Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 102
  • Məktəbdən çıxım?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məktəbdən çıxım?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Məktəbdən çıxmağın səbəbləri
  • Nəticəni düşün
  • Daha yaxşı çıxış yolu
  • Bəlkə, məktəbi atım?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Məktəbdən zəhləm gedirsə, nə edim?
    Gənclərin sualları
  • Qiymətlərim pisdirsə, nə edim?
    Gənclərin sualları
Gənclərin sualları
ijwyp məqalə 102
Məktəbdən və bir dəstə şagirddən aralanan yeniyetmə oğlan narazı sifətlə əlini yelləyir.

GƏNCLƏRİN SUALLARI

Məktəbdən çıxım?

«Məktəbdən zəhləm gedir!» Sənin də? Əgər belədirsə, onda yəqin ürəyindən keçir ki, məktəbdən çıxasan. Bu məqalədə daha yaxşı çıxış yolu göstərilir.

  • Məktəbdən çıxmağın səbəbləri

  • Nəticəni düşün

  • Daha yaxşı çıxış yolu

  • Həmyaşıdların nə deyir?

Məktəbdən çıxmağın səbəbləri

Mütəxəssislər şagirdlərin məktəbdən çıxmasına növbəti amilləri səbəb olaraq gətirirlər:

  • Öyrənməyə çətinlik çəkirlər. «Qiymətlərimi heç cür düzəldə bilmirəm».

  • Dərsə həvəsin olmaması. «Dərslərimizin mənasını görmürəm».

  • Maddi çətinlik. «İşləyib ailəmizə kömək etməliyəm».

Nəticəni düşün

Müqəddəs Kitabda deyilir: «Uzaqgörən hər addımını ölçüb-biçər» (Məsəllər 14:15). Məktəbdən çıxmaq istəyirsənsə, nəticəni ölçüb-biç.

Düşün:

  • Məktəbdən çıxsam, gələcəkdə işə düzələ biləcəyəm?

    «Gün gələcək iş axtaracaqsan, ailə dolandırmalı olacaqsan. Əksər iş yerlərində heç olmasa attestat tələb edirlər. Onda nə edəcəksən?» (Culia)

  • Məktəbdən çıxsam, çətinliklərin öhdəsindən gəlməyi necə öyrənəcəyəm?

    «Məktəb insanı həyata hazırlayır. Gələcəkdə də məktəbdəki kimi insanlarla qarşılaşacaqsan, oxşar sınaqlarla üzləşəcəksən və hansısa işin öhdəsindən gəlməli olacaqsan» (Daniel).

  • Məktəbdən çıxsam, həyat üçün lazım olan bacarıqlara yiyələnəcəyəm?

    «Məktəbdə keçilənlər lazımsız görünə bilər. Amma 23 yaşına çatanda və büdcə qurmaq lazım gələndə adam fikirləşir ki, nə yaxşı, vaxtında riyaziyyatı oxumuşam» (Anna).

Daha yaxşı çıxış yolu

  • Kömək istə. Müqəddəs Kitabda deyilir: «Çoxlu məsləhətçi olan yerdə... uğur gələr» (Məsəllər 11:14). Əgər qiymətlərin aşağı düşürsə, valideynlərindən, müəllimlərindən, yaxud başqa bir böyük adamdan qiymətlərini yaxşılaşdırmaq üçün məsləhət istə.

    «Çətinlik çəkirsənsə, müəllimlə danış. Bəzən adama elə gəlir ki, təqsir müəllimdədir, əslində isə ondan kömək istəsən, vəziyyət daha yaxşı olar» (Edvard).

  • Geniş düşün. Müqəddəs Kitabda deyilir: «İşin axırı əvvəlindən yaxşıdır» (Vaiz 7:8). Məktəbi qurtaranda bilikdən savayı, həyatda vacib olan keyfiyyətlərə və bacarıqlara yiyələnəcəksən.

    «Düzdür, böyüyəndə inşa yazmaq, yaxud imtahana hazırlaşmaq lazım gəlmir. Amma məktəbdə çətinliklərin öhdəsindən gələndə sonralar çətinlikləri yoluna qoymaq daha asan olur» (Vera).

    Yeniyetmə oğlan göyərtəyə çatmamış qayıqdan düşür. Sinif yoldaşları və müəllimləri ona deyirlər ki, qayıqdan düşməsin.

    Məktəbdən çıxmaq göyərtəyə çatmamış qayıqdan düşməyə bənzəyir. Qayıqdan düşdüyünə peşman olarsan!

  • Başqa variantlara bax. Müqəddəs Kitabda deyilir: «Tələskən ehtiyaca yuvarlanar» (Məsəllər 21:5). Tez-tələsik belə qənaətə gəlmə ki, məktəbdən çıxmaq yeganə çıxış yoludur. Təhsilini onlayn dərslərlə, yaxud evdə təhsil almaqla da başa vura bilərsən.

    «Məktəb adama çalışqan olmağı, problemləri həll etməyi, əməkdaşlıq etməyi öyrədir. Bunun faydasını həmişə görmək olar. Məktəbi axıra kimi oxumağa dəyər» (Bencamin).

Nəticə: Məktəbi axıra kimi oxusan, həyatda faydasını görəcəyin çox şey öyrənəcəksən.

Həmyaşıdların nə deyir?

Anabel.

«Əgər məktəbi axıra kimi oxumusansa, gələcəkdə işə düzəlmək ehtimalın daha çox olacaq. Məktəbi qurtarmağın özü göstərir ki, sən başladığın işi axıra çatdırmağı bacaran adamsan. Məktəbi atmaq düzgün addım deyil» (Anabel).

Koul.

«Məktəbi axıra qədər oxumaq çətin ola bilər. Məktəbdən çıxmaq isə asan çıxış yolu kimi görünür. Amma çətin vəziyyətlərlə həmişə üzləşəcəksən. Yəqin istəyərsən ki, onların öhdəsindən gələ biləsən. Məktəb səni gələcək həyata hazırlayır» (Koul).

Brin.

«Böyüyəndə yəqin ki, sənə çətin tənlikləri həll etmək lazım gəlməyəcək. Amma vaxtı düzgün bölməyi, qrafikə əməl etməyi, lap elə səhər tezdən oyanmağı öyrənməli olacaqsan. Məktəbdə bunları indidən öyrənə bilərsən» (Brin).

Xülasə: Məktəbdən çıxım?

  • Nəticəni düşün. Məktəbdən çıxmağın gələcəkdə iş tapmağına, yiyələnmək istədiyin bacarıqlara, hətta çətinliklərin öhdəsindən gəlməyinə necə təsir edəcəyi barədə düşün.

  • Kömək istə. Qiymətlərin aşağı düşürsə, valideynlərinlə, müəllimlərinlə, yaxud başqa bir böyük adamla danış.

  • Geniş düşün. Məktəbi qurtarmağın bilik almaqla yanaşı, başqa xeyri də var. Məktəb sənə öyrənməyi, qrafikə əməl etməyi və məsuliyyətli insan olmağı öyrədir.

  • Başqa variantlara bax. Əgər vəziyyətdən irəli gələrək məktəbdən çıxmağa məcbursansa, onda başqa variantlar, məsələn, evdə təhsil almaq, yaxud onlayn dərs keçmək barədə düşün.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş