Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 7
  • Məktəbdən zəhləm gedirsə, nə edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məktəbdən zəhləm gedirsə, nə edim?
  • Gənclərin sualları
  • Oxşar material
  • Bəlkə, məktəbi atım?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Məktəbdən çıxım?
    Gənclərin sualları
Gənclərin sualları
ijwyp məqalə 7
Gənc oğlan məktəbin dəhlizində şkafların qarşısında dilxor halda durub

GƏNCLƏRİN SUALLARI

Məktəbdən zəhləm gedirsə, nə edim?

Sərt müəllimlər. Həmyaşıdların təzyiqi. Stresə salan imtahanlar və çoxlu ev tapşırıqları. Məktəbi sevmədiyinizi deyirsinizsə, bu başa düşüləndira. Reyçelb adında bir yeniyetmə deyir:

«Hara desəniz gedərəm, məktəbdən başqa. Çimərliyə gedim, dostlarımla vaxt keçirim, valideynlərimə yemək hazırlamağa və ya evləri təmizləməyə kömək edim, amma məktəbə getməyim!»

Əgər sən də Reyçel kimi düşünürsənsə, onda məktəb illərin sənə buraxılışa qədər çəkməli olduğun həbs cəzası kimi gələcək. Nə edə bilərsən ki, məktəbdə oxuduğun illər sənə cəza kimi gəlməsin?

Bilirsən? Məktəbə münasibətini dəyişsən, vəziyyəti nəzarətə götürəcəksən və məktəb sənə dözüm sınağı kimi görünməyəcək. Müəyyən mənada məktəb sənə böyüyəndən sonra lazım olacaq bacarıqları inkişaf etdirməyə kömək edən alətdir.

Məktəbə münasibətini dəyişmək üçün diqqətini növbəti məqamlara cəmlə:

Bloknot və qələm şəkli

Təhsilin. Nə qədər çox öyrənsən, bir o qədər gələcəkdə işdə və ya həyatın digər sahələrində yaranacaq problemləri həll etməyi bacaracaqsan və başqalarından asılı olmayacaqsan. Özündən soruş: «Məktəbdə müəyyən şeylər xoşuma gəlməsə də, aldığım təhsil mənə hansı faydanı gətirir?»

Müqəddəs Kitab prinsipi: «Hikməti, düşüncəni qoru» (Məsəllər 3:21).

Əlavə məlumat üçün «Qiymətlərim pisdirsə, nə edim?» adlı məqaləni oxu.

Yoxlama siyahısının şəkli

Vərdişlərin. Məktəb illərində yiyələndiyin vərdişlər sənə vaxtını düzgün idarə etməyi, nizam-intizamlı və çalışqan olmağı öyrənməyə kömək edə bilər. Bu keyfiyyətlər sənə böyüyəndə çox lazım olacaq. Özündən soruş: «Məktəbdə yiyələndiyim vərdişlər mənə nizam-intizamlı və çalışqan olmağa necə kömək edir? Bu sahələrdə özümdə nələri daha da inkişaf etdirə bilərəm?»

Müqəddəs Kitab prinsipi: «Hər zəhmətdə fayda var» (Məsəllər 14:23).

Əlavə məlumat üçün «Vaxtımı necə tənzimləyə bilərəm?» adlı məqaləni oxu.

Ünsiyyət edən iki nəfərin şəkli

Başqaları ilə münasibətlərin. Sinif yoldaşlarınla ünsiyyət sənə anlayışlı və hörmətcil olmağa kömək edəcək. Coşua adlı bir gənc deyir: «Ünsiyyət etməyi öyrənmək tarix, biologiya, fizika kimi fənləri öyrənmək qədər vacibdir. Bu bacarıq sənə bütün həyatın boyu lazım olacaq». Özündən soruş: «Mədəniyyəti və dini fərqli olan insanlarla yola getmək barədə məktəbdə nə öyrənmişəm?»

Müqəddəs Kitab prinsipi: «Hamıyla sülhdə olmağa çalışın» (İbranilərə 12:14).

Əlavə məlumat üçün «Ünsiyyət bacarığımı necə inkişaf etdirim?» adlı məqaləni oxu.

Yolla gedən insanın şəkli

Gələcəyin. Məktəb sənə bacarıqlarını üzə çıxarmağa və müvafiq məqsədlər qoymağa kömək edə bilər. Bruk adlı gənc bir qız bölüşür: «Mənim kimi sən də hansısa konkret sahədə təlim ala bilərsən. Bunun sayəsində məktəbi bitirdikdə artıq işləyə biləcəksən». Özündən soruş: «Məktəbi bitirdikdən sonra xərclərimi necə ödəyəcəyəm? İşləmək istədiyim sahədə lazım olacaq fənləri öyrəndiyimə necə əmin ola bilərəm?»

Müqəddəs Kitab prinsipi: «Addımlarını ölçüb-biç» (Məsəllər 4:26, haşiyə).

a Bu məqalədə müzakirə olunan prinsiplərdən evdə təhsil alan gənclər də fayda əldə edə bilər.

b Bəzi adlar dəyişdirilib.

Həmyaşıdların nə deyir?

  • Medison

    «Layihələrin üzərində qrup şəklində işləyərkən müxtəlif insanlarla işləməli olurdum. Bunun sayəsində mən mədəniyyəti və yaşayış tərzi mənimkindən fərqli olan insanları dinləməyi öyrəndim. Əslində, sinif yoldaşlarım mənimlə xoş və hörmətlə davranırdılar, çünki mən onlarla xoş davranırdım, onları tənqid etmirdim» (Medison).

  • Rayan

    «Sinif yoldaşlarıma qarşı tarazlı yanaşmağı öyrəndim. Çoxları yaxşı insan olmağa çalışırdılar. Buna görə də onlarla Müqəddəs Kitabdan ruhlandırıcı fikirləri bölüşmək üçün imkanlar axtarırdım» (Rayan).

  • Bruk

    «Məktəbin sayəsində insanlarla ünsiyyət etməyi öyrənirsən. Bütün günü sinif yoldaşlarınla olursan. Buna görə də nəyi necə deməyi, səbirli və əliaçıq olmağı öyrənirsən. Bədən tərbiyəsi dərsində qrup şəklində oyunlar oynayırsan və bu sənə komandada işləməyi öyrədir. Təkbaşına bunu öyrənmək mümkün deyil» (Bruk).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş