Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hf böl. 5 s. 15—17
  • Qohumlarla necə yola getməli?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qohumlarla necə yola getməli?
  • Xoşbəxt ailəm
  • Başlıqlar
  • Oxşar material
  • 1 QOHUMLARINIZA DÜZGÜN MÜNASİBƏT BƏSLƏYİN
  • 2 LAZIM GƏLDİKDƏ SƏRHƏD QOYUN
  • Bir-birinizə sadiq qalın
    Xoşbəxt ailəm
  • Ailənizin xoşbəxtliyi üçün Allahın Kəlamına müraciət edin
    Xoşbəxt ailəm
  • Bir-birinizə hörmət edin
    Gözətçi qülləsi 2011
  • Toydan sonra
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Xoşbəxt ailəm
hf böl. 5 s. 15—17
Qaynananın gəlinin yemək bişirmək üsulundan xoşu gəlmir

BÖLMƏ 5

Qohumlarla necə yola getməli?

«Xeyirxahlığı, təvazökarlığı, mülayimliyi və səbri geyinin» (Koloslulara 3:12).

Nikahın bağlanması ilə yeni ailə yaranır. Düzdür, siz valideynlərinizi həmişə sevib hörmətlərini saxlamalısınız, ancaq hal-hazırda yer üzündə sizin üçün ən vacib insan həyat yoldaşınızdır. Ola bilsin, qohumlarınızdan kiməsə bununla barışmaq çətin gəlsin. Ancaq Müqəddəs Kitab prinsipləri bu məsələdə tarazlığı qorumağa kömək edə bilər, beləcə siz yeni ailə münasibətləri qurduğunuz bir vaxtda qohumlarla da dil tapa biləcəksiniz.

1 QOHUMLARINIZA DÜZGÜN MÜNASİBƏT BƏSLƏYİN

Cütlük valideynləri ilə birgə vaxt keçirirlər

MÜQƏDDƏS KİTAB DEYİR: «Atana və anana hörmət et» (Efeslilərə 6:2). Yaşınızdan asılı olmayaraq, valideynlərinizə həmişə hörmət və ehtiram bəsləməlisiniz. Başa düşməlisiniz ki, həyat yoldaşınız da kiminsə oğlu və ya qızıdır, valideynlərinə diqqət ayırmaq onun övladlıq borcudur. «Məhəbbət paxıl deyil», buna görə də həyat yoldaşınızı ata-anasına qısqanmaq düzgün olmazdı (1 Korinflilərə 13:4; Qalatiyalılara 5:26).

MƏSLƏHƏT

  • «Valideynlərin həmişə mənə yersiz irad tuturlar» və ya «Anana heç nəyi bəyəndirmək olmur» kimi şişirdilmiş sözlər işlətməyin

  • Vəziyyətə həyat yoldaşınızın gözü ilə baxmağa çalışın

2 LAZIM GƏLDİKDƏ SƏRHƏD QOYUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Kişi öz ata-anasını tərk edib arvadına bağlanacaq və onlar bir bədən olacaq» (Yaradılış 2:24). Siz ailə qurduqdan sonra valideynləriniz hələ də sizə görə məsuliyyət daşıdıqlarını düşünərək ailə işlərinizə həddən artıq qarışa bilərlər.

Onların ailə işlərinizdə nə dərəcədə iştirak etmələrinə yol verəcəyinizi birgə qərarlaşdırmalı və sonra mülayim şəkildə onlara bildirməlisiniz. Fikirlərinizi kobudluq etmədən açıq-aydın şəkildə bildirin (Məsəllər 15:1). Təvazökarlıq, mülayimlik və səbir kimi xüsusiyyətlər qohumlarla yaxşı münasibətlər qurmağa və «məhəbbətlə bir-birinizə qarşı dözümlü» olmağa kömək edəcək (Efeslilərə 4:2).

Ər-arvad birgə müzakirə edilər; ər-arvad valideynlərinə hədiyyə verirlər

MƏSLƏHƏT

  • Əgər qohumların ailə işlərinizə həddən artıq qarışdıqlarını düşünürsünüzsə, bunu həyat yoldaşınızla sakit tərzdə müzakirə edin

  • Hansı tədbirləri görəcəyiniz barədə razılığa gəlin

BAŞA DÜŞMƏYƏ ÇALIŞIN

Valideynlərin hisslərini və niyyətlərini başa düşmək olduqca vacibdir. Onlar sizin yaxşılığınızı istəyir və sizə can yandırırlar. Valideynlərinizə sizin ayrı bir ailə olduğunuzu qəbul etmək çətin gələ bilər. Onlara elə gələ bilər ki, artıq sizə lazım deyillər. Ancaq Müqəddəs Kitab prinsipləri və açıq ünsiyyət sayəsində həyat yoldaşınızla münasibətlərinizə xələl yetirmədən valideynlərinizə hörmət göstərə biləcəksiniz.

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Nəyə görə həyat yoldaşımın valideynlərinin ailə işlərimizlə maraqlanmasına təəccüblənmək lazım deyil?

  • Həm həyat yoldaşımın mənim üçün əsas olduğunu, həm də valideynlərimə hörmət etdiyimi necə göstərə bilərəm?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş