Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 108
  • Sosial şəbəkələrdə məşhur olmaq vacibdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sosial şəbəkələrdə məşhur olmaq vacibdir?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Bunun hansı təhlükələri var?
  • «Məşhurluq illüziyası»
  • İzləyicilərin və laykların sayı nə dərəcədə vacibdir?
  • Populyar olmaq pisdir?
    Gözətçi qülləsi 2012
  • Sosial şəbəkələr barədə nəyi bilməliyəm? II hissə
    Gözətçi qülləsi 2012
  • Rəsmi veb-saytımızdan şəxsi və ailəvi öyrənmədə istifadə et
    Müqəddəs ibadətimiz 2012
  • Sosial şəbəkələrdə dostlarınız kimdir?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 108
Yeniyetmə qız üzündə təbəssüm telefonuna baxır. 85 layk alması onu sevindirir

GƏNCLƏRİN SUALLARI

Sosial şəbəkələrdə məşhur olmaq vacibdir?

Eleyn adlı bir yeniyetmə deyir: «Sinif yoldaşlarımın yüzlərlə izləyicisinin olduğunu görəndə düşündüm: “Gör onlar necə məşhurdur!” Düzünü desəm, onlara bir az paxıllığım tuturdu».

Sən də nə vaxtsa eyni hissləri keçirmisən? O zaman bu məqalə sənə onlayn məşhurluğun dalınca düşməməyə kömək edəcək.

  • Bunun hansı təhlükələri var?

  • «Məşhurluq illüziyası»

  • İzləyicilərin və laykların sayı nə dərəcədə vacibdir?

  • Saxta təvazökarlıqdan özünü gözlə

Bunun hansı təhlükələri var?

Müqəddəs Kitabda Məsəllər 22:1 ayəsində deyilir: «Təmiz ad böyük sərvətdən üstündür». Yaxşı ad qazanmaq, hətta başqalarının səni bəyənməsini istəmək təbiidir.

Amma bəzən bu istək o qədər güclü olur ki, insan məşhur olmaq sevdasına düşür. Bəs bu, təhlükəli ola bilər? 16 yaşlı Onya deyir:

«Gənclər məşhurluq xatirinə ağılsız hərəkətlər edirlər, məsələn, məktəbdə ikinci mərtəbədən aşağı tullanırlar».

Hətta elələri var ki, həmyaşıdlarının diqqətini cəlb etmək üçün çıxardıqları hoqqaları videoya çəkib internetə qoyur. Məsələn, bəzi gənclər kapsullarda olan zəhərli yuyucu maddələri necə yediklərini videoya çəkib internetə yükləmişdi. Amma əslində bu çox təhlükəlidir və heç kəs heç vaxt belə şey etməməlidir.

Müqəddəs Kitabda deyilir: «Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin» (Filippililərə 2:3, «Müqəddəs Kitab Şirkəti», 2009).

Düşün:

  • Sosial şəbəkədə məşhur olmaq sənin üçün nə dərəcədə vacibdir?

  • Həmyaşıdlarının diqqətini cəlb etmək və onların səni bəyənmələri üçün sağlamlığını və həyatını riskə atacaqsan?

    Həmyaşıdların nə deyir?

    Leanna

    «İnsan nəyin bahasına olursa-olsun məşhurlaşmağa çalışırsa, bu, təhlükəyə çevrilir. Belə insanlar düşünür ki, əgər müəyyən tərzdə geyinsələr, danışsalar və davransalar, — hətta onlayn belə — məşhurlaşacaqlar. Məşhurluq xatirinə etiqadlarını və prinsiplərini qurban verməyə dəyməz» (Leanna).

«Məşhurluq illüziyası»

Məşhur olmaq üçün heç də hamı təhlükəli nəsə etmir. 22 yaşlı Erika deyir ki, bəziləri fərqli üsula əl atır:

«İnsanlar sosial şəbəkələrdə həyatlarının maraqlı anlarının təsvir olunduğu şəkil və videoları durmadan paylaşırlar və bununla elə təəssürat yaradırlar ki, onların birgə vaxt keçirdikləri saysız-hesabsız yaxın dostları var. Bu isə məşhurluq illüziyasını yaradır».

15 yaşlı Kara deyir ki, bəziləri hətta bu cür illüziya yaratmaq üçün yalana əl atır:

«Tanışlarım arasında elələri var ki, evdə ola-ola elə şəkillər çəkirlər guya şənlikdədirlər».

22 yaşlı Metyu da etiraf edir ki, vaxtilə belə bir şey edib:

«Şəkil çəkib altında qeyd etmişdim ki, Everest dağındayam, halbuki heç vaxt Asiyada olmamışam».

Müqəddəs Kitabda deyilir: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

Düşün:

  • Əgər sosial şəbəkədən istifadə edirsənsə, məşhurlaşmaq üçün yalana əl atırsan?

  • Paylaşdığın şəkillərdən və yazdığın şərhlərdən sənin nəyə inandığın və nəyə dəyər verdiyin görünür?

    Həmyaşıdların nə deyir?

    Hanna

    «Bəziləri daha çox layk toplamaq üçün nə desən edirlər. Amma sən necə biri kimi tanınmaq istəyirsən: danışığını və geyimini bilməyən, varını nümayişə qoyan, yoxsa gözəl xüsusiyyətlərə sahib olan və insanlara qarşı diqqətli olan? Səndə nəyisə bəyənirlərsə, bu, sənə xoş gələ bilər, amma özündən soruş: “Bununla fəxr etməyə dəyər?”» (Hanna).

İzləyicilərin və laykların sayı nə dərəcədə vacibdir?

Çoxları inanır ki, sosial şəbəkələrdə məşhur olmaq üçün çoxsaylı izləyicilərin və çoxlu laykların olmalıdır. Yuxarıda sözləri gətirilən Metyu da vaxtilə belə düşünürdü:

«Dost-tanışlarımdan soruşurdum: “Nə qədər izləyicin var? Layklarının maksimum sayı nə qədər olub?” İzləyicilərimin sayını artırmaq üçün tanımadığım insanların izləyicisi olurdum, o ümidlə ki, onlar da cavabında mənim izləyicim olacaq. Mən məşhur olmaq sevdasına düşmüşdüm, sosial şəbəkələr isə bu istəyimi daha da alovlandırırdı».

Kollaj: 1. Yeniyetmə qız laykların sayını görüb sevinir. 2. Həmin qız çoxlu şirniyyat yeyir. 3. Halı pisləşmiş qız qarnını tutur.

Onlayn məşhurluq zərərli qida kimidir, dadlı olsa da, insana ziyan gətirir

25 yaşlı Mariya fikir verib ki, bəziləri özlərinə izləyicilərinin və laykların sayına görə qiymət verir:

«Əgər qızın çəkdiyi selfi yetərli sayda layk toplamırsa, o, eybəcər olduğunu düşünür. Əlbəttə ki, bu cür nəticəyə gəlmək səhvdir, amma çoxları belə vəziyyətdə məhz elə düşünərdilər. Müəyyən mənada onlar özlərinə qarşı kiberxuliqanlıqla məşğuldurlar».

Müqəddəs Kitabda deyilir: «Məğrur olmayaq, bir-birimizi rəqabətə təhrik etməyək, bir-birimizin paxıllığını çəkməyək» (Qalatiyalılara 5:26).

Düşün:

  • Əgər sosial şəbəkələrdən istifadə edirsənsə, səndə özünü başqaları ilə müqayisə etmək vərdişinin yarandığını hiss edirsən?

  • Sənin üçün daha vacib olan nədir — izləyicilərinin sayı, yoxsa əsl dostlarının olması?

    Həmyaşıdların nə deyir?

    Coşua

    «Onlayn məşhur olmaq üçün başqalarının bəyəndiyi birinə çevrilməlisən, bu isə o deməkdir ki, onlara bənzəməlisən. Onda sən daha çox başqalarının sənin haqqında nə fikirləşdiyini düşünəcəksən və dəridən-qabıqdan çıxacaqsan ki, onların xoşuna gələsən. Başqaları tərəfindən bəyənilmək istəyi normaldır, amma məşhurluq dalınca düşənlərdə bu istək ifrat dərəcəsinə çatır» (Coşua).

Saxta təvazökarlıqdan özünü gözlə

Bəzi insanların öz nailiyyətləri ilə öyündüyünü, amma bunu şikayət formasında etdiyini görmüsən?

  • «Təzə maşın alandan hamı məndən xahiş edir ki, onları maşında gəzdirim».

  • «Hamının məni arıqladığıma görə tərifləməsindən bezmişəm!»

Təvazökar görünmək üçün belələri sanki şikayət edirmişlər kimi danışırlar, halbuki bu öyünməkdən başqa bir şey deyil.

Xəbərdarlıq: adətən bu cür öyünməyin əks təsiri olur, çünki insanlar saxta təvazökarlığı və qeyri-səmimiliyi yerindəcə duyurlar. Bu səbəbdən bu cür öyünənləri açıq şəkildə lovğalananlardan daha çox sevmirlər.

Növbəti dəfə sosial şəbəkədə şəkil paylaşanda və ya şərh yazanda saxta təvazökarlıqdan özünü gözlə. Müqəddəs Kitabdakı növbəti məsləhəti yadından çıxarma: «Özün özünü tərifləmə, qoy səni başqası tərifləsin» (Məsəllər 27:2).

Xülasə: Onlayn məşhurluq tələsinə düşməmək üçün nə etməlisən?

  • İnternetdə nəsə paylaşmazdan öncə bunun sənin etiqad və prinsiplərinə uyğun gəldiyinə əmin ol.

  • Həyatda necəsənsə, internetdə də o cür ol.

  • İzləyicilərin və laykların dalınca düşmə.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş