Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 121
  • Baş mələk Mikayıl kimdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Baş mələk Mikayıl kimdir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Baş mələk Mikayıl kimdir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • İsa baş mələk Mikayıldırmı?
    Gözətçi qülləsi 2010
  • Müqəddəs Kitabda mələklər barədə nə yazılıb?
    Gözətçi qülləsi (kütləvi) 2017
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 121
Baş mələk Mikayıl mələklər ordusu ilə birlikdə

Baş mələk Mikayıl kimdir?

Müqəddəs Yazıların cavabı

Mikayıl adı bəzi dinlərdə «Müqəddəs Mikayıl» kimi istifadə edilir. Bu ad İsa Məsihin yer üzü həyatından əvvəl və sonra ona verilmiş addıra. Mikayıl Musanın ölümündən sonra Şeytanla mübahisə etmişdi və bir mələyə kömək etmişdi ki, Allahın xəbərini Dənyal peyğəmbərə çatdırsın (Dənyal 10:13, 21; Yəhuda 9). Mikayıl adı «Allaha tay kimdir?» deməkdir. O, Allahın hakimiyyətini müdafiə edərək və Allahın düşmənlərinə qarşı döyüşərək bu ada uyğun yaşayır (Dənyal 12:1; Vəhy 12:7).

Gəlin İsa Məsihin baş mələk Mikayıl olduğuna necə əmin ola biləcəyimizi araşdıraq.

  • Mikayıl «baş mələk»dir (Yəhuda 9). Müqəddəs Kitabda cəmi iki dəfə istifadə edilən «baş mələk» adı «mələklərin başçısı» deməkdir. Hər iki ayədə bu söz təkdə işlənir. Bu onu göstərir ki, bu ad yalnız bir mələyə aiddir. Ayələrdən birində deyilir ki, dirildilmiş Ağa İsa Məsih «amiranə bir çağırışla, baş mələk səsi ilə... göydən enəcək» (1 Salonikililərə 4:16). İsa Məsih «baş mələk səsi ilə» danışır, çünki o, baş mələk Mikayıldır.

  • Mikayılın mələklər ordusu var. «Mikayıl öz mələkləri ilə əjdahaya [Şeytana] qarşı... vuruşdu» (Vəhy 12:7). Mikayıl ruhani aləmdə böyük səlahiyyətə malikdir. Buna görə də o, «baş əmirlərdən biri» və «böyük əmir» adlanır (Dənyal 10:13, 21; 12:1). Əhdi-Cədid alimi olan Deyvid. E. Auna görə bu adlar Mikayılı «mələklər ordusunun baş əmiri» kimi tanıdır.

    Müqəddəs Kitabda mələklər ordusu üzərində səlahiyyəti olan digər bir adda var. Orada «Ağamız İsanın öz qüdrətli mələkləri ilə birlikdə od-alovla göydən» zühur edib qisas alacağı deyilir (2 Salonikililərə 1:7, 8; Mətta 16:27). İsa Məsih «göyə qalxandan sonra... mələklər, hakimiyyətlər və qüvvələr ona tabe edildi» (1 Butrus 3:21, 22). Bu o demək deyil ki, Allah həm İsa Məsihi, həm də Mikayılı müqəddəs mələklər üzərində başçı qoyub. Əksinə, həm İsa, həm də Mikayıl adının eyni varlığa aid olduğunu düşünmək daha məntiqli fikirdir.

  • Mikayıl görünməmiş «ağır bir zəmanə»də «ayağa qalxacaq» (Dənyal 12:1). Dənyal kitabındakı «ayağa qalxacaq» ifadəsi, adətən, padşahın ayağa qalxıb görünməmiş bir şey etdiyini bildirmək üçün istifadə edilir (Dənyal 11:2—4, 21). «Allahın sözü» adlanan İsa Məsih «Padşahlar padşahı» kimi görünməmiş bir işi həyata keçirmək üçün hərəkətə keçib Allahın düşmənlərini məğlub edəcək və Onun xalqını qurtaracaq (Vəhy 19:11—16). İsa Məsih bunları «dünya yaranandan bəri» görülməmiş «böyük müsibət» zamanı edəcək (Mətta 24:21, 42).

a Müqəddəs Kitabda çoxlu adı olan başqa insanlar haqda da yazılıb. Məsələn, Yaqub (həmçinin İsrail adlanıb), Butrus (həmçinin Şimon adlanıb) və Taday (həmçinin Yəhuda adlanıb) (Yaradılış 49:1, 2; Mətta 10:2, 3; Mark 3:18; Həvarilərin işləri 1:13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş