Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 1/4 s. 15—25
  • Populyar olmaq pisdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Populyar olmaq pisdir?
  • Gözətçi qülləsi 2012
  • Oxşar material
  • Sosial şəbəkələrdə məşhur olmaq vacibdir?
    Gənclərin sualları
  • Uşaqlar mənə ilişirlərsə, nə edim?
    Gənclərin sualları
  • Məktəbdə uşaqlar mənə sataşanda nə edim?
    Gənclərin 10 sualına cavab
  • Başqalarından seçilirəm?
    Gənclərin sualları
Əlavə
Gözətçi qülləsi 2012
w12 1/4 s. 15—25

Gənclərin Sualları

Populyar olmaq pisdir?

Aşağıda gətirilən sözlərdən birini seç və cümləni tamamla:

Populyar olmaq ________________________

  1. A. həmişə yaxşıdır

  2. B. bəzən yaxşıdır

  3. C. heç vaxt yaxşı deyil

DÜZGÜN variant «B» variantıdır. Çünki populyar olmaq başqalarının rəğbətini qazanmaq deməkdir və bu, heç də həmişə pis deyil. Müqəddəs Kitabda peyğəmbərlik edilmişdir ki, məsihçilər «millətlərə nur» olacaqlar və bu, insanları onlara cəlb edəcək (Yeşaya 42:6; Həvarilərin işləri 13:47). Bu mənada demək olar ki, məsihçilər populyar insanlardır.

Bilirsənmi?

İsa tanınmış insan idi. Hələ gənc yaşlarında ikən o, «Allahın və insanların hüsn-rəğbətini» qazanmışdı (Luka 2:52). Allahın Kəlamında deyilir ki, İsa böyüyəndə «Qalileya, Dekapol, Yerusəlim, Yəhudeya və İordan çayının o tayından saysız-hesabsız adam onun ardınca gedirdi» (Matta 4:25).

Nəyə görə onun adlı-sanlı olmasında pis şey yox idi?

Çünki İsa şan-şöhrət dalınca düşmürdü və insanların rəğbətini qazanmağa can atmırdı. O, sadəcə olaraq düzgün olanı edirdi və bəzən bu, insanları ona cəlb edirdi (Yəhya 8:29, 30). Eyni zamanda o başa düşürdü ki, insanlar arasında şan-şöhrət qazanmaq gəldi-gedərdi və müəyyən vaxtdan sonra insanlar onu edam edəcəklər! (Luka 9:22).

Xülasə.

Populyar olmaq var-dövlətə sahib olmaq kimi bir şeydir. Ona sahib olmaq həmişə pis deyil. Problem insanların var-dövlət əldə etmək və ya onu itirməmək üçün nə etmələrindədir.

Ehtiyatlı ol!

Populyar olmaq üçün bir çox gənclər dəridən-qabıqdan çıxırlar. Bəziləri insanlara yaltaqlanırlar. Xuliqanlar isə aqressiv davranışla başqalarını onlara hörmət etməyə məcbur edirləra.

Növbəti səhifələrdə populyarlığa gedən iki yanlış və bir düzgün yol nəzərdən keçirilir.

a Müqəddəs Kitabda Nuhun dövründə yaşamış «adlı-sanlı» «böyük adamlar» haqqında bəhs olunur. Onlar başqalarına göz verib işıq vermirdilər. Onları, əsasən, özlərinin şan-şöhrət maraqlandırırdı (Yaradılış 6:4).

[24–cü səhifədəki çərçivə/şəkil]

POPULYARLIĞA GEDƏN YOLLAR

YALTAQLIQ

  • Başqalarının rəğbətini qazanmalıyam.

  • Bunun üçün özümü onlar kimi aparmalıyam.

«Başqalarının hörmətini qazanmaq üçün onlarla ayaqlaşmağa çalışırdım. Əvvəl-əvvəl bu, işə yarayırdı. Lakin sonra başa düşdüm ki, başqaları tərəfindən qəbul edilmək üçün heç vaxt kimliyini dəyişməməlisən» (Nikol).

Müqəddəs Kitab prinsipi: «Bir şeyi sadəcə başqalarının etdiyinə görə etmə... Qoyma ki, onlar səni pis işlərlə məşğul olmağa təhrik etsinlər» («Holy Bible—Easy to Read Version»).

[24–cü səhifədəki şəkil]

AQRESSİVLİK

  • Məni artıq hamı sevir və bunun həmişə belə qalmasını istəyirəm.

  • Populyar olmaq üçün hər şeyə, hətta başqalarını əzişdirməyə belə hazıram.

«Yeniyetmələr çox vaxt qəddar olurlar, xuliqan uşaqlar isə daha populyar olduqlarından qorxaq uşaqlar onların davranışının düzgün olduğunu düşünməyə başlayırlar» (Rakel).

Müqəddəs Kitab prinsipi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31).

[24–cü səhifədəki şəkil]

DAHA YAXŞI YOL

  1. Prinsiplərini müəyyən et. Müqəddəs Kitabda deyilir ki, yetkin insanlar «yaxşını pisdən ayırmağa [öyrəşdiriliblər]» (İbranilərə 5:14).

  2. Etiqadlarına sadiq ol. «Bu gün kimə qulluq edəcəyinizi özünüz seçin... Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək», — sözlərini əminliklə deyən Yeşua kimi ol (Yeşua 24:15).

  • Əminliklə seçdiyin yolla get. Həvari Pavel Timoteyə xatırladırdı: «Allah bizə qorxaqlıq ruhu yox, güc, məhəbbət və sağlam düşüncə ruhu verib» (2 Timoteyə 1:7).

  • Ola bilsin, gətirilən bu üç addımı atmaqla sən bəzi uşaqların rəğbətini itirəcəksən, lakin eyni zamanda yaxşı insanların rəğbətini qazanacaqsan!

    [24–cü səhifədəki çərçivə/şəkil]

    HƏMYAŞIDLARIN NƏ DEYİR?

    Melissa Əlbəttə, məktəbdəki uşaqlara bənzəməyə cəhd göstərmək olar. Amma bu, adamı bezdirir! Lakin məsihçi olmaqla insan başqalarından yaxşı cəhətdən seçilir. Bu, səni qəribə etmir, əksinə, hörmət qazandırır.

    Eşli Məktəbdə çoxları məni qəbul etmirdi, amma məsihçi görüşlərinə gedəndə və məni olduğum kimi sevən dostlarımla olanda məktəbdəki uşaqların rəğbətini qazanmaq arzusu yox olurdu.

    Filip İnsanlar tərəfindən qəbul edilmək üçün gərək onlara maraq göstərəsən. Təzəlikcə dostlarım üçün nə isə etməyə başlamışam. Bunun sayəsində bizim dostluğumuz daha möhkəm oldu.

    «Gənclərin sualları» rubrikasından digər məqalələri www.jw.org saytından tapa bilərsiniz.

      Azərbaycan nəşrləri (1992-2025)
      Çıxış
      Daxil ol
      • Azərbaycan
      • Paylaş
      • Parametrlər
      • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
      • İstifadə şərtləri
      • Məxfilik qaydaları
      • Настройки конфиденциальности
      • JW.ORG
      • Daxil ol
      Paylaş