Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 15/6 s. 3—6
  • Uğur qazanmaq üçün «getdiyin yolu düzəlt»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uğur qazanmaq üçün «getdiyin yolu düzəlt»
  • Gözətçi qülləsi 2014
  • Başlıqlar
  • Oxşar material
  • DÜZGÜN QƏRARLAR VERMƏKLƏ ÖZÜNƏ YOL SAL
  • MANEƏLƏRİ YOLUNDAN QALDIR
  • RUHANİ TƏRƏQQİYƏ APARAN YOLDAN AYRILMA
  • Gənclər, ruhani məqsədlər qoymusunuz?
    Gözətçi qülləsi 2018
  • Ey gənclər, Yaradanınızı xatırlayın
    Gözətçi qülləsi 2008
  • Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
    Gözətçi qülləsi: Qarşınıza Allahı şərəfləndirən məqsədlər qoyun
  • Ey gənclər, həyatınızı nəyə həsr edəcəksiniz?
    Gözətçi qülləsi 2010
Əlavə
Gözətçi qülləsi 2014
w14 15/6 s. 3—6
Yol bir çox maneələrlə doludur

Uğur qazanmaq üçün «getdiyin yolu düzəlt»

ALLAHIN xalqı eramızdan əvvəl 537-ci ildə Babili tərk edəndə onları Yerusəlimə aparan yolun vəziyyəti Yehovanın gözündən yayınmamışdı. O demişdi: «Xalq üçün yol hazırlayın! Tikin, yol salın, daşları kənara atın» (Yeşaya 62:10). Bəzi yəhudilərin bu tapşırığı necə yerinə yetirdiyini təsəvvüründə canlandır. Öndə gedən dəstə yol salır, ola bilsin, çala-çuxurları doldurur, yolu hamar edir. Bununla onlar vətənə qayıdan yolda arxalarınca gələn qardaşlarına kömək edirlər.

Bu nümunəni ruhani məqsədlərə doğru gedən yola şamil etmək olar. Yehova istəyir ki, bütün xidmətçiləri maneəsiz yolda irəliləsin. Onun Kəlamı bizi təşviq edir: «Getdiyin yolu düzəlt, yollarını sahmana sal» (Sül. məs. 4:26). Gənc olub-olmamağından asılı olmayaraq, sən Allahın bu məsləhətindəki müdrikliyi görə bilərsən.

DÜZGÜN QƏRARLAR VERMƏKLƏ ÖZÜNƏ YOL SAL

Ola bilsin, sən insanların hansısa gənc haqda belə dediyini eşitmisən: «Onun əlində böyük imkanlar var» və ya «bu uşağın gələcəyi var». Adətən, gənclər yaxşı sağlamlığa, iti zəkaya sahib olur, uğur qazanmağa çalışırlar. Müqəddəs Kitabın bu sözləri həqiqətdir: «Gəncləri qüvvəti şərəfləndirər» (Sül. məs. 20:29). Öz qabiliyyətini və gücünü Yehovaya xidmətə sərf edən gənc ruhani məqsədlərə nail ola və əsil xoşbəxtliyi dada bilər.

Gördüyümüz kimi, dünya məsihçi gənclərin qabiliyyətinə, sanki, yüksək qiymət verir. Əgər məsihçi məktəbdə yaxşı oxuyursa, müəllimləri və ya sinif yoldaşları onu bu sistemdə uğura aparan ali təsir almağa təşviq edə bilər. Yaxud məşqçilər və ya mütəxəssislər idman sahəsində hansısa qabiliyyəti olan bacı və ya qardaşı idmanda karyera qurmağa şirnikdirə bilər. Ola bilsin, sən və ya tanışın bu cür şirnikdirici təkliflər alıb. Bəs müdrik seçim etməyə məsihçiyə nə kömək edə bilər?

Müqəddəs Kitab təlimləri bizə həyatın ən yaxşı yolunda yeriməyə kömək edə bilər. Vaiz 12:1 ayəsində deyilir: «Cavanlıq günlərində səni Yaradanı xatırla». Sən və ya gənc tanışın Yaradanı necə xatırlaya bilər?

Gəlin Qərbi Afrikadan olan Erikin nümunəsinə nəzər salaqa. O, yaxşı futbol oynayırdı. 15 yaşında onu milli komandaya seçirlər. Bu o demək idi ki, tezliklə o, Avropada yüksək təlim keçə biləcək və peşəkar futbolçu olacaq. Görəsən, Müqəddəs Kitabdakı «cavanlıq günlərində səni Yaradanı xatırla» məsləhəti Erikin köməyinə necə çatacaq? Bundan sən və bəzi gənc dostların hansı dərsi götürə bilər?

Erik məktəb illərindən Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başlayır. O, Yaradanın bəşəriyyətin problemlərinə birdəfəlik son qoyacağını öyrənir. Erik başa düşür ki, vaxtını və gücünü Allahın iradəsini yerinə yetirməyə sərf etməkdən vacib heç nə yoxdur. Bu danılmaz həqiqəti nəzərə alaraq, Erik peşəkar idmançı olmaqdan vaz keçdi. Əvəzində isə, vəftiz olunub özünü ruhani işlərə həsr etdi. Bir qədər vaxtdan sonra o, xidməti köməkçi oldu və daha sonra Subay Qardaşlar üçün Müqəddəs Kitab Məktəbinə dəvət aldı.

Ola bilsin, Erik idmanda uğur qazanmağa çalışsaydı, bu, ona var-dövlət və şan-şöhrət gətirərdi. Ancaq o, Müqəddəs Kitabdakı «varlı üçün sərvəti ona qala şəhəridir, öz gümanında özü üçün pənah hasarı tikir» prinsipinin həqiqət olduğunu anladı (Sül. məs. 18:11). Bəli, insanın var-dövlətin sayəsində qazana biləcəyi təhlükəsizlik, əslində, illüziyadan başqa bir şey deyil. Bundan əlavə, varlanmaq üçün dəridən-qabıqdan çıxanlar «özlərini sanki qılıncla yaralayaraq çoxlu əzab çəkmişlər» (1 Tim. 6:9, 10).

Xoşbəxtlikdən, bir çox gənclər tammüddətli xidmətə başlamaqla əsil sevinc və təhlükəsizlik əldə ediblər. Erik deyir: «Mən Yehovanın tammüddətli xidmətçilərindən ibarət böyük bir “komandaya” qoşulmuşam. Bu, qoşula biləcəyim ən güclü komandadır. Yehovaya minnətdaram ki, O, mənə həyatda əsil xoşbəxtliyə və uğura aparan yeganə yolu göstərib».

Bəs sənin haqda nə demək olar? Bu dünyada qarşına məqsədlər qoymaq əvəzinə, nəyə görə pioner kimi xidmət edərək Yehovanın qarşısında öz «yollarını» möhkəmləndirməyəsən? («Universitet təhsili ilə qazanılmayan uğurlar» adlı çərçivəyə bax.)

MANEƏLƏRİ YOLUNDAN QALDIR

Bir ər-arvad Birləşmiş Ştatlardakı filiala baş çəkərkən orada Yehovaya xidmət edən bet-ellilərin sevinci duymuşdu. Daha sonra bacı yazmışdı: «Orada biz özümüzü elə rahat hiss edirdik ki». Həmin cütlük qərara gəldi ki, onlara bəxş olunan şərəfli xidmətə daha çox vaxt və güc sərf etsinlər.

İş orasında idi ki, onlar üçün dəyişiklik etmək dağ boyda görünürdü. Ancaq bir gün onlar oxuduqları gündəlik ayənin üzərində düşündülər. Bu, Yəhya 8:31 ayəsi idi. Orada İsanın sözləri yazılmışdı: «Əgər mənim sözlərimi qəlbinizdə saxlasanız, deməli, siz, həqiqətən, mənim şagirdlərimsiniz». Bu sözlərin üzərində düşünərək onlar dedilər: «Həyatımızı sadələşdirmək üçün etdiyimiz hər şey bizim üçün böyük qurbandır». Onlar geniş evlərini satıb, özlərini hər cür yükdən azad edib tələbat olan yığıncağa keçdilər. Hal-hazırda onlar pionerlik edir, eyni zamanda Padşahlıq zallarının tikintisində kömək edir və vilayət konqreslərində könüllü kimi xidmət edirlər. Onlar öz hisslərini belə ifadə edirlər: «Sadə həyat sürməklə və Yehovanın təşkilatının bizə həvalə etdiyi işi görməklə böyük sevinc əldə edirik».

RUHANİ TƏRƏQQİYƏ APARAN YOLDAN AYRILMA

Süleyman yazmışdı: «Gözlərin irəliyə baxsın, düppədüz qarşına nəzər sal» (Sül. məs. 4:25). Diqqətini yalnız qarşısındakı yola cəmləyən sürücü kimi, biz də ruhani məqsədlərdən və onlara nail olmaqdan nəyinsə bizi yayındırmasına yol verməməliyik.

1. Yehovanın Şahidləri öz gənclik illərini ruhani məqsədlərə çatmağa sərf edirlər; 2. Yol bir çox maneələrdən təmizlənir

Bəs sən qarşına hansı ruhani məqsədlər qoya bilərsən? Bu məqsədlərdən biri pioner xidməti ola bilər. Yaxud böyük ərazisi olan və təcrübəli təbliğçilərə ehtiyac duyan qonşu yığıncağa kömək edə bilərsən. Və ya çoxlu təbliğçiləri olan, ancaq ağsaqqal və xidməti köməkçi sarıdan korluq çəkən yığıncağa keçə bilərsən. Əgər bu üsullardan biri ilə xidmətini genişləndirmək istəyirsənsə, yaxşı olar ki, rayon nəzarətçisi ilə məsləhətləşəsən. Əgər xaricdə kömək etmək istəyirsənsə, onda tələbat olan yığıncaqlar haqda məlumat almaq üçün müraciət edə bilərsənb.

Gəl qayıdaq Yeşaya 62:10 ayəsində təsvir olunan hadisəyə. Bəzi yəhudilər vətənə gedən yolu hamar etmək və təmizləmək üçün can qoyurdular ki, Allahın xalqı mənzilbaşına çata bilsin. Müqəddəs xidmətdə məqsədlərə çatmaq üçün əlindən gələni edirsənsə, təslim olma. Allahın köməyilə sən də öz məqsədlərinə çatacaqsan. Qarşındakı maneələri dəf etməkdə Yehovadan müdriklik istə. Onda «getdiyin yolu düzəlt»məkdə Yehovanın sənə necə kömək etdiyini görəcəksən (Sül. məs. 4:26).

a Ad dəyişdirilib.

b «Yehovanın iradəsini yerinə yetirmək üçün təşkil olunmuşuq» kitabının 111, 112-ci səhifələrinə (rus.) bax.

Universitet təhsili ilə qazanılmayan uğurlar

Flaviya

FLAVİYA yeniyetmə ikən Yehovanın Şahidi olan nənəsi ona Müqəddəs Kitab haqda danışırdı. Lakin atası müəllim olduğundan çalışırdı ki, onda təbiəti tədqiq etməyə və ali təhsil almağa həvəs oyatsın. Başqaları ona deyirdi: «Siz gənclər planetimizin dağılmasının qarşısını ala bilərsiniz». Atasının dəstəyi ilə o, nüfuzlu bir universitetə daxil oldu və orada zərərsiz yanacaq istehsal etməyin yollarını tədqiq etməyə başladı.

Flaviya fikir vermişdi ki, planetin taleyi əksər tələbələrin heç vecinə deyil. Həmçinin universitetdə bəzi layihələr yaxşı gəlir gətirdiyindən tədqiqatçılar, əsasən, belə layihələrlə məşğul olurdular. Bu, Flaviyanı çox narahat edirdi. Yehovanın Şahidləri onun qapısını döyəndə o, Müqəddəs Kitabda Allah və gələcəklə bağlı nə deyildiyi ilə maraqlandı.

Flaviya Müqəddəs Kitab həqiqətini qəbul etdi və vəftiz olundu. Ancaq o, elmi dərəcə almaq üçün çalışdığından xoş xəbəri təbliğ etməyə çox az vaxtı qalırdı. Bir dəfə o, rayon nəzarətçisinin Yaqub 4:17 ayəsinə verdiyi izahata qulaq asmışdı. Orada deyilir: «Əgər kimsə düzgün işi necə görməyi bilir, amma görmürsə, o, günah edir». Bu, Flaviyanı öz vəziyyəti haqda düşünməyə təşviq etdi. O bölüşür: «Mən həm Yehovanın ətəyindən yapışmışdım, həm də elmi dərəcə almağın dərdini çəkirdim. Seçim etməli idim».

Flaviya öz seçimini etdi və universitetdəki təhsilinə son qoydu. Bəs o, buna görə peşman oldumu? Görək özü nə deyir:

«Yehovaya xidmətdə universitet təhsili ilə qazanılmayan uğurlar əldə etdim. Yehovanın əli həmişə üstümdə olub. O, mənə xeyirxah olmağı, məhəbbət göstərməyi, başqalarına ruhani cəhətdən kömək etməyi öyrədib. Mənim gözəl ailəm var və elmin verə biləcəyindən qat-qat gözəl gələcəyə malikəm. Planetimizi Yehovadan başqa heç kim qoruya bilməz. Mən yalnız və yalnız Ona güvənirəm». Flaviya və əri Yehovanın Şahidlərinin Nyu-Yorkdakı mərkəzi idarəsində xidmət edirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş