Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 91
  • Başqalarından seçilirəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Başqalarından seçilirəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə insanlar başqalarından seçilməməyə çalışır?
  • Nəyi bilməlisən?
  • Dost dairəmi genişləndirməyə dəyər?
    Gənclərin sualları
  • Niyə valideynlərim məni əylənməyə qoymur?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Niyə valideynlərim əylənməyə imkan vermir?
    Gənclərin sualları
  • Niyə qızların məndən xoşu gəlmir?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 91
Həmyaşıdlarına uyğunlaşmayan oğlan tək oturub

GƏNCLƏRİN SUALLARI

Başqalarından seçilirəm?

«Başqalarından seçilməməlisən, əks halda nə dostların, nə həyatın, nə də gələcəyin olacaq. Heç kim səni düşünməyəcək, tək qalacaqsan» (Karl).

Şişirdilmiş sözlərdir? Bəlkə də. Amma bəzi insanlar Karlın təsvir etdiyi vəziyyətə düşməmək üçün istənilən şeyi etməyə hazırdırlar. Sən də belə insansan? Onda bu məqalə sənə məsələyə düzgün yanaşmağa kömək edəcək.

  • Nəyə görə insanlar başqalarından seçilməməyə çalışır?

  • Nəyi bilməlisən?

  • Həmyaşıdların nə deyir?

Nəyə görə insanlar başqalarından seçilməməyə çalışır?

  • Çünki onlar başqalarından təcrid olmaq istəmir. «Sosial şəbəkədə bir qrupun mənsiz harasa gedərkən, bir şeylər edərkən çəkilən şəkillərini gördüm. Bu, məni narahat etdi, görəsən məndə problem nə idi. Onların məni yanlarında istəməməsi fikri məni didib-parçalamağa başladı» (Natali).

    DÜŞÜN. Sən heç hər hansı bir qrupdan kənarda qaldığını hiss etmisən? Həmin qrupun səni qəbul etməsi üçün nəsə etmisən?

  • Çünki onlar başqalarından fərqlənmək istəmir. «Valideynlərim mobil telefon istifadə etməyə icazə vermirlər. Uşaqlar nömrəmi soruşanda onlara telefonumun olmadığını deyirəm. Onlar isə deyir: “Necə yəni? Sənin neçə yaşın var?” Onlara 13 yaşımın olduğunu deyəndə mənə yazıqları gəlir» (Meri).

    DÜŞÜN. Valideynlərin qoyduğu hansı məhdudiyyətlər səni başqalarından fərqli hiss etdirə bilər? Bu məhdudiyyətlərin öhdəsindən necə gəlirsən?

  • Çünki onlar xuliqanlığa məruz qalmaq istəmir. «Məktəbdəki uşaqlar onlardan fərqli hərəkət edən, fərqli danışan, hətta fərqli ibadət edən uşaqları xoşlamır. Əgər onlar kimi deyilsənsə, səni ələ salırlar» (Oliviya).

    DÜŞÜN. Başqalarından seçildiyin üçün heç pis rəftara məruz qalmısan? Bu vəziyyətin öhdəsindən necə gəlmisən?

  • Çünki onlar dostlarını itirmək istəmir. «Mən içində olduğum istənilən qrupa uyğunlaşmağa çalışıram. Onlar kimi danışıram. Gülməli olmayan şeylərə gülürəm. Uşaqlar kimisə məsxərəyə qoyanda mən də onlara qoşuluram. Hətta bunun həmin insanı incitdiyini bilsəm də» (Reyçel).

    DÜŞÜN. Həmyaşıdların tərəfindən bəyənilmək sənin üçün nə qədər önəmlidir? Onlardan seçilməmək üçün danışığında və davranışında heç dəyişiklik etmisənmi?

Nəyi bilməlisən?

  • Seçilməmək üçün başqalarını təqlid etmək əks nəticə verə bilər. Nəyə görə? Ona görə ki, insanlar iç üzünü tez görə bilərlər. 20 yaşlı Brayn deyir: «Başqa biri kimi olmağa çalışanda sinif yoldaşlarımdan daha çox seçilirəm. Gördüm ki, ən yaxşısı sadəcə özün olmaqdır, çünki insanlar rola girdiyini ayırd edə bilər».

    DÜZGÜN MÜNASİBƏT. Sənin üçün nələrin daha vacib olduğunu düşün. Müqəddəs Kitabda deyilir: «Daha vacib şeyləri ayırd etməyi [bacarın]» (Filippililərə 1:10). Ona görə də özündən soruş: «Hansı daha vacibdir? Dəyərləri mənimkindən fərqli insanlara uyğunlaşmaq, yoxsa özüm kimi qalmaq?»

    «Başqalarına oxşamağa çalışmağın heç bir mənası yoxdur. Bununla nə insanlar səni daha çox bəyənir, nə də daha yaxşı insan olursan» (Ceyms).

  • Seçilməməyə çalışmaq şəxsiyyətini əlindən ala bilər. Bu, sənin başqalarının istədiyi kimi bir insan olmağına gətirib çıxarar. «Hansısa bir qrupa uyğunlaşmaq üçün nə lazımdırsa, onu da edirdim, hətta bu mənim ad-sanımı korlasa belə. Onlara imkan verirdim ki, məni idarə etsinlər. Onların oyuncağına çevrilmişdim».

    DÜZGÜN MÜNASİBƏT. Olduğu mühitə görə rəngini dəyişən buqələmun kimi olmaqdansa, öz dəyərlərini bil və onlara görə yaşa. Müqəddəs Kitabda deyilir: «Kütləyə qoşulub pislik etməyin» (Çıxış 23:2).

    «Onların sevdiyi hər şeyi sevməyə çalışırdım, musiqini, oyunları, paltarları, verilişləri, makyaj növlərini və s. Onlar kimi olmağa çalışırdım. Məncə, onlar rola girdiyimi bilirdilər. Məncə, hər kəs bilirdi, elə özüm də bilirdim. Axırda özümü məyus və yalnız hiss etməyə başladım, hətta artıq kim olduğumu da unutmuşdum. Sevdiyim şeyləri, məqsədlərimi də unutmuşdum. Başa düşdüm ki, hər kəsə uyğunlaşmaq olmur və hər kəs də sənə uyğunlaşmayacaq. Bu, o demək deyil ki, sən təslim olmalısan, dostlar qazanmamalısan. Sadəcə səbirli ol və yadda saxla ki, dost qazanmaq vaxt tələb edir» (Melinda).

  • Seçilməməyə çalışmaq davranışlarına təsir edə bilər. Kris adlı gənc öz yaxını haqda deyir: «O, sadəcə seçilməmək üçün normal halda etməyəcəyi şeyləri etməyə başladı, məsələn, narkotik qəbulu kimi şeylər. O, narkotikə tamamilə aludə oldu və bu, az qala həyatını əlindən alacaqdı».

    DÜZGÜN MÜNASİBƏT. Sözləri və əməlləri ilə yaxşı normalara sahib olmadıqlarını göstərən insanlardan uzaq dur. Müqəddəs Kitabda deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Məsəllər 13:20).

    «Bəzən başqalarına uyğunlaşmaq üçün səy göstərmək yaxşıdır. Amma heç vaxt düzgün bildiyin şeyləri etməkdən vaz keçmə. Yaxşı dostlar səni olduğun kimi qəbul edəcək» (Melani).

    Məsləhət. Yeni insanlarla tanış olanda və dostlaşanda sadəcə səninlə eyni maraq dairələrinə sahib insanlar axtarma. Səninlə eyni dəyərlərə sahib, sənin əqidənə, əxlaqına və etnik mənsubiyyətinə məxsus insanlar axtar.

    Qız ona yaraşmayan paltarlar geyinib

    Müəyyən paltar növləri sənin əynində yaxşı qalmayacaq, eynilə, müəyyən insanlar sənin sahib olduğun dəyərləri yüksəltməyəcək

Həmyaşıdların nə deyir?

Emma

«Əgər hər hansı bir qrupa uyğunlaşa bilmirsənsə, yaxşı olar ki, ayaq saxlayıb səbəbi haqda düşünəsən. Problem onların sənin əxlaq normalarına uyğun yaşamadıqlarıdır? Əgər belədirsə, onda onlardan seçildiyin üçün sevin» (Emma).

Noah

«Başqalarından seçilməmək üçün həddən artıq narahat olmaq yerinə, yaxşısı budur, vaxtını və gücünü özündə yaxşı xüsusiyyətlər yetişdirmək üçün sərf edəsən. Əgər başqalarına qarşı nəzakətlisənsə, insanlar bir dost kimi sənə yaxın olmaq istəyəcək» (Noah).

Dominik

«Dostlar qazanmaq üçün insanlara maraq göstərir, xoşladıqları şeyləri öyrənir və hisslərini anlamağa çalışıram. Özümü dəyişmirəm, amma onların fərqli fikirlərə sahib olduğu qəbul edirəm. Bunun sayəsində müxtəlif yaşda insanlarla dost ola bilirəm» (Dominik).

Təkrar: Başqalarından seçilirəm?

Sənin üçün nələrin daha vacib olduğunu düşün.

Hansı daha vacibdir? Dəyərləri fərqli olan insanlara uyğunlaşmaq, yoxsa özün kimi qalmaq?

Yaxşı ad qazan və özün kimi olmaqdan utanma.

Olduğu mühitə görə rəngini dəyişən buqələmun kimi olma.

Sözləri və əməlləri ilə düzgün normalara sahib olmadıqlarını göstərən insanlardan uzaq dur.

Başqalarına uyğunlaşmağa çalışmaq həmişə yanlış deyil, amma heç vaxt bunun üçün düzgün bildiyin şeylərə qarşı getmə.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş