərmək üçün tələb olunduğundan artığını et. Misal üçün, növbəti dəfə hətta gecikməyəndə də yolda ikən valideynlərinə zəng edib evə gəldiyini xəbər ver. Bu bir ismarıc olacaq ki, yenidən onların etibarını qazanmaq istəyirsən.

Həmyaşıdların nə deyir?

Daryus.

«Valideynlərindən həqiqəti gizlətsən, yalan danışmış olursan. Etdiyin gec-tez üzə çıxacaq, onda səni daha çox cəzalandıracaqlar. Yaxşısı budur elə əvvəldən həqiqəti deyəsən» (Daryus).

Siyera.

«Günahı başqasının boynuna yıxanda elə çıxır ki, kifayət qədər yetkin deyilik və səhvimizə görə məsuliyyət daşıya bilmirik. Məsuliyyəti üzərimizə götürüb, elədiyimizə görə üzr istəməyəndə valideynlərimiz bizə etibarını itirəcək» (Siyera).

Xülasə: Ailədəki qaydanı pozmuşam. Nə edim?

  • Əməlini etiraf et. Valideynlərin bilir ki, sən mükəmməl ola bilməzsən. Amma onlar səndən dürüstlük gözləyir.

  • Üzr istə. Səmimi olaraq üzr istə, bəhanələr gətirmək meylini boğ.

  • Nəticəsinə qatlaş. Valideynlərinin verdiyi cəzanı qəbul et.

  • Etibar qazanmağa çalış. Bundan sonra məsuliyyətli davran.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş